Icma.az
close
up
RU
İsrail zərbələri nəticəsində ölənlərin sayı AÇIQLANDI

İsrail zərbələri nəticəsində ölənlərin sayı AÇIQLANDI

Icma.az bildirir, Redaktor.az portalına istinadən.

Livanın cənubunda baş verən hava hücumları nəticəsində ölən və yaralananların sayı açıqlanıb.

Redaktor.az xəbər verir ki, bu barədə Livan Səhiyyə Nazirliyi və Livan Milli Xəbər Agentliyi (NNA) məlumat yayıb.

Bildirilib ki, İsrailin aprelin 26-da həyata keçirdiyi hava hücumları nəticəsində ikisi uşaq olmaqla 14 nəfər həlak olub, 37 nəfər yaralanıb.

Qeyd olunub ki, İsrail Müdafiə Qüvvələrinin sözçüsü bölgədə yerləşən bir neçə kəndin sakinlərini dərhal təxliyə olunmağa çağırıb.

Məlumata görə, sakinlərə kəndlərdə qalmağın həyatları üçün təhlükə yaratdığı bildirilib.

Bildirilib ki, daha sonra İsrail ordusu Livanın cənubunda Hizbullah mövqelərinə artilleriya və hava zərbələri endirib.

Qeyd edilib ki, İsrail tərəfi Hizbullahı bir hərbçinin ölümü və altı nəfərin yaralanması ilə nəticələnən pilotsuz uçuş aparatı hücumunu həyata keçirməkdə ittiham edib.

Məlumata əsasən, tərəflər arasında 16 aprel tarixindən etibarən qüvvədə olan atəşkəsə baxmayaraq, qarşılıqlı hücumlar davam edir.

Bildirilib ki, Livan Səhiyyə Nazirliyinin məlumatına görə, İsrailin əməliyyatları nəticəsində ölkədə ümumilikdə 2509 nəfər həlak olub, 7755 nəfər yaralanıb.

Qeyd olunub ki, Hizbullahın İsrailə raket hücumlarından sonra Livan 2 mart tarixindən etibarən regiondakı münaqişəyə daha aktiv şəkildə cəlb olunub və buna cavab olaraq İsrail genişmiqyaslı hərbi əməliyyatlar aparır.

Aminə ŞAHSUVARQIZI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:175
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 27 Aprel 2026 12:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri