İsraildə orta əsrlərə aid nadir Səlibçi qılıncı tapılıb
Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Bakı, 23 fevral, AZƏRTAC
İsrailin şimal sahillərində, Dor çimərliyi yaxınlığında Hayfa Universitetinin tələbəsi dəniz dibindən orta əsrlərə aid nadir Səlibçi qılıncı tapıb.
AZƏRTAC İsrailin TPS-IL informasiya agentliyinə istinadla xəbər verir ki, təxminən XII əsrə aid olan bu qılınc tək əllə istifadə üçün nəzərdə tutulub və vaxtilə Avropadan gətirilib.
Tapıntı dərhal universitet və İsrail Antik Əsərlər İdarəsinin konservasiya laboratoriyasına təhvil verilib. Ekspertlərin fikrincə, bu artefakt Səlib yürüşçülərinin gündəlik həyatı, döyüş taktikaları və həmin dövrün dənizçilik tarixi barədə dəyərli məlumatlar ötürür.
Qılınc bərpa prosesindən sonra yaxın zamanda Hayfa Universitetinin nəzdindəki Heçt Muzeyində geniş ictimaiyyətə təqdim olunacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:126
Bu xəbər 23 Fevral 2026 14:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















