Icma.az
close
up
RU
İsraildə qadın general həbs olunub

İsraildə qadın general həbs olunub

Icma.az, Azvision saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

AzVision.az İsrailin “Kan” tele-radio şirkətinin məlumatına istinadən xəbər verir ki, general xanım bu ittihamlar üzrə dindiriləcək.
“Noyabrın 3-nə keçən gecə polis keçmiş Baş Hərbi prokuror İfat Tomer-Yeruşalmini həbs edib. Tomer-Yeruşalmi ədalətə mane olmaqda və etimadın pozulmasında şübhəli bilinir. Bu axşam onun dindirilməsindən sonra həbs müddətinin uzadılıb-uzadılmaması ilə bağlı qərar veriləcək”, - məlumatda deyilir.
Xanım general oktyabrın 31-də Sde-Teyman hərbi həbsxanasından video-materialın mediaya sızdırılmasında əli olması şübhəsi ilə məzuniyyətə buraxıldıqdan sonra istefa verib. Tomer-Yeruşalmi sızmaya görə məsuliyyəti boynuna alıb və materialların mediada yayılmasına razılıq verdiyini bildirib.
Sde-Teyman həbsxanasında çəkilmiş video-material 2025-ci ilin avqustunda İsrail televiziyasının “12-ci kanalı” tərəfindən yayımlanıb. İddiaya görə, kamera “Koax 100” bölməsinin mühafizəçilərinin Qəzza zolağında saxlanılan yaraqlıya qarşı zorakılığını qeydə alıb.
- Hadisə 2024-cü il iyulun 5-də baş verib. “Kanal 12”-nin yayımladığı video-material müxtəlif günlərdə baş vermiş bir neçə hadisənin kadrlarının montajıdır. Lakin bu, saxtalaşdırılmış material deyil”, - İsrailin “Ynet” nəşri vurğulayır.
Tomer-Yeruşalminin sözlərinə görə, o, hüquq-mühafizə orqanlarına təzyiqləri dayandırmaq və həbs edilmiş əsgərlərə qarşı şübhələrin əsaslı olduğunu nümayiş etdirmək üçün İsrail mediasında video fraqmentlər yaymaq qərarına gəlib.
Video-materialın sızmasından və şübhəli əsgərlərin həbsindən sonra fəallar istintaqa etiraz üçün Sde-Teyman bazasına basqın ediblər. İsrailin Müdafiə naziri İsrael Kats Tomer-Yeruşalminin vəzifəində bərpa olunmayacağını və sızma ilə bağlı araşdırmanın davam etdiyini açıqlayıb.
Maraqlıdır ki, noyabrın 2-də İsrail mediası İfat Tomer-Yeruşalminin avtomobilinin Təl-Əvivin şimalındakı “Kliff” çimərliyi yaxınlığında tapıldığını bildirib. Hətta sabiq Baş Hərbi prokurot tərəfindən yazdığı ehtimal olunan məktub da aşkarlanıb. ÇAXAL-ın sözçüsü isə, general-mayorun “xəbərsiz itkin düşmüş” kimi siyahıya alındığını deyib.
Lakin bir müddət sonra İsrail polisinin mətbuat xidməti Tomer-Yeruşalminin sağ-salamat tapıldığını açıqlayıb. “Kan Bet” radiosu isə onun sağ olduğunu polisə xəbər verən əri ilə əlaqə saxladığını bildirib.
Sahil İsgəndərov
AzVision.az
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:115
embedMənbə:https://azvision.az
archiveBu xəbər 03 Noyabr 2025 16:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see404

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see370

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see368

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see332

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see328

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see320

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see253

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see243

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see223

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see222

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see214

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see212

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see210

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see210

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see205

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see195

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see194

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see190

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see190

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri