Icma.az
close
up
RU
İsraildəki tələbələrimiz bu ölkəni tərk edirlər EKSKLÜZİV

İsraildəki tələbələrimiz bu ölkəni tərk edirlər EKSKLÜZİV

Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

28 fevral tarixində İsrail və ABŞ-ın İrana hava hücumları başlayıb. İran da öz növbəsində İsraili və ABŞ-ın Yaxın Şərq ölkələrindəki hərbi bazalarına zərbələr endirir.
Artıq müharibənin 12-ci günüdür. İranın reket atəşinə tutduğu İsraildə xeyli sayda Azərbaycan vətəndaşları yaşayır. Bununla yanaşı, tələbə və turist kimi gedənlər də var.

Müharibənin İsraildəki azərbaycanlıların həyatına necə təsir etdiyini öyrənməyə çalışdıq.

İsrail vətəndaşı olan azərbaycanlı Yeganə Salman Modern.az-a açıqlamasında bildirib ki, bu ölkədəki soydaşlarımızın əksəriyyəti mərkəzi şəhərlərdə yaşayırlar:

“Azərbaycanlılar burada həm cənub, həm şimal, həm də mərkəz şəhərlərində - Hayfa və onun yaxınlığında, Tel-Əvivdə yaşayırlar. Əksəriyyət Bakıdan gələnlərdir. Cənub şəhərlərinə Azərbaycandan gələnlər daha çox aşkenaz yəhudiləridir. Azərbaycanlıların burada çox olmasının səbəblərindən biri də onların vaxtilə yəhudilərlə ailə qurmaları olub. Hazırda İsraildə yaşayan azərbaycanlılar bir çox sahələrdə işləyirlər. Aralarında həkimlər, mühəndislər, biznesmenlər də var. Mediada da Azərbaycanda böyümüş şəxslər çoxdur. Müəllimlər də az deyil, teatrda işləyənlər də çoxdur. Azərbyacandan bura çoxlu musiqiçilər köçüb. Mən hazırda çalışmıram, amma 20 il ingilis dili müəllimi işləmişəm".


Y.Salman ötən gün hücumlar nəticəsində həyatını itirən Amid Murtuzovdan da danışıb:

“Bu cavan oğlan Cəlilabadın keçmiş Prişib (indki Göytəpə) qəsəbədən gəlmişdi. Oradan olan xeyli yəhudi var ki, bu gün İsraildə yaşayır. İxtisasca mühəndis olan Amid həmin gün tikintiyə nəzarət üçün işı çıxıbmış.
1-i qız, 2-si oğlan olmaqla 3 uşağı qalıb. Amid Murtuzovun ikili vətəndaşlığı vardı. Belə insanlar isə İsraili tərk etmirlər. Adətən bütün israillilər harada olsalar, müharibə başlayan kimi İsrailə qayıtmağa çalışırlar.
Özümdən də bir misal gətirə bilərəm. 7 oktyabr müharibəsi başlayanda yoldaşımla mənim Macarıstanın paytaxtı Budapeştə biletimiz vardı. Uçuşlar ləğv olunmadığından Budapeştə uçduq. Vəziyyət pis olsa, yoldaşımla Bakıya getməyi düşünürdük. Çünki burada vəziyyətin uzun çəkəcəyini və olduqca mürəkkəb olacağını demişdilər. Lakin Bakıya getmək seçimiz olsa da, bir həftə sonra İsrailə qayıtmağa qərar verdik. Çünki müharibə vaxtı adam başqa ölkəyə gedib qaçqın olmaq istəmir”.

Yeganə Salman diplomatik korpusdan əldə etdiyi məlumata əsasən bildirib ki, azərbaycanlı tələbələr və turistlər üçün ayrıca reys açılıb:

“İsraildə olan azərbaycanlı tələbələr və turist kimi gələn vətəndaşlar artıq gedirlər. Onlar Misirin sərhədinə qədər maşınla gedir, oradan da təyyarələrlə Azərbaycana uçurlar. Amma martın 9-dan Misirdən Gürcüstana bir reys də açılıb. Azərbaycanlılar həmin reyslə Tbilisiyə də uça bilirlər. 4 gündür ki, Misirdən Tbilisiyə, oradan da Bakıya da gedirlər”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:136
embedMənbə:https://modern.az
archiveBu xəbər 11 Mart 2026 14:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see301

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see278

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see275

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see268

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see255

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see252

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see245

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see243

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see240

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see226

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see222

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see218

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see215

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see214

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see213

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see210

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see206

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see204

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see201

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri