Icma.az
close
up
RU
İsraildən Bakını qəzəbləndirəcək addım... Kritik açıqlama

İsraildən Bakını qəzəbləndirəcək addım... Kritik açıqlama

Axar.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Netanyahunun “erməni soyqırımı” açıqlaması, belə bir yalana şərik olmaq cəhdi, türk millətinə böhtan atmaq meyli İsrailin də maraqlarına ziddir. Bu, İsraillə türk xalqı arasında körpülərin yandırılması deməkdir.

Axar.az xəbər verir ki, bunu Globalinfo.az-a açıqlamasında türkiyəli jurnalist və Yaxın Şərq üzrə siyasi şərhçi Dəniz Büstani deyib.

“Netanyahu hökuməti Fələstində gördükləri hər kəsi, o cümlədən qadın və uşaqları öldürüb. Onlar tarixə insan haqlarını pozan hökumət kimi düşüb. Söhbət təkcə insan hüquqlarını deyil, həm də qonşu Suriya sərhədlərini pozan və BMT-nin Livandakı qətnamələrini tanımayan hökumətdən gedir. Belə kritik bir şəraitdə, Qafqazda münasibətlərin yaxşı olduğu, türk milləti ilə də İsrailin arasında gözəçarpan heç bir problemin olmadığı bir vaxtda Netanyahunun bəyanatı gerçəkləşərsə, o ən böyük pisliyi İsrail xalqına etmiş olacaq. Belə görünür ki, İsrailin baş naziri erməni lobbilərinin təsiri altına düşməyə meyllidir.

Türkiyəyə, Azərbaycana, dolayısı ilə türk millətinə qarşı düşmənçilik münasibəti bəsləyən, çirkin işlərə əl atmağa cəhd edən istər yerli, istərsə də beynəlxalq olsun, hər bir təşkilat zərər görüb və bundan sonra da görəcək. İsrail baş naziri zərər görənlərlə birlikdə olmağımı seçəcək, yoxsa haqlı olan, məzlumun yanında olan türk milləti ilə məntiqi olaraq körpülər quracaq?”

D.Büstani qeyd edib ki, bu qərar hələ İsrail hökuməti tərəfindən verilməyib:

“Netanyahu türk millətinə böhtan ataraq qondarma “erməni soyqırımı” yalanını dilə gətirsə də, İsrail hökuməti belə bir yalanın altına imzasını ata bilməz. Zənnimcə, israillilər də bilir ki, türklər digər Yaxın Şərq xalqlarından fərqlənir; onunla düşmənçilik edəni unutmur və böhtan atanı bağışlamır.

Hesab edirəm ki, İsrail dövləti bunun fərqindədir. Netanyahu beynəlxalq erməni terror təşkilatlarına xoş görünməyə çalışaraq, öz sonunu hazırlaya bilər. Bir daha deyirəm ki, İsrail dövləti türk millətinə qarşı belə bir iftiraya imza atmaz”.

Xatırladaq ki, İsrailin Baş naziri Benyamin Netanyahu Osmanlı İmperiyası tərəfindən XX əsrin əvvəllərində törədildiyi iddia olunan qondarma “erməni soyqırımı”nı tanıdığını açıqlayıb. Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Netanyahunun qondarma “erməni soyqırımı” ilə bağlı bəyanatını rədd edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:206
embedMənbə:https://axar.az
archiveBu xəbər 29 Avqust 2025 12:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see396

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see389

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see266

Bakıda maşın saxlamaq evə çatmaqdan çətindir Çıxış yolu nədir?

25 Oktyabr 2026 17:21see247

Serbiyada seçkilər qanunvericiliyə uyğun keçirilir Musa Qasımlı

25 Oktyabr 2026 16:48see232

Yunan Roma güləşçisi Sənan Süleymanov dünya çempionu olub

25 Oktyabr 2026 19:32see229

Xalidə Gözəl vəfat etdi

25 Oktyabr 2026 16:52see223

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see222

“Türkiyə daxilində Azərbaycana qarşı olan qrupların iç üzü açıldı” AÇIQLAMA

25 Oktyabr 2026 12:29see220

Bəzi magistral yollarda görünüş məsafəsi məhdudlaşacaq

25 Oktyabr 2026 13:45see204

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see195

Dünyanın diqqətlə izlədiyi tibbi sensasiya Erkən ölümün qarşısını alan ən sadə formul açıqlandı

25 Oktyabr 2026 15:32see194

İnsanlar cəmi 6 deyil, 27 fərqli emosional hal var

25 Oktyabr 2026 13:08see192

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see189

Qubad İbadoğlu sosial şəbəkələrə Vurğun Əyyubu xatırlayaraq qayıtdı

25 Oktyabr 2026 23:04see185

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see184

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see182

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see180

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see179

Ekspert: Azərbaycan Türkiyə münasibətlərinin gələcəyi qarşılıqlı hörmət və etimaddan asılıdır

25 Oktyabr 2026 19:39see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri