Icma.az
close
up
RU
Bakını da qəzəbləndirəcək xoşagəlməz addım: mümkün deyil! Türkiyəli politoloqdan kritik açıqlama

Bakını da qəzəbləndirəcək xoşagəlməz addım: mümkün deyil! Türkiyəli politoloqdan kritik açıqlama

GlobalInfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Netanyahunun “erməni soyqırımı” açıqlaması, belə bir yalana şərik olmaq cəhdi, türk millətinə böhtan atmaq meyli İsrailin də maraqlarına ziddir. Bu, İsraillə türk xalqı arasında körpülərin yandırılması deməkdir”.

Bunu türkiyəli jurnalist və Yaxın Şərq üzrə siyasi şərhçi Deniz Büstani İsrailin Baş naziri Benyamin Netanyahunun qondarma “erməni soyqırımı”nı tanıması ilə bağlı Globalinfo.az-a danışarkən deyib.

“Netanyahu hökuməti Fələstində gördükləri hər kəsi, o cümlədən qadın və uşaqları öldürüb. Onlar tarixə insan haqlarını pozan hökumət kimi düşüb. Söhbət təkcə insan hüquqlarını deyil, həm də qonşu Suriya sərhədlərini pozan və BMT-nin Livandakı qətnamələrini tanımayan hökumətdən gedir. Belə kritik bir şəraitdə, Qafqazda münasibətlərin yaxşı olduğu, türk milləti ilə də İsrailin arasında gözəçarpan heç bir problemin olmadığı bir vaxtda Netanyahunun bəyanatı gerçəkləşərsə, o ən böyük pisliyi İsrail xalqına etmiş olacaq. Belə görünür ki, İsrailin baş naziri erməni lobbilərinin təsiri altına düşməyə meyllidir.

Türkiyəyə, Azərbaycana, dolayısı ilə türk millətinə qarşı düşmənçilik münasibəti bəsləyən, çirkin işlərə əl atmağa cəhd edən istər yerli, istərsə də beynəlxalq olsun, hər bir təşkilat zərər görüb və bundan sonra da görəcək. İsrail baş naziri zərər görənlərlə birlikdə olmağımı seçəcək, yoxsa haqlı olan, məzlumun yanında olan türk milləti ilə məntiqi olaraq körpülər quracaq?”

Həmçinin oxuyun:

Azərbaycanın İsrailə neft satışı ilə bağlı yeni məlumat – Yəhudi mediasından sensasion iddia  

D.Büstani qeyd edib ki, bu qərar hələ İsrail hökuməti tərəfindən verilməyib:

“Netanyahu türk millətinə böhtan ataraq qondarma “erməni soyqırımı” yalanını dilə gətirsə də, İsrail hökuməti belə bir yalanın altına imzasını ata bilməz. Zənnimcə, israillilər də bilir ki, türklər digər Yaxın Şərq xalqlarından fərqlənir; onunla düşmənçilik edəni unutmur və böhtan atanı bağışlamır.

Hesab edirəm ki, İsrail dövləti bunun fərqindədir. Netanyahu beynəlxalq erməni terror təşkilatlarına xoş görünməyə çalışaraq, öz sonunu hazırlaya bilər. Bir daha deyirəm ki, İsrail dövləti türk millətinə qarşı belə bir iftiraya imza atmaz”.

Xatırladaq ki, İsrailin Baş naziri Benyamin Netanyahu Osmanlı İmperiyası tərəfindən XX əsrin əvvəllərində törədildiyi iddia olunan qondarma “erməni soyqırımı”nı tanıdığını açıqlayıb. Türkiyə Xarici İşlər Nazirliyi (XİN) Netanyahunun qondarma “erməni soyqırımı” ilə bağlı bəyanatını rədd edib.

Gülnar Səlimova
Globalinfo.az
İstanbul

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:45
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 29 Avqust 2025 11:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see196

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see194

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see181

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see178

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see168

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see164

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see163

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see162

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see161

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see157

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see156

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see150

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see147

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see145

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see144

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see141

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see139

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see139

İranda etiraz aksiyaları ilə bağlı yeni videolar yayılıb, nümayişçilər bəzi küçələrə nəzarəti ələ keçirib VİDEO

11 Yanvar 2026 11:46see137

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri