İsraildən erməniləri məyus edəcək qərar
Icma.az, Axar.az saytına istinadən bildirir.
İsrail parlamenti (Knesset) 1915-ci ildə Osmanlı imperiyasında baş verən hadisələrin qondarma erməni soyqırımı kimi tanınmasına dair qanun layihəsi üzrə səsverməni təxirə salıb.
Axar.az Globalinfo.az-a istinadən xəbər verir ki, bu barədə “Jerusalem News Syndicate” nəşri məlumat yayıb.
Agentliyin məlumatına görə, qərar İran ətrafında gərginləşən regional vəziyyət fonunda, həmçinin Türkiyədə keçirilən NATO sammitindən qısa müddət sonra qəbul edilib. Bildirilir ki, sammit zamanı Ankara ABŞ Prezidenti Donald Trampı Türkiyəyə F-35 qırıcılarının satışını təsdiqləməyə çağırıb.
İsrail rəsmisi nəşrə bildirib ki, parlamentdə nəzərdə tutulan səsvermə dayandırılıb. Bu həftə Knesset yay tətilinə çıxır və oktyabrın 27-nə təyin edilən növbəti milli seçkilərə qədər parlament iclasları keçirilməyəcək.
Xatırladaq ki, iyun ayında İsrail Nazirlər Kabineti Türkiyə ilə münasibətlərin kəskin pisləşməsi fonunda 1915-ci il hadisələrinin “erməni soyqırımı” kimi tanınmasını nəzərdə tutan təşəbbüsü yekdilliklə təsdiqləyib. Qanun layihəsinin qüvvəyə minməsi üçün onun Knessetdə yekun təsdiqdən keçməsi tələb olunurdu.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:155
Bu xəbər 13 İyul 2026 21:21 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















