İsraildən fələstinlilərlə bağlı sərt qərar
Axar.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
İsrail hakimiyyəti Halayle məhəlləsi və Qüdsün şimal-qərbindəki Beyt İqsa və Nəbi Samuel kəndlərinin sakinlərinə kəndlərinə girib-çıxmaq üçün xüsusi icazələr tətbiq edib.
Axar.az xəbər verir ki, bu barədə Fələstinin yerli mətbuatı məlumat yayıb.
Bildirilib ki, icazəsi olmayanlar bu məhəllə və kəndlərin girişində yerləşən hərbi keçid məntəqələrindən keçə bilməyəcəklər.
Məlumatda bu kəndlərin İsrailin nəzarətinə keçməsi və sakinlərin bu torpaqların sahibi deyil, sadəcə sakinləri kimi görülməsi üçün atılan addım olduğu da vurğulanıb.
HƏMAS-ın Qüds Məsələləri İdarəsinin rəhbəri Harun Nəsirəddin isə yazılı açıqlamasında İsrailin bu addımı pisləyib. Həmçinin Qüdsün təcrid edilməsi və parçalanmasının əməli şəkildə həyata keçirilməsi kimi qiymətləndirib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 21 Sentyabr 2025 01:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















