Icma.az
close
up
RU
İsraildən Ermənistana gözlənilməz zərbə Paşinyan dərhal açıqlama verdi

İsraildən Ermənistana gözlənilməz zərbə Paşinyan dərhal açıqlama verdi

Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

İsrailin Baş naziri Benyamin Netanyahu “erməni soyqırımı” məsələsini gündəmə gətirib. Lakin bu addım həm İsrail daxilində, həm də beynəlxalq səviyyədə mübahisələrə səbəb olur.

Netanyahunun bu təşəbbüsü yəhudi diasporu tərəfindən necə qarşılanacaq? Bu məsələ İsrailin daxili siyasətində və beynəlxalq münasibətlərində nə kimi nəticələrə səbəb olacaq?

Globalinfo.az-a danışan Orta Doğu Araşdırmalar Mərkəzinin sədri, politoloq Sədrəddin Soltan deyib ki, soyqırımı məsələsinin tanınması mexanizmi o qədər də sadə deyil:

“Soyqırımı bir ölkənin hökumət başçısının elan etməsi ilə tanınmır. İsrail parlamentində dəfələrlə iddia edilən “erməni soyqırımı” ilə bağlı məsələ müzakirəyə çıxarılsa da, oradakı deputatlar tərəfindən müsbət qarşılanmayıb. Bu məsələ ilə bağlı bir sıra deputatlar müzakirələrin davam etməsini istəyirlər. Bu baxımdan, İsrail Baş naziri Netanyahunun “erməni soyqırımını tanıyıram” deməsi ilə İsrailin bu aktı tanıması eyni anlama gəlmir.

İsrail parlamentli respublika quruluşuna malik olduğundan, bu, ilk növbədə, parlament tərəfindən tanınmalı, hökumət isə bu istiqamətdə fəaliyyət göstərməlidir. Son 30 ildə dünyada bir neçə soyqırımı tanınıb. Məsələn, bosniyalı müsəlmanların Srebrenitsa soyqırımı, Afrika xalqlarının Fransanın əməlləri nəticəsində soyqırıma məruz qalması kimi nümunələr var.

Sədrəddin Soltan

Üçüncü məqam isə BMT-nin soyqırımı tanımasıdır. Bir soyqırım beynəlxalq ictimaiyyət tərəfindən tanınmalıdır ki, BMT də bunu rəsmən təsdiqləsin. Məsələn, Bosniyada baş verən soyqırım BMT tərəfindən tanınıb və buna görə də beynəlxalq miqyasda soyqırım kimi qəbul edilib. ABŞ-ın keçmiş prezidenti Cozef Bayden erməni soyqırımını tanısa da, bu, şəxsi mövqeyidir; ABŞ dövləti isə rəsmi olaraq bunu tanımır. Rusiyanın Dövlət Duması tanısa da, bu, Rusiya dövlətinin rəsmi tanınması kimi qəbul edilmir.

Ümumiyyətlə, soyqırım tanındıqda, kompensasiyalar ödənilir və sanksiyalar tətbiq olunur. Ermənistan isə soyqırımın beynəlxalq miqyasda tanınmasını və soyqırımla bağlı təbliğatı siyasi məqsədlər üçün istifadə etməyəcəyini bildirir. Ermənistanın Baş naziri Nikol Paşinyan da bunu bir daha bəyan edib. Onun sözlərinə görə, ermənilərin bu məsələni dövlət siyasətinin aləti kimi istifadə etməməsi vacibdir. Buna görə də, İsrail Baş nazirinin bu mövzuda açıqlaması Ermənistan üçün xüsusi bir məna daşımır. Əksinə, Ermənistan bu məsələnin gündəmdə qalmasını özünə zərbə kimi qiymətləndirir. Çünki Ermənistan–Azərbaycan və Türkiyə arasındakı normallaşma prosesində erməni soyqırımı məsələsi prinsipial mövzulardan biridir. Azərbaycan və Türkiyə bu mövzunu gündəlik siyasətdən çıxarıb tarixçilərin ixtiyarına verməklə, dolayısı ilə razılığa gəlmiş olurlar.

Həmçinin oxuyun:

Bakını qəzəbləndirəcək addım: mümkün deyil! – Türkiyəli politoloqdan kritik açıqlama

Netanyahunun bu mövzunu gündəmə gətirməsi Türkiyə qarşısında hikkəli iddia xarakteri daşıyır. Türkiyə rəsmiləri, o cümlədən Prezident Rəcəb Tayyib Ərdoğan İsrailin Qəzzada apardığı əməliyyatları soyqırım adlandırır. Buna cavab olaraq Netanyahu da ermənilərlə bağlı Osmanlı dövründə baş verdiyi iddia edilən hadisəyə reaksiya verib.

Ümumilikdə, hesab edirəm ki, bu ciddi müzakirə mövzusu deyil. Məsələnin müzakirəyə çıxarılması kənar qüvvələrin müdaxiləsinə şərait yarada və Azərbaycan-Ermənistan-Türkiyə arasında normallaşma prosesinə problem yarada bilər”.

Politoloq Rüstəm Tağızadə də bildirib ki, İsrail rəsmi olaraq qondarma erməni soyqırımını tanımayıb:

“Netanyahu ilk dəfə olaraq Osmanlı dövründə ermənilərə qarşı törədildiyi iddia edilən soyqırımı açıq şəkildə tanıdığını bəyan etdi. Bu, İsrail siyasətində nadir bir addımdır. Ənənəvi olaraq, Təl-Əviv bu mövzuya ehtiyatla yanaşırdı. Yəhudi xalqının Holokostu dünya tarixində ən böyük soyqırım nümunəsi kimi qəbul edilir və İsrail bunun fərqliliyini qorumaq istəyirdi. Amma bu dəfə Netanyahu fərqli bir strategiya nümayiş etdirdi.

Bu addım yalnız tarixi tanınma deyil, eyni zamanda regional və daxili siyasət arasında incə balans tələb edən geosiyasi manevrdir. Netanyahu üçün daxili siyasət önəmlidir. İsrail seçiciləri arasında erməni soyqırımının tanınması mövzusu mübahisəlidir. Bir tərəfdən, bu addım Netanyahuya daxili siyasi imicini gücləndirmək, lideri “dünya haqlarına hörmət edən” kimi təqdim etmək imkanı verir. Digər tərəfdən, ABŞ və Avropa yəhudi diasporası məsələyə qarışıq reaksiyalar verə bilər. Onların bir hissəsi bu açıqlamanı dəstəkləyəcək, digər hissəsi isə strateji səhf hesab edə bilər. Bu balans Netanyahu üçün həm fürsət, həm də risk yaradır.

Rüstəm Tağızadə

Ən aydın risk isə Ankara ilə münasibətlərdədir. Türkiyə, erməni soyqırımı məsələsində İsrailin mövqeyini “tarixi və hüquqi faktlarla uyğun olmayan” addım kimi qiymətləndirə bilər. Bu, İsrail-Türkiyə münasibətlərinə təzyiq yaradır, xüsusilə enerji, təhlükəsizlik və Orta Şərqdəki regional maraqlar baxımından strateji əhəmiyyət daşıyan dövrdə. İsrailin bu addımı regional balansın dəyişməsinə səbəb ola bilər, amma eyni zamanda ABŞ və Avropadakı strateji tərəfdaşlarına Netanyahu’nun qlobal etik mövqeyini göstərir.

Netanyahunun açıqlaması “Hizbullah” və İranın da diqqətini çəkir. İsrailin açıq şəkildə tarixi soyqırımı tanıması, diplomatik manevrlərdə yeni leveraj yaratmaq imkanı versə də, regional gərginliyi artırma potensialı da daşıyır”.

Turan Rzayev
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:241
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 29 Avqust 2025 21:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see342

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see327

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see270

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see262

Noyer Bavariya nın əsas qapıçısı olaraq qalacaq? zədədən sonra

12 Noyabr 2026 00:16see255

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see240

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see230

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see219

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see209

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see208

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see208

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see204

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see199

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see199

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see186

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see184

Dünyanın hansı ölkələrində turist vergisi tətbiq olunur? Ölkələrin siyahısı və ödəniş məbləğləri

11 Noyabr 2026 23:54see176

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see176

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see169

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri