Icma.az
close
up
RU
İsraildən Livan əhalisinə xəbərdarlıq

İsraildən Livan əhalisinə xəbərdarlıq

Icma.az bildirir, Cebheinfo portalına istinadən.

İsrail ordusu Livan xalqına Livanın cənubundakı 62 qəsəbəyə qayıtmamaq xəbərdarlığını təkrarlayıb.

"Cebheinfo.az" xəbər verir ki, İsrail ordusunun sözçüsü Aviçay Adraee sosial media hesabından Livanın cənubunda məcburi köçkünlərə yaşadıqları ərazilərə qayıtmamaları barədə xəbərdarlıq edib.

Livanın İsraillə sərhədində yerləşən 62 qəsəbənin adını verən Adraee, növbəti xəbərdarlığa qədər bu bölgələrə və onların yaxınlarına getməmək barədə xəbərdarlıq edib.

Adraee paylaşdığı xəritədə bölgənin cənubuna doğru hərəkət edənlərin hədəf alına biləcəyini ifadə edib.

Xatırladaq ki, Livan və İsrail arasında əldə olunan atəşkəs razılaşması çərşənbə günü, noyabrın 27-də yerli vaxtla saat 04:00-da qüvvəyə minib.

Razılaşmaya əsasən, Livan ordusunun 60 gün ərzində Livanın cənubunda İsrail tərəfindən işğal olunmuş bölgələrə mərhələli şəkildə yerləşdiriləcəyi gözlənilir.

Livan ordusunun ölkənin cənubunda partlamamış döyüş sursatlarını təmizləmək cəhdləri davam edir.

Digər tərəfdən, İsrail Livanın cənubunda hücumlar təşkil edərək və evləri hədəfə alaraq atəşkəs razılaşmasını tez-tez pozur.

Nigar Hacılı 
"Cebheinfo.az"

Bizi Telegramda izləyin

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:207
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 16 Dekabr 2024 13:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya onların görüşünə köklənib: Müharibələrə son qoyulacaq?

18 Noyabr 2026 13:51see367

Səhiyyədə gizli qalan vergi problemi gündəmə gəldi

18 Noyabr 2026 12:19see325

Söküntü başlamazdan əvvəl vətəndaşlar əmlaklarını qiymətləndirməlidir? Açıqlama

18 Noyabr 2026 14:55see287

MRT, KT, PET CT: Xərçəngi dəqiq hansı müayinə aşkarlayır?

18 Noyabr 2026 18:31see263

“Səhiyyə sahəsində vergi və sosial ödənişlərə yenidən baxılmalıdır”

18 Noyabr 2026 12:29see260

Xankəndidə Zəfər Gününə həsr olunmuş mini futbol turnirinə yekun vurulub

19 Noyabr 2026 01:55see251

Kosmosdakı musiqimiz: Çahargah Ahəngi “Voyager”ə necə yazılıb? │ VİDEO

19 Noyabr 2026 00:18see240

SOCAR: İşçilərin səriştəliliklərinin qiymətləndirilməsi istehsal prosesinin tərkib hissəsidir

19 Noyabr 2026 02:14see234

Məşq zamanı huşunu itirən “Bavariya”nın baş məşqçisi geri qayıdır

19 Noyabr 2026 02:01see232

Cəmi 1 saata 3 növ xərçəngi aşkar edən metod

18 Noyabr 2026 19:49see219

Hansı qan analizi Alsheymeri 10 il öncədən xəbər verir?

18 Noyabr 2026 16:56see215

Azərbaycanda qızıl 15 faizə qədər ucuzlaşa bilər

18 Noyabr 2026 21:21see213

Bakının 27 istiqamətində tıxac VAR Foto

18 Noyabr 2026 19:16see211

Altı vəkil Kollegiyadan xaric olunub, 27 si cərimələnib

18 Noyabr 2026 20:00see208

Tarixi körpüdən strateji tərəfdaşlığa: Azərbaycan və Vyetnamı iqtisadi uğura aparan ortaq yollar

18 Noyabr 2026 21:07see207

Bu qədər “xiyar” bir arada Yeni dünya rekordu+Fotolar

19 Noyabr 2026 00:23see202

Könül Xasıyevanı pub da görəndə dəhşətə gəldim” Məşhur bloqer VİDEO

18 Noyabr 2026 17:22see202

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see195

Slovakiyalı basketbolçu: “Məncə, Bakıda bizim azarkeşlərimiz daha çox idi”

19 Noyabr 2026 01:24see195

“PAŞA Sığorta”nın yeni mobil tətbiqi istifadəyə verilib

18 Noyabr 2026 12:12see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri