İsrailə ballistik raket atıldı
Icma.az, Metbuat portalına istinadən məlumat yayır.
Yəməndən İsrailə hava hücumu təşkil edilib.
Metbuat.az xəbər verir ki, bu barədə Yəməndə İranın dəstəklədiyi husilər açıqlama veriblər. Husilər İsrailə qarşı ballistik raket hücumu həyata keçirdiklərini bildiriblər. Husilərin silahlı qanadının sözçüsü Yəhya Sari İsrailin Yaffa şəhərindəki hərbi hədəfə ballistik raket atdıqlarını açıqlayıb. İsrail ordusu da husilərin həyata keçirdiyi ballistik raket hücumu barədə açıqlama verib. Açıqlamada deyilir ki, raket İsrailə çatmamış məhv edilib.
Qeyd edək ki, İsrailin Qəzzada irimiqyaslı hərbi əməliyyatlarından sonra Yəməndə İranın dəstəklədiyi husilər İsrailə intensiv raket hücumları təşkil ediblər. Lakin sonra bu hücumlar səngiyib.
Baxış sayı:143
Bu xəbər 16 Dekabr 2024 23:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















