İsrailə hücum etsə, iqtisadiyyatı çökəcək Netanyahudan İrana xəbərdarlıq AzPolitika onlayn siyasiictimai qəzet
Azpolitika.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
İsrailin Baş naziri Benyamin Netanyahu videomüraciətində İranla bağlı açıqlamalar verib.
"AzPolitika" xəbər verir ki, oktyabrın 1-də İranın İsrailə qarşı hücumu zamanı ölkəsinə ciddi zərər dəymədiyini deyən Netanyahu əvəzində sözügedən hücumun Tehran iqtisadiyyatına 2,3 milyard dollar ziyan vurduğunu iddia edib.
İran hökumətini hədəf alan Netanyahu qeyd edib ki, Tehranın İsrailə qarşı mümkün yeni hücumu İran iqtisadiyyatını çökdürə bilər. Baş nazir əlavə edib ki, İsrail, eləcə də İran xalqı Təl-Əviv və Tehran arasında münaqişənin olmasını istəmir.
Tehran rəhbərliyinin İsrail kimi İran xalqının da gələcəyini məhv etməyə çalışdığını iddia edən Netanyahu buna icazə verməyəcəklərini, bir gün azad İranda israillilər və iranlılar üçün firavan gələcək quracaqlarını bildirib.
"AzPolitika.info"
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:112
Bu xəbər 13 Noyabr 2024 13:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















