Icma.az
close
up
RU
İsrailin bu qərarı öz əleyhinə işləyəcək AÇIQLAMA

İsrailin bu qərarı öz əleyhinə işləyəcək AÇIQLAMA

Icma.az bildirir, Bakivaxti portalına istinadən.

“İsrailin ultra radikal hökumətinin qondarma "erməni soyqırımı" tanıması Türkiyəyə qarşı siyasi qisas qərarıdır və öz əleyhinə işləyəcək”.

Bunu İsrail hökumətinin “erməni soyqırımı”nı tanımasını Bakıvaxtı.az-a şərh edən politoloq Oqtay Qasımov deyib.

Onun sözlərinə görə, Türkiyə üçün bu qərarın heç bir təsiri olmayacağı aydındır:

“Çünki indiyə qədər 30-dək ölkə belə qərar qəbul edib. Bunların  siyasi məqsədlərlə alınan qərarlar olduğu bəllidir. Türkiyə Benyamin Netanyahunun Qəzzada törətdiyi cinayətlərə və Yaxın Şərqdə işğalçılıq siyasətinə kəskin etiraz edən ölkə olduğuna görə belə bir qərar alınıb. Yeri gəlmişkən, Netanyahu məhz Qəzzada törətdiyi əməllərə görə Beynəlxalq Cinayət Məhkəməsində mühakimə olunub və haqqında həbs qərarı çıxarılıb”.

Müsahibimiz hesab edir ki, İsrailin bu qərarından onunla normal münasibətləri olan Azərbaycan və “İbrahim anlaşmaları”na qoşulan Qazaxıstan qətiyyən məmnun olmayacaq:

“Azərbaycan və Ermənistan arasında sülhün əleyhinə  qüvvələr isə məmnun olacaq. O qüvvələr ki, İsrail onların bəzilərini düşmən hesab edir və müharibə aparır”.

Oqtay Qasımov: Azərbaycan və Ermənistan arasında sülhün əleyhinə qüvvələr bu qərardan məmnun olacaq

Qasımov əlavə edib ki, Netanyahu həmin qüvvələrin çörəyinə yağ sürtməklə, Azərbaycan əleyhinə olanlarla bir sırada durdu:

“Qərar həm də o baxımdan məntiqsizdir ki, İsrail 60 ildən artıqdır ki, “erməni soyqırımı” iddiasının ən qəti əleyhdarlarından olub. Hesab edib ki, soyqırım yalnız yəhudilərə qarşı törədilib. Bu baxımdan qərar həm də özünü inkardır. Bu qərar Azərbaycan cəmiyyətində İsrailə münasibətdə dəyişikliyə səbəb olacaq və unudulmayacaq”.

Qeyd edək ki, İsrail hökuməti rəsmi olaraq “erməni soyqırımı”nı tanımağa yekdilliklə səs verib. İsrailin xarici işlər naziri Gideon Saarın sözlərinə görə, qərar şəxsən öz tərəfindən irəli sürülən qətnamə layihəsi əsasında qəbul edilib.

Saar qeyd edib ki, Osmanlı İmperiyasının son illərində erməni xalqına qarşı törədilmiş soyqırımının tanınması həm mənəvi, həm də tarixi borcdur. Layihə səsvermə üçün Knessetin plenar iclasının gündəliyinə çıxarılacaq.

Azərbaycan Xarici İşlər Nazirliyi İsrail hökumətinin qondarma “erməni soyqırımı” ilə bağlı qəbul etdiyi qərara dair bəyanat verib. XİN-nin açıqlamasında vurğulanıb ki, İsrail hökumətinin qondarma “erməni soyqırımı” ilə bağlı qəbul etdiyi qərar ciddi narahatlıq doğurur. Bildirilib ki, 1915-ci il hadisələri ilə bağlı tarixi həqiqətlərin təhrif olunması, mürəkkəb tarixi proseslərin hüquqi və elmi əsaslardan uzaq şəkildə siyasi qərar predmetinə çevrilməsi qəbuledilməzdir: “Bu kimi addımlar barışıq və qarşılıqlı anlaşmaya deyil, mövcud ziddiyyətlərin daha da dərinləşməsinə xidmət edir, regionda davamlı sülh və barışıq səylərinə mane olur. İsrail hökumətini qəbul etdiyi bu qərarı yenidən nəzərdən keçirməyə çağırırıq. Azərbaycan tarixi həqiqətlərin müdafiəsi, beynəlxalq hüququn prinsiplərinə hörmət və regionda davamlı sülhün təşviqi istiqamətində ardıcıl mövqeyini bundan sonra da davam etdirəcək”.

Aydın Baxış

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:156
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 29 İyun 2026 12:51 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sahibkar ABB dən şikayət etdi

02 Oktyabr 2026 08:29see697

Azərbaycan Respublikası Maliyyə Nazirliyinin 2012 ci il 18 yanvar tarixli Q 01 nömrəli Qərarı ilə təsdiq edilmiş “İşçilərin Ezamiyyə Qaydaları”nda dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının QƏRARI

02 Oktyabr 2026 09:27see426

Vüqar Bayramov: Növbəti ildən etibarən minimum əməkhaqqı məsələsinə hər il baxıla bilər

02 Oktyabr 2026 15:29see254

Daşkəsəndə yaşıl enerji mövzusunda tədbir keçirilib

02 Oktyabr 2026 15:35see228

İlk görüşdə tez soyuyan 4 bürc: Bir cümlə belə hər şeyi dəyişə bilər

03 Oktyabr 2026 03:54see210

Müğənni Ayaz tanınmış bloqerlə sevgilidir? (Video)

02 Oktyabr 2026 12:50see205

İlham Əliyev: “Heç kim bizə əl uzatmayıb, silahları da öz pulumuzla almışıq” VİDEO

02 Oktyabr 2026 21:29see200

İlk səma şahinimiz

02 Oktyabr 2026 11:58see199

Toyuq bahalaşmada mal əti “yoluyla gedir”: Üstəlik də tapılmır

02 Oktyabr 2026 12:43see199

Rubio bu ay üç ölkəyə səfərə çıxır

02 Oktyabr 2026 03:22see193

Tramp: İranın işləri yaxşı getmir

03 Oktyabr 2026 02:02see190

Fransa millisinin Zidanla “quru” seriyası başa çatdı

03 Oktyabr 2026 01:55see184

Röya: “Baldır Yar” (Foto/Video)

02 Oktyabr 2026 20:32see183

Fransada Mbappenin PSJ ilə bağlı şikayətinə xitam verildi

03 Oktyabr 2026 02:43see183

Əl yumaq üçün hansı sabun daha yaxşıdır?

02 Oktyabr 2026 17:53see182

Divanü Lüğat it Türk sərgisi daimi olaraq ziyarətə açıldı: Mahmud Kaşğarinin mirası İssık Göldə yaşadılacaq

02 Oktyabr 2026 12:31see181

Çağlar Ertuğrulun ev qiymətinə olan saatı (Foto)

02 Oktyabr 2026 21:23see176

Kino var, tamaşaçı yoxdur: 12% lik geriləmə

02 Oktyabr 2026 15:01see176

Kofeinlə bağlı yeni KƏŞF: Qəhvə sevənlər bunu mütləq oxusun

02 Oktyabr 2026 21:02see171

Xaçmazda ağır qəza: Üç nəfər xəsarət aldı FOTO

02 Oktyabr 2026 23:28see169
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri