Icma.az
close
up
RU
İsrailin hədəfə aldığı HƏMAS lideri KİMDİR?

İsrailin hədəfə aldığı HƏMAS lideri KİMDİR?

Modern.az saytına istinadən Icma.az xəbər verir.

İsrailin Qətərdə hədəfə aldığı HƏMAS-ın yüksək vəzifəli rəsmisi Xəlil əl-Həyya təşkilatın ən təcrübəli fiqurlarından biri kimi tanınır.

Modern.az-ın məlumatına görə, o, həm atəşkəs danışıqlarında əsas vasitəçi, həm də ərəb və islam dünyası ilə əlaqələrin qurulmasında əsas sima olub.

1987-ci ildə qurulan HƏMAS-a ilk gündən qoşulan əl-Həyya təşkilatın beş nəfərlik rəhbərlik şurasının üzvüdür. Bu şura keçən il İsrailin zərbələri nəticəsində öldürülən İsmayıl Haniyyə və Yəhya Sinvardan sonra təşkilata rəhbərlik edir.

Əl-Həyya, həmçinin Qəzza müharibəsinin gedişində İsraillə atəşkəs danışıqlarının əsas siması kimi çıxış edib.

1960-cı ildə Qəzzada anadan olan Xəlil əl-Həyya dəfələrlə İsrail tərəfindən həbs olunub. O, ailəsindən bir çox yaxınlarını İsrailin hava zərbələrində itirib. 2007-ci ildə Qəzzadakı evinə endirilən hava hücumu nəticəsində qohumları həlak olub. 2014-cü ildə isə böyük oğlu Osama, onun həyat yoldaşı və üç övladı İsrailin hücumunda öldürülüb.

Həyya uzun illərdir Qətərdə yaşayır və buradan HƏMAS-ın ərəb və islam ölkələri ilə əlaqələrini idarə edir. O, İranla yaxın münasibətləri ilə də tanınır və Tehrana səfərlərdə İsmayıl Haniyyəni müşayiət edib. 2022-ci ildə HƏMAS nümayəndə heyətinə rəhbərlik edərək Suriyanın prezidenti Bəşər Əsədlə münasibətləri bərpa etmək üçün Dəməşqə gedib.

Həyya daha əvvəl 7 oktyabr 2023-cü il hücumlarını “məhdud əməliyyat” adlandıraraq məqsədin İsrail əsgərlərini əsir götürüb fələstinlilərlə dəyişmək olduğunu demişdi. O, bu hücumların Fələstin məsələsini yenidən beynəlxalq gündəmə gətirdiyini vurğulamışdı.

İsrailin son hücumları zamanı Qətərdə hədəf alınan HƏMAS nümayəndə heyətinin, o cümlədən Xəlil əl-Həyyanın zərbədən sağ çıxdığı bildirilir. Bəzi mənbələr bu məlumatı təsdiqləmir, onun həlak olduğu barədə xəbərlər yayılıb.

Elnur Əmirov

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:101
embedMənbə:https://modern.az
archiveBu xəbər 09 Sentyabr 2025 20:46 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see558

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see513

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see382

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see374

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see277

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see256

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see248

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see228

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see223

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see221

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see220

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see210

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see204

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see201

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see200

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see198

Dohada iqtisadi potensialımızın təqdimatı

27 Oktyabr 2026 23:37see190

14 günlük tələ: Elektronika mağazaları vətəndaşı necə aldadır?

27 Oktyabr 2026 19:34see190

Bakıda Dünya uşaq futboluna böyük qapı açıldı

27 Oktyabr 2026 23:49see189

Lula da Silva Bolsonarunun ölkədən qaçmasını biabırçılıq adlandırıb

28 Oktyabr 2026 04:12see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri