İsrailin hədəfi yenə İran oldu ABŞ mediası mühüm faktları açıqladı
Azxeber.com saytından alınan məlumata görə, Icma.az bildirir.
ABŞ mediası İsrailin ilin ortalarına qədər İranın Natanz və Fordo nüvə obyektlərinə qabaqlayıcı zərbə endirəcəyini irəli sürüb.
AZXEBER.COM Qərb mediasına istinadən xəbər verir ki, bu iddiayla "Washington Post" qəzeti çıxış edib.
Məlumata görə, İsrail hücumu həyata keçirərsə, bölgədə gərginlik daha da artacaq və genişmiqyaslı qarşıdurma riski yaranacaq.
Nüfuzlu mətbu orqanı İsrailin İranın nüvə proqramına qarşı hərəkətə keçdiyini də yazıb.
Ağ Ev Milli Təhlükəsizlik Şurasının sözçüsü Brayan Hyus deyib ki, Tramp İranın nüvə silahı əldə etməsinə imkan verməyəcək.
"Birləşmiş Ştatlar İranla uzun müddətdir davam edən problemlərinin sülh yolu ilə həlli üçün danışıqlara üstünlük versə də, İran razılaşmaqdan imtina edərsə, o, əbədi olaraq gözləməyəcək", - Hyus deyib.
Mikayıl
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:50
Bu xəbər 13 Fevral 2025 15:07 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















