Icma.az
close
up
RU

İsrailin hərbi cinayətləri sənədləşdirilib: Əsgərlər vəhşicəsinə öldürürlər

Icma.az xəbər verir, Gununsesi saytına əsaslanaraq.

İsrail Beynəlxalq Ədalət Məhkəməsində soyqırımda mühakimə olunarkən, insan haqları təşkilatları ordunun hərbi cinayətlərini sənədləşdirir.

Gununsesi.info xəbər verir ki, Qüds Yəhudi Universitetinin professoru Yoel Elizur Qəzzada əsgərlərin törətdiyi cinayətlər haqqında məqalə yazıb.

Əsgərlərin psixi sağlamlığını araşdıran professor “Qəzzada mülki əhaliyə qarşı törədilən qırğınlardan dəhşətə gəldim” deyib.

Məqalə “İsraili tərk edib Qəzzaya girəndə Allah kimi idik” başlıqlıdır.

Hərbi profilləri araşdıran professor hərbçiləri xarakter xüsusiyyətlərinə görə beş qrupa ayırır.

Birinci qrup “qalın dəri olanlar”dır. Ən amansız cinayətləri törədənlər, özünü tanrı kimi görənlər də bu qrupdadır.

Orduda onların sayı azdır, lakin sahib olduqları güc ətrafdakıları zəhərləyir. Təsadüfi cinayətlər törədən qalın dərili insanlar zorakılığı kişilik nümayişi kimi qəbul edirlər.

İkinci qrup isə qəddarlığı ideoloji cəhətdən dəstəkləyənlərdir, baxmayaraq ki, onlar özləri iştirak etmirlər.

Ərəbləri aşağı görən yəhudilərin üstünlüyünə inanan bu əsgərlər ordu içərisində kiçik bir qrupdur.

Müəllifin “pozulmaq bilməyənlər” adlandırdığı üçüncü qrupdakıların da sayı azdır.

Bu qrupdakı insanlar komandirləri tərəfindən törədilən qətlləri bildirirlər. Bu səbəbdən onlar təcrid olunur, sürgün edilir və ya təzyiqlərə məruz qalırlar.

Ordunun əksəriyyəti heç vaxt zorakılığa meyli olmayan əsgərlərdən ibarətdir.

Bu əsgərlərin davranışını nümunə götürdükləri rəisləri və xidmət etdikləri bölmənin normaları müəyyən edir.

Beşinci və sonuncu qrup qanuna uyğun hərəkət edən və mütənasib güc tətbiq edən əsgərlərdən ibarətdir.

Yoel Elizur yazıb ki, son müharibədə İsrail əsgərlərinin törətdiyi hərbi cinayətlərlə bağlı çoxlu sübutlar toplanıb.

O bildirib ki, ağ bayraq dalğalandıran dinc əhaliyə atəş açmaqdan tutmuş əsir və meyitlərlə pis rəftarlara qədər bir çox cinayətlər törədilib.

Elizur ordu içərisində qalın dərililərin və şiddəti ideoloji olaraq qanuniləşdirənlərin və istifadə etdikləri şiddətin artdığına diqqət çəkib.

İsrailli professorun sözlərinə görə, hökumətin nifrət və qisas ritorikası bu qrupların ordu daxilində təsirinin artmasına səbəb olub.

Orxan Saffari

Gununsesi.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:164
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 26 Dekabr 2024 11:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see288

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see283

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see279

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see267

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see266

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see250

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see244

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see240

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see220

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see207

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see201

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see200

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see199

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see197

Hər şeyi qazanmaq və ən yaxşı olmaq istəyirəm Barselona nın futbolçusu

02 Noyabr 2026 23:34see195

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see191

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see180

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see178

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see176

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri