İsrailin hərbi kabineti hökumətə Qəzza ilə bağlı razılaşmanın təsdiqini tövsiyə edib AZƏRTAC
Icma.az, Azertag portalına istinadən məlumat yayır.
Bakı, 18 yanvar, AZƏRTAC
İsrail hökuməti Qəzza zolağında atəşkəs və orada saxlanılan girovların azad edilməsi ilə bağlı təklif edilən sazişi təsdiqləməlidir.
AZƏRTAC xəbər verir ki, bu qərar əsas nazirlərin iştirakı ilə keçirilən ölkənin hərbi-siyasi kabinetinin iclasının yekunları üzrə qəbul edilib.
“Bütün siyasi, təhlükəsizlik və humanitar aspektləri araşdırdıqdan sonra və təklif olunan sazişin müharibənin məqsədlərinə nail olunmasına töhfə verdiyini dərk edərək, milli təhlükəsizlik məsələləri üzrə nazirlər komissiyası (hərbi-siyasi kabinet) hökumətə təklif olunan planı təsdiq etməyi tövsiyə edib”, - deyə İsrailin Baş naziri Binyamin Netanyahunun Dəftərxanasından verilən məlumatda deyilir.
Dəftərxanada əlavə ediblər ki, Qəzza ilə bağlı sazişin tam təsdiq ediləcək hökumət iclası “bir qədər sonra, gün ərzində keçiriləcək”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 18 Yanvar 2025 04:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















