İsrailin hücumları Türkiyə üçün də təhlükəyə çevrilib Ərdoğan
Icma.az bildirir, 525.az portalına istinadən.
"İsrailin Suriya və Livana hücumları Türkiyə üçün də təhlükə yaratmağa başlayıb”.
525.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hakim partiyanın parlament fraksiyasının iclasında çıxış edərkən bildirib.
O deyib ki, İsrailin hücumları təkcə region üçün deyil, bütün bəşəriyyət üçün təhlükə mənbəyinə çevrilib.
“Netanyahu və onun şəbəkəsinin Suriya və Livana hücumları təkcə bu iki qardaş ölkəni deyil, həm də Türkiyəni təhdid edən nöqtəyə çatıb. İstəyirəm ki, hamı birdəfəlik başa düşsün, Suriya və Livan iki müstəqil dövlətdir. Bu iki dövlət həm də Türkiyənin coğrafiyasında yerləşir. Dəməşq və Beyrut İstanbulun qardaş şəhərləridir. Türkiyənin təhlükəsizliyi yalnız Hatayda (Suriya ilə sərhəddə yerləşən vilayət -) deyil, həm də Hələb, Dəməşq və Beyrutda başlayır”, - Ərdoğan söyləyib.
Əlavə edib ki, Ankara regionda qardaşlarına edilən hücumlara heç vaxt göz yummayacaq. Şərqi Aralıq dənizindəki vəziyyətdən danışan prezident qeyd edib ki, heç kim bu bölgədə öz xəyallarını gerçəkləşdirməyə çalışmamalıdır.
Pərvanə Sultanova
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:102
Bu xəbər 10 İyun 2026 14:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















