Icma.az
close
up
RU
İsrailin İrana mümkün hücumu Trampın xarici siyasətinin fiaskosudur

İsrailin İrana mümkün hücumu Trampın xarici siyasətinin fiaskosudur

Icma.az, Redaktor.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"ABŞ -İran arasında aparılan nüvə danışıqları razılaşma əldə edilmir. Xüsusilə, İranın Ali dini rəhbəri Xamenei Trampla hər hansı bir müqavilənin bağlanmasını mənasız adlandırıb. İran öz mövqeyindən geri çəkilmir. Hətta şərt kimi İsrailin də nüvə silahından istifadə edilməsinə qadağa qoyulmasını irəli sürüb. Bele olan təqdirdə tərəflər arasında mümkün razılaşmalar əldə edilməsi çətin görünür. İran dinc nüvə araşdırmalarından əl çəkməyəcəyini bəyan edir. Bunu elmi tədqiqat olduğunu və ölkəsinin inkişafı istiqamətində edəcəyini vurğulayır. ABŞ isə, həm ballistik raketlərdən həm də dinc nüvə proqramından imtina etməyi tələb edir. İki tərəfin mövqeyi bir-birinə ziddir olaraq qalır. ABŞ İranın onun şərtlərini qəbul etmədiyi üçün İrana qarşı İsrail faktorundan istifadə etməyə başlayır. İsrail vasitəsilə İrana öz tələblərini qəbul etdirməyə çalışır".

Redaktor.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib. Onun sözlərinə görə, İsrail, ABŞ-İran danışıqlarına əvvəldən əleyhinə olub:

"Məhz 2017-ci ildə Tramp İsrailin istəyi ilə İranla əldə olunan "Hərtərəfli nüvə" sazişindən birtərəfli şəkildə çıxdı. ABŞ-la İran arasında yenidən başlanan nüvə danışıqlarına İsrail etiraz edirdi. D. Tramp çalışırdi ki, danışıqlar yolu ilə İranla münasibətləri normallaşdırsın. Və nüvə proqramından imtina edilməsinə nail olsun. Amma, İran öz maksimalist şərtlərindən əl çəkmədi.

Artıq ABŞ, İsrailə İrana qarşı mümkün "cərrahi" əməliyyatlara icazə verib. Bununla D. Tramp İranı güzəştə getməyə məcbur etməyi planlaşdırır. Halbuki, İran ABŞ üçün təhdid deyil. ABŞ üçün strateji təhdid Rusiyadir. Amma, ABŞ prezidenti Rusiyanın güclənməsi üçün "yaşıl" işıq yandırıb. D. Tramp Rusiyanın Ukraynada qalib gəlməsi üçün əlindən gələni edir. Əgər, Rusiya Ukraynada qalib gələrsə, bu D. Trampın siyasi fiaskosu və ABŞ fövqəldövlət statusunun ləğvi demək olacaq. Bu gün ABŞ üçün əsas təhdid məhz Rusiyadır.

Əgər, İsrail İranın nüvə mərkəzlərinə qarşı hərbi əməliyyatlar keçirsə, İran assimetrik cavab verəcək. Hörmüz boğazını bağlayacaq. ABŞ-ın hərbi bazalarına hücumlar təşkil olunacaq. Bundan əlavə, Yeməndə Husilər ABŞ hərbi bazalarına və İsrailə qarşı raket atışlarına başlayacaq

İranın küncə sıxışdırmaq və nüvə proqramından əl çəkdirmək üçün başlanan müharibə D. Trampın uğursuz siyasəti və Rusiyanın maraqlarına xidmətin əsas hissəsidir".

Vasif ƏLİHÜSEYN 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:120
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 12 İyun 2025 13:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see155

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see154

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see152

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see150

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see149

ABŞ Venesuela yaxınlığında üçüncü tankeri ələ keçirdi

21 Dekabr 2025 19:59see148

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see145

Putin liderlərlə bir araya gəldi

21 Dekabr 2025 19:59see142

Beyləqanda DƏHŞƏT: 68 yaşlı qadını boğaraq öldürdü

21 Dekabr 2025 18:22see142

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see138

Devid Bekhem və arvadı oğullarının sosial səhifəsini bloklayıblar

21 Dekabr 2025 20:01see137

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see135

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see134

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see134

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see132

ABŞ ın neftini KİM OĞURLAYIB KONKRET

21 Dekabr 2025 18:34see130

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see129

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see129

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see126

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri