Icma.az
close
up
RU
İsrailin İranla bağlı üç əsas məqsədi var TƏHLİL

İsrailin İranla bağlı üç əsas məqsədi var TƏHLİL

Icma.az, Sherg.az portalına istinadən məlumat yayır.

Bunlara, mövcud rejimi devirmək, ölkəni daxildən parçalamaq və regionda özünəsadiq qüvvələr formalaşdırmaq aiddir

İran uzun müddətdir “uran zənginləşdirmə” hədəfi ilə beynəlxalq ictimaiyyətin diqqətini çəkir. Xüsusilə hegemon dövlətlər İranın nüvə fəaliyyətindən narahatdır. Elə bunun nəticəsidir ki, 2015-ci il iyulun 14-də İran ilə ABŞ, Böyük Britaniya, Fransa, Çin, Rusiya və Almaniya arasında nüvə proqramını məhdudlaşdıran Ortaq Ümumi Fəaliyyət Planı (JCPOA) imzalandı. Sazişin əsas məqsədi İranın uran zənginləşdirmə səviyyəsini ciddi şəkildə məhdudlaşdırmaqdan ibarət idi. Ancaq 2018-ci ildə ABŞ Prezidenti Donald Tramp bir tərəfli olaraq sazişdən çıxıb, İrana qarşı ağır sanksiyalar tətbiq etdi. Bu addım, Vaşinqton-Tehran münasibətlərində uzun müddət bərpa olunmayan yaralar açdı. Xüsusilə Natanz və digər nüvə obyektlərinin ortaya çıxması ilə proseslər daha da kəskinləşdi. Qərb dövlətləri hesab edir ki, Natanz vasitəsilə Tehran nüvə silahı istehsalına yaxınlaşa bilər. Buna görə də 2025-ci ildə ABŞ və İsrail, İranın Natanz, Fordo və digər nüvə infrastrukturuna zərbələr endirdilər. Rəsmi olaraq iyunun 24-də atəşkəs elan edilsə də, regiondakı gərginlik hələ də davam edir. Son iki həftə ərzində İranda baş verən etiraz aksiyaları isə Tehran-ABŞ və Tehran-İsrail münasibətlərini daha da gərginləşdirdi. ABŞ lideri D.Tramp bu gün Davosdakı çıxışında İranın danışıqlara hazır olduğunu bildirib. Danışıqların harada və hansı formatda keçiriləcəyi hələ ki, məlum deyil.

Mövzu ilə bağlı Politoloq Turan Rzayev Sherg.az-a açıqlamasında bildirib ki, ABŞ İranın nüvə silahı əldə etməsini qəti şəkildə istəmir:

“D.Tramp bu mövzuda dəfələrlə çıxış edib. Lakin aparılan nüvə danışıqları indiyədək müsbət nəticə verməyib. İranın molla rejimi nüvə silahını, özünü təhlükə altında gördüyü üçün əldə etməyə çalışır. Ölkədə baş verən son etiraz aksiyaları da göstərdi ki, bu təhlükə rejim üçün heç də əsassız deyil. Tehran Şimali Koreya modeli üzrə hərəkət edərək, nüvə silahı vasitəsilə ABŞ-ni çəkindirmək və bununla da rejimin davamlılığını təmin etmək niyyətindədir. Məhz buna görə İran uranın zənginləşdirilməsini və ballistik raketlərin istehsalını artırmağa davam edir. İqtisadi sanksiyaların yaratdığı ciddi çətinliklərə baxmayaraq, nüvə silahı ilə bağlı proses dayandırılmayıb. Rəsmi Tehranın nüvə silahı əldə etmək istəyi, əsasən, rejimin təhlükəsizliyinin təmin edilməsi və özünümüdafiə strategiyası çərçivəsində formalaşır”.

Politoloqun qənaətinə görə, Amerikanın yeganə narahatlğı İranın nüvə silahı əldə etməsidir:

“ABŞ İranın nüvə silahı hazırlamaq planını regional təhlükəsizlik üçün təhdid görür. Ümumilikdə, nüvə silahına malik olan dövlətlər, bu silahın yayılmasını və kütləviləşməsini istəmirlər. Xüsusilə İran kimi nəzarətsiz şəkildə proksi qüvvələri maliyyələşdirən bir ölkənin nüvə silahı əldə etməsi Vaşinqton üçün qəbuledilməzdir. Əgər İran nüvə proqramlarını dayandırsa, ABŞ-nin rejimlə prinsipial problemi qalmaz. İsrail isə bu məsələyə daha radikal yanaşır. Təl-Əviv Tehranı regionda birbaşa təhlükə kimi görür. Bu yanaşma səbəbsiz deyil. Çünki Husilər, HƏMAS, Hizbullah, Həşd-Şabi kimi proksi qüvvələr İran tərəfindən maliyyələşdirilir. Bu qüvvələrin əsas məqsədi regionu İranın maraqları çərçivəsində formalaşdırmaq və İsrail üçün davamlı təhlükə yaratmaqdır”. 

T.Rzayevin sözlərinə görə, İsrailin hazırkı mərhələdə İranla bağlı üç əsas məqsədi var: 

“Bunlara, mövcud rejimi devirmək, ölkəni daxildən parçalamaq və regionda özünəsadiq qüvvələr formalaşdırmaq aiddir. İranda baş verən gərgin proseslərin arxasında dayanan əsas oyunçulardan biri də məhz İsraildir. İran məsələsində ABŞ və İsrail arasında maraqlar ilkin mərhələdə uzlaşsa da, prosesin davamında strateji fərqliliklər üzə çıxır. İranın parçalanması Vaşinqton və Təl-Əviv arasında əsas fikir ayrılığı yaradan mövzulardan biridir. Hesab edirəm ki, İranda real islahatların həyata keçirilməsi və etiraz aksiyalarının səngiməsi şəraitində, rejim ABŞ ilə yenidən danışıqlar masasına qayıdacaq. Lakin etirazlar davam edərək daha gərgin mərhələyə keçərsə, rejimin devrilməsi ehtimalı aktuallığını qoruyacaq. Bununla belə, rəsmi Tehran ABŞ və İsrailə birbaşa zərbə endirmədiyi müddətdə, genişmiqyaslı hərbi müdaxilə ehtimalı yüksək görünmür”.

Aybəniz Səfərova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:270
embedMənbə:https://sherg.az
archiveBu xəbər 22 Yanvar 2026 18:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see502

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see454

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see356

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see293

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see288

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see277

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see260

Turistlər aldadılarsa, hara müraciət etməlidirlər? Ekspert açıqladı

26 Oktyabr 2026 17:53see252

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see237

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see232

Bu ərazilər qazsız qalacaq

26 Oktyabr 2026 19:31see225

Hizbullah İsraillə mümkün yeni qarşıdurmaya hazırlaşır KİV

26 Oktyabr 2026 19:40see221

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see218

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see216

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see212

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see208

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see207

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see195

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see184

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri