Netanyahu İsrailin əsas məqsədini açıqladı İranla bağlı hansı plan qurulub?
Turkstan.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
İsrailin Baş naziri Benyamin Netanyahu bildirib ki, ölkənin əsas xarici siyasət vəzifəsi İranda hakimiyyətin dəyişdirilməsidir və yaxın gələcəkdə buna nail olmaq tamamilə mümkündür.
Turkustan.az xəbər verir ki, Netanyahu bu barədə müdafiə naziri İsrael Kats, Baş Qərargah rəisi Eyal Zamir və ordu rəhbərliyi ilə görüşündə bildirib.
"Mən bu təhlükəni birdəfəlik aradan qaldırmaq qabiliyyətimizə əminəm. Yəni Tehrandakı hakimiyyəti devirməyə. Bu, qarşımızda duran əsas məqsəddir, lakin ona nail olmaq artıq yaxındır. Bu, mümkünsüz deyil və tamamilə əlçatandır", - Netanyahu vurğulayıb.
Onun iddialarına görə, İran hazırda həmişə olduğundan daha zəifdir və sağ qalmaq uğrunda mübarizə aparır.
"Mən düşmənlərimizə deyirəm: bizimlə işiniz olmasın. Əgər nə isə öyrənmisinizsə, o da budur ki, bizimlə işiniz olmasın. Sizi məğlub etmək üçün gücümüz, qətiyyətimiz və daxili birliyimiz var", - baş nazir əlavə edib./publika.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:117
Bu xəbər 03 Sentyabr 2026 23:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















