Icma.az
close
up
RU
İsrailin maksimum hədəfi: Xamenei aradan götürülsə…

İsrailin maksimum hədəfi: Xamenei aradan götürülsə…

Bakupost saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.


İsrail tərəfindən İran rejiminə qarşı başladılan müharibə hansısa situativ və ya impulsiv qərarın nəticəsi deyil, uzun müddət planlaşdırılmış və mərhələli şəkildə icra edilmiş prosesin kulminasiya nöqtəsidir.

Bakupost.az xəbər verir ki, bu barədə politoloq Kamran Cəfərov qeyd edib.

“Bu kulminasiyaya aparan yolda iki əsas strateji şərt mövcud idi:

1) İranın Yaxın Şərqdəki proksi qüvvələrinin zərərsizləşdirilməsi.

Bu mərhələ olmadan İrana qarşı ardıcıl və genişmiqyaslı hava zərbələri həyata keçirmək mümkünsüz idi. Çünki həmin proksi qüvvələr dərhal İsraili müxtəlif cəbhələrdən atəşə tutacaq, nəticədə İsrail bir neçə istiqamətdə döyüşməyə məcbur qalacaq və resursları parçalanacaqdı. Bu da İrana qarşı zərbələrin effektivliyini ciddi şəkildə azaldacaqdı.

2) Əsəd rejiminin devrilməsi.

Əsədin devrilməsi nəticəsində İsrail bu gün Suriyanın hava məkanından sərbəst şəkildə istifadə edir. İranın Əsəd üzərindəki nüfuzunu nəzərə alaraq, onun hakimiyyətdə qalması halında Suriya hava məkanı İsrail Hərbi Hava Qüvvələri üçün bağlı qalacaq və bu da İran əleyhinə əməliyyatların hərbi nəticələrini və potensialını ciddi dərəcədə məhdudlaşdıracaqdı.

İsrail bu iki əsas maneəni aradan qaldırmaqla İrana qarşı açıq müharibə üçün strateji şərait yaratmış oldu.

Digər vacib məqam isə İsrailin qoyduğu konkret hədəflərdir:

1) Minimum hədəf - İranın nüvə proqramına aid bütün obyektlərin məhv edilməsi. Bu hədəfin həyata keçirilməsi prosesində kulminasiya nöqtəsi Fordonun məhv edilməsidir (bunun üçün ABŞ-ın GBU-57 bombaları lazımdır).

2) Arzuolunan hədəf: ümumi hərbi potensialının tam şəkildə sıradan çıxarılması.

3) Maksimum hədəf - molla rejiminin devrilməsi. Bu məsələdə İsrailin edə biləcəyi maksimum - Xameneinin fiziki zərərsizləşdirilməsidir.

Son hadisələrin dinamikası göstərir ki, İsrail hər üç hədəfə çatmaqda qərarlıdır və prosesə strateji ardıcıllıqla yanaşır”, - o bildirib.

Aygün,

BakuPost


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:141
embedMənbə:https://www.bakupost.az
archiveBu xəbər 19 İyun 2025 22:16 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see431

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see302

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see277

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see251

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see235

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see226

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see221

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see217

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see217

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see214

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see202

Azərbaycan Çexiya ilə dəmir yolu əməkdaşlığını genişləndirmək istəyir

12 Oktyabr 2026 10:36see194

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see193

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see192

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see191

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see185

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see185

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see184

Makrona aid edilən irqçi ifadə Fransada siyasi qalmaqala səbəb olub

11 Oktyabr 2026 16:34see183

Pakistanda etirazların bürüdüyü vilayətə qoşun göndəriləcək

11 Oktyabr 2026 19:16see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri