Icma.az
close
up
RU
İsrailin Qəzzada apardığı hərbi əməliyyatlarına görə xaricdə yaşayan yəhudiləri yenə hədəf alına bilər

İsrailin Qəzzada apardığı hərbi əməliyyatlarına görə xaricdə yaşayan yəhudiləri yenə hədəf alına bilər

Icma.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

Yeni Cənubi Uels Polis Komissarı Mel Lanyon bildirib ki, Sidneydəki Bondi Çimərliyində baş verən atışma terror aktı kimi təsnif edilib. Reuters agentliyinin məlumatına görə, Lanyon jurnalistlərə bildirib: "Atışma terror aktı kimi təsnif edilib". Silahlı hücum yəhudilərin Hanuka bayramını qeyd edən tədbir zamanı baş verib. Yazı hazırlanarkən, uşaqlar və atıcılardan biri də daxil olmaqla bir polis məmuru da daxil olmaqla 12 nəfərin öldüyü bildirilir. Daha 18 nəfər xəstəxanaya yerləşdirilib.

Avstraliya Sionist Federasiyasının prezidenti Jeremy Leiblerin sözlərinə görə, çimərlikdə təxminən 2000 nəfər olub. Lanyon bildirib ki, Hanuka bayramında 1000-dən çox insan iştirak edib. Terrorçular çimərliyə maşınla gəlib və yerli vaxtla saat 18:40-da atəş açıblar. İki hücumçu olub, onlardan ikincisi yaralanıb və ağır vəziyyətdə həbsdədir. Hücumçulardan birinin adı Navid Əkrəmdir.

Politoloq Məhəmməd Əsədullazadə Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, İsrailin Qəzzada həyata keçirdiyi hərbi əməliyyatlar nəticəsində, demək olar ki, Qəzza yer üzündən silinib: “Orada əsasən mülki insanlar hədəf oldu. Amma “HƏMAS”yerində qalır. Mülki insanların hədəf alınması, xəstəxanaların və çadır şəhərciklərinin vurulması İsrailin Qəzzada yerli sakinləri köçə məcbur etmək siyasətinin tərkib hissəsi idi. Bunu təbii ki, dünyanın müxtəlif yerlərində yaşayan insanları görür və qəbul edirdi. Təbii ki, bu faciənin də yəhudilərə qarşı antisemitizmin formalaşmasına gətirib çıxaracağı istisna edilmirdi.

Dəfələrlə qeyd edilirdi ki, Büynamin Netanyahunun Qəzzada mülki insanlara, mülki obyektlərə həyata keçirdiyi bu hərbi əməliyyatlar hərbi cinayətdir. Bu, beynəlxalq müstəvidə yəhudi xalqının həyatı üçün müəyyən təhlükələrə səbəb ola bilər. Məhz, Avstraliyada baş verənlər də bunun tərkib hissəsidir.

Bundan sonra da yəhudilərə qarşı belə silahlı təxribatların olması mümkündür. Bunun üçün ilk növbədə İsrail hökuməti Qəzzadakı ordusunu geri çəkməlidir və Fələstin dövlətini tanımalıdır”.

Məhəmməd Əsədullazadə

Məhəmməd Əsədullzadənin fikrincə, BMT-nin qərarlarına əsasən Qəzzada terrora İsrail hökuməti son qoymalıdır: “Əgər son qoymayacaqsa,digər ölkələrdə yaşayan yəhudilərin təhlükəsizliyi risk altında olacaq. Təbii ki, dövlətlər də yəhudilərin təhlükəsizliyini təmin edə bilərlər. Onları ictimai və digər yerlərdə açıq şəkildə gəzməməsinə qarşı çağırışlar edə bilərlər. Amma digər ölkələrin bununla bağlı kontur tədbirlər görməsi də çətin məsələdir”.

İradə Cəlil, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:82
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 16 Dekabr 2025 18:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see516

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see238

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see228

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see215

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see214

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see213

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see212

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see200

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see194

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see189

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see187

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

29 Yanvar 2026 16:53see185

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see184

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see178

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see163

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see160

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see159

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see158

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see152

Kartdan səbəbsiz pul çıxırlar Unibank dan ŞİKAYƏT

29 Yanvar 2026 11:00see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri