İsrailin tələbi BAŞ TUTDU: ABŞ ın İrana hücum planı hazırdır Regionda böyük müharibə başlayacaq KONKRET
Icma.az, Konkret.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
“ABŞ və İran arasındakı danışıqlarda üçüncü dövlətlərin iştirakı şərt kimi irəli sürülüb. Burada Rusiya, Çin, Avropa ittifaqı və digər dövlətlər vasitəçi qismində çıxış edə bilərlər. Amma bu şərti ABŞ qəbul etməyəcək”.
Bu fikirləri KONKRET.az-a açıqlamasında politoloq İlyas Hüseynov səsləndirib:
“ABŞ Rusiya-Ukrayna və Yaxın Şərq müharibələrində yalnız özünü əsas vasitəçi kimi təqdim edir. Ona görə də, bu qarşılıqlı ittihamlar, tərəflərin danışıqlar masasına əyləşməməsi, daha sərt ritorikanı formalaşdıra bilər. Bu da İran ərazisinə aqressiv müdaxiləni, bombalamanı, nüvə obyektlərinə zərbəni və digər hərbi əməliyyatları özündə birləşdirəcək.
Hesab edirəm ki, İsrailin ABŞ-dan əsas istəyi *İranın nüvə obyektlərinin məhv edilməsidir. Bu təklifi də ABŞ-ın qəbul etməsi mümkündür. Belə olan halda regionda böyük bir müharibənin başlamasını görəcəyik. Bu müharibə ölkəmizə də təsirsiz ötüşməyəcək. Amma düşünürəm ki, hələ danışıqlar və məsələnin siyasi-diplomatik yolla həlli tükənməyib və bundan istifadə etmək lazımdır”.
Müşviq Tofiqoğlu
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:123
Bu xəbər 31 Mart 2025 21:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















