Icma.az
close
up
RU
İsrailin yeni hücumları səbəbindən Qəzzada humanitar böhran dərinləşəcək Ərdoğan

İsrailin yeni hücumları səbəbindən Qəzzada humanitar böhran dərinləşəcək Ərdoğan

Redaktor.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İsrailin Fələstin anklavında döyüşləri bərpa etməsindən sonra Qəzza zolağında humanitar böhran daha da pisləşib.

Redaktor.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan fələstinli həmkarı Mahmud Abbasla telefon danışığında bildirib.

"Söhbət İsrailin Fələstinə hücumları, regional və qlobal problemləri əhatə edib. Prezident Ərdoğan İsrailin yeni hücumları səbəbindən Qəzzada humanitar böhranın dərinləşdiyini və fələstinlilərin ancaq birləşməklə bu prosesin öhdəsindən gələ biləcəklərini bildirib", - Türkiyə liderinin ofisindən söhbətin yekunu olaraq bildirilib.

Ərdoğan Abbası əmin edib ki, Türkiyə “Fələstinin səsinin bütün platformalarda eşidilməsini təmin etmək” üçün səylərini davam etdirəcək.

Qeyd edək ki, Qətərin “Əl-Cəzirə” telekanalı daha əvvəl Fələstin anklavının Səhiyyə Nazirliyinə istinadən xəbər verib ki, İsrailin Qəzzada hərbi əməliyyatları bərpa etdiyi vaxtdan bəri 900-ə yaxın fələstinli ölüb, 2000-ə yaxın fələstinli yaralanıb.

Martın 18-də İsrail ordusu Qəzza zolağında hərbi əməliyyatları bərpa edərək, anklav ərazisinə kütləvi zərbələr endirib və bununla da bu ilin yanvarında yaradılmış atəşkəsi pozub. İsrailin Baş naziri Benyamin Netanyahunun ofisi bunu radikal Fələstinin HƏMAS hərəkatının danışıqlar zamanı vasitəçilər və ABŞ prezidentinin xüsusi elçisi Stiven Vitkoff tərəfindən irəli sürülən təkliflərdən imtina etməsi ilə izah edərək, sektordakı əməliyyatın məqsədinin bütün girovları azad etmək olduğunu bildirib. HƏMAS hərbi əməliyyatların yenidən başlamasında İsrail və ABŞ-ni günahlandırıb.

Turan İSMAYIL

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:200
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 29 Mart 2025 17:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see481

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see374

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see365

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see361

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see337

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see332

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see289

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see272

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see267

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see254

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see245

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see242

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see240

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see237

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see229

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see225

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see220

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see213

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see205

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri