Icma.az
close
up
RU
İsraillə 12 günlük müharibədən sonra rejim ölkədə dini və ideoloji hökmdarlıq dövrünün bitdiyini hiss edir

İsraillə 12 günlük müharibədən sonra rejim ölkədə dini və ideoloji hökmdarlıq dövrünün bitdiyini hiss edir

Icma.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Artıq rejim bir ideoloji çöküş yaşamaqdadır və bu səbəbdən də Məmmədrza Bahonər deyir ki, “biz artıq paradiqmaları dəyişmək zorundayıq. Yəni bu ideoloji yanaşmalar artıq mümkün deyil. Bu ölkənin əhalisinin yarısı qadınlardan ibarətdirsə, onların hamısına “Hizbullahi” deyə bilmərik. Onların hamısını bu rejimin tərəfdarı deyə bilmərik. Onların vətəndaş olaraq bu ölkədə sərbəst yaşam haqqını tanımaq zorundayıq. Artıq bu, bir seçim deyil, bir məcburiyyətdir və biz məcburuq ki, biz bir sıra yumşaq islahatlara gedək, yoxsa çox ciddi böhranlarla qarşı-qarşıya qalacağıq”.

Bu barədə Savalan Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi, GAMAC İdarə Heyətinin üzvü Sadiq İsabəyli Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, bunun başqa səbəbləri də var və əsas səbəblərdən həm də budur ki, rejim artıq həm ictimai, həm siyasi, həm də iqtisadi çöküşün bir ərəfəsindədir.

Sadiq İsabəyli

“İsrailin 12 günlük savaşdan sonrakı proseslərdə öz qalibiyyətini təsdiqləməsini rejim təhlil etdikcə və hansı çətin vəziyyətdə qaldığını gördükcə artıq bilir ki, onların dini və ideoloji hökmdarlıq dövrü bitib. Həm öz daxillərində bir sıra siyasi hakimiyyətə iddialı qüvvələr var və bu qüvvələri sıradan çıxartmalıdırlar. “Məsələn, Həsən Ruhani və onun tərəfdarları, rejimin baxışı ilə desək, qərbyönlü siyasi baxış sərgiləyən qüvvələrin bütövlükdə sıradan çıxarılması məsələsi əsas mövzulardandır. Amma bunların ölkənin sosial, iqtisadi və həm də hakimiyyətin daxilindəki nüfuzları o qədər dərindir ki, onları məğlub etmək asan deyil. Çünki özlərinin də gücü ona çatmır. Yəni radikal dini rəhbərin xətti ilə gedən qüvvələrə artıq kütlə inanmır və inanmadığı üçün onların siyasətini də dəstəkləmir. Onların siyasəti şərqə baxış və yaxud Çin, Rusiya üzərindən iqtisadi, ictimai, siyasi politik bir mövqe sərgiləməkdir. Yəni anti Qərb siyasətinin davamını aparmaqdır. Bu da vətəndaşlar tərəfindən narazılıqla qəbul olunur. Çünki İranın bir xüsusiyyəti bundan ibarətdir ki,  toplumsal inkişaf qərbyönlü bir inkişafdır. İnsanların Rusiyaya və Çinə baxışı mənfidir, nəinki Avropaya və yaxud Amerika baxışı. Bu səbəbdən də rejim illərdir çalışır ki, bu antiQərb siyasətini, düşmənçiliyini müxtəlif formada şüarlar adı altında ideoloji yanaşmalar, siyasi təhlillər və yaxud bir sıra yalanlar əsasında formalaşdırsın. Amma buna nail ola bilməyib”-deyə siyasi şərhçi qeyd edib.

“Bu gün Cavad Zərif, Həsən Ruhani və onların dəstəsində olanlar deyirlər ki, “madam ki, İran adlanan ölkənin siyasi yanaşması Qərb dünyasına qarşı olacaqsa və çalışacaq ki, bu prosesdə Çinin və Rusiyanın apardığı siyasətin bir parçası olsun: O zaman yeri gələndə nə Rusiya ona sahib çıxacaq, nə də Çin. Və Qərb onu təkləyəcək və indikindən də ağır duruma salacaq. Ona görə də ölkənin yeni çıxış yolu, ancaq qərbyönlü bir siyasətin yürüdülməsidir. Buna qarşı isə çox ciddi və yenə də hakimiyyətin müxtəlif müstəvisində və yaxud yerlərində, xüsusilə Sepahi-pasdaranın içində, dini rəhbərliyin strukturunda və digər iqtisadi imkanları olan böyük şirkətlər var. Dini rəhbərə bağlı şirkətlərdə təmsil olunan qüvvələr, qruplar öz maraqlarını təhlükədə görürlər. Çünki onların əsas qazandıqları pullar, siyasi mövqelər antiQərb siyasətini alovlandırmaqdan keçir və o embarqolardan onlar milyardlarla dollar pul qazanırlar”-deyə Sadiq İsabəyli bildirib.

İradə Cəlil, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:101
embedMənbə:https://bizimyol.info
archiveBu xəbər 08 Oktyabr 2025 14:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see173

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see171

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see155

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see155

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see154

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see147

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see146

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see143

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see142

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see139

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see136

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see135

Qəbələ Kəpəz i məğlub edib

10 Yanvar 2026 16:39see133

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see133

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see132

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see131

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see129

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see129

Əfqanıstanda 4 mədənçi tüstüdən boğuldu

11 Yanvar 2026 01:20see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri