Icma.az
close
up
RU
İSRAİLLƏ İRAN ARASINDA MÜHARİBƏ BAŞLADI Qonşu ölkə vuruldu, general və nüvə obyektlərinə ağır zərbələr endirildi Tehran nə edəcək? (VİDEO, FOTO)

İSRAİLLƏ İRAN ARASINDA MÜHARİBƏ BAŞLADI Qonşu ölkə vuruldu, general və nüvə obyektlərinə ağır zərbələr endirildi Tehran nə edəcək? (VİDEO, FOTO)

Icma.az bildirir, Mia.az portalına istinadən.

Ötən gecə İsrail İranın paytaxtı Tehran, Təbriz və digər bölgələrə şiddətli zərbələr endirib, nəticədə şəhərin bir çox yerlərində güclü partlayışlar olub.

Mia.az xarici mətbuata istinadla xəbər verir ki, İran dövlət televiziyası isə İsrailin Tehranın bəzi bölgələrinə hücum etdiyini bildirib.

Hücumlarla bağlı yayılan görüntülərdə Tehranın şimal-şərqindəki Mahallati rayonunda mülki yaşayış məntəqəsindəki bina və maşınların da vurulduğu görünür.

Görüntülərdən aydın olur ki, hücumdan sonra çoxmərtəbəli binaya ciddi ziyan dəyib.

İran dövlət televiziyası İsrailin İsfahan əyalətindəki Natanz Nüvə Müəssisəsini də vurduğunu açıqlayıb.

İran İnqilab Keşikçiləri Korpusuna yaxınlığı ilə tanınan “Sepahnews” isə İsrailin Təbriz şəhərində 5 nöqtəyə zərbə vurduğunu bəyan edib

Hücumda can və mal itkisi ilə bağlı hələlik rəsmi açıqlama verilməyib.

İsrail ordusundan verilən açıqlamada bildirilib ki, İrana hücumlarda onlarla reaktiv təyyarə iştirak edib: "İranın müxtəlif bölgələrindəki nüvə hədəfləri də daxil olmaqla, onlarla hərbi obyektə zərbələr endirdik. Nəzərdə tutduğumuz hücumların birinci mərhələsi tamamlandı. İranın ürəyi sayılan nüvə obyektləri vuruldu, generalları öldürüldü. İkinci mərhələsini də zamanla həyata keçirəcəyik".

İsrail ordusu İranın nüvə silahına hər zamankindən daha yaxın olduğu iddia iddia edir və bunun bütün dünya üçün təhdid olduğu bildirib: "İsrailin öz vətəndaşlarını müdafiə etmək üçün hər şeyə hazırdır. Gərəkli yerlərə daim hücum edəcəyik. Hücumlar təhlükə aradan qaldırılana qədər davam edəcək”

Baş naziri Netanyahu isə "İsrailin mövcudluğu təhlükəsini aradan qaldırmaq" səbəbiylə İrana hücum etdiklərini açıqlayıb: "İranın İsrailə qarşı təhdidləri aradan qaldırılana qədər hücumlarımız olacaq. İranın İsrailə qarşı soyqırım ritorikası  var və bunun üçün nüvə proqramından əl çəkmir. İran atom bombası istehsal edəcək qədər uranı zənginləşdirib və silah istehsalı üçün daha əvvəl atmadığı addımlar atır. Bu sürətlə İranın çox qısa müddətdə nüvə silahı istehsal edə biləcək. Bu, İsrail üçün təhlükədir, biz buna imkan verə bilmərik".

İsrail müdafiə naziri Katz isə hücumdan sonra adekvat cavab gözlədiklərini bildirib və bu səbəbdən bütün İsraildə fövqəladə vəziyyət elan olunduğunu qeyd edib: "İsrailin İrana qarşı qabaqlayıcı hücumundan sonra yaxın gələcəkdə İsrailə və mülki əhaliyə qarşı raket və pilotsuz təyyarə hücumları gözlənilir. Bu səbəbdən İsrailin hava məkanı da növbəti xəbərdarlığa qədər bağlanıb"

Nazir deyib ki, İsrail ilk hücumda İranın müxtəlif bölgələrindəki bir çox hərbi obyektin vurub: "Hərbi hədəflərə, komandirlərə, qərargahlara və nüvə obyektlərinə planlanan uğurlu əməliyyatın ilkin mərhələsini həyata keçirdik. Buna paralel olaraq, İsrail ordusu yerli vaxtla saat 03:00-dan etibarən daxili cəbhə komandanlığı direktivlərində təcili dəyişiklik edib. Ölkədə vacib sektorlar istisna olmaqla, maarifləndirici fəaliyyət və toplantıların qadağan edilməsi barədə qərar qəbul edilib. Fövqəladə xəbərdarlıq bütün mobil telefonlara göndərilib".

Samir MUSAYEV
MİA.AZ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:69
embedMənbə:https://mia.az
archiveBu xəbər 13 İyun 2025 07:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Üç bürcə MƏSLƏHƏT: Tələsməyin, bəxtiniz gətirəcək

01 Noyabr 2025 21:42see213

“Xox”dan “həqiqi hücuma”: Trampın ultimatum oyunu və Venesuela riski KONKRET

02 Noyabr 2025 16:03see198

Batumidə mənzil alanların 77 faizini əcnəbilər təşkil edir

02 Noyabr 2025 15:17see187

Spalettinin debüt matçında “Yuventus” “Kremoneze”yə qalib gəlib VİDEO

02 Noyabr 2025 01:53see143

Düşmənin bir top atəşi ilə viran qalan postundan GÖRÜNTÜLƏR

02 Noyabr 2025 17:12see142

G7 nin enerji nazirləri açıqlama veriblər...

01 Noyabr 2025 19:58see140

Azərbaycanda turizm çöküb: Dövlət hər il milyonlar itirir

01 Noyabr 2025 18:12see139

Səmalar yenidən türklərin əlinə keçir İsrailli ekspert

01 Noyabr 2025 19:44see135

Liqa 1: PSJ yeganə qolla “Nitsa”ya qalib gəlib

01 Noyabr 2025 22:29see135

Həbs edilən icra başçısını o əvəz edirmiş FOTO

02 Noyabr 2025 15:20see134

Abşeronda bədbəxt hadisə: Gənc 12 ci mərtəbədən yıxıldı

01 Noyabr 2025 22:10see133

Qiyamət gününün bunkeri nədir: içində nə var və nə üçün lazımdır?

02 Noyabr 2025 21:01see132

Bu ölkənin qadınları özünə baxmır

02 Noyabr 2025 05:06see131

Arda Güler zədələnib

02 Noyabr 2025 16:57see131

ADA İbtidai Məktəbində xeyriyyə məqsədli Payız festivalı Məhsul bayramı keçirilib

02 Noyabr 2025 09:55see130

“Vulverhempton”un qapıçısı: “Utanmalıyıq”

02 Noyabr 2025 01:10see128

Yüksək şəkər və infarkt arasında əlaqə

03 Noyabr 2025 06:06see126

Məğlubiyyət bizim səhvlərimizdən sonra baş verdi Elmar Baxşıyev

02 Noyabr 2025 20:50see125

Dünya şöhrətli reperdən şok ETİRAF: Aylardır saçımı yumuram

01 Noyabr 2025 16:18see124

İran Gülüstan vilayətində yeni atom elektrik stansiyasının tikintisinə başlayıb

02 Noyabr 2025 17:53see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri