İşsiz şəxslər banka olan borcunu necə ödəməlidir?
Icma.az bildirir, Banco.az portalına istinadən.
Müəllif: Gülnar Əhmədli, Banco.az
Kredit öhdəliklərinin yerinə yetirilməsində yaranan çətinliklər həm borcalanlar, həm də maliyyə institutları üçün əlavə risklər yarada bilər. Xüsusilə gəlir mənbəyinin itirilməsi şəxsin aylıq ödənişlərini davam etdirməsini çətinləşdirir. Bu baxımdan, belə hallarda borcalanın maliyyə vəziyyətinin nəzərə alınması və ödəniş şərtlərinin yenidən nəzərdən keçirilməsi mühüm əhəmiyyət daşıyır.
İqtisadçı Kənan Quluzadə Banco.az-a açıqlamasında bildirib ki, ümumiyyətlə, beynəlxalq praktikada hər hansı bir layihənin maliyyələşdirilməsində və yaxud insanların kredit götürməsində problem yaşanırsa, bu, aşağıdakı üsulla tənzimlənir:
"Əgər insan işini itirirsə, burada fərqli yanaşma tətbiq olunur. Banka rəsmi şəkildə müraciət edilir, işin itirilməsi ilə bağlı rəsmi sənədlər təqdim olunur və kreditin restrukturizasiya prosesi, yəni yenidən strukturlaşdırılması həyata keçirilir. Kredit müəyyən müddətə dondurula bilər. Bu, həmin müştərinin bundan əvvəl bank qarşısında, yəni ödənişlərindəki intizamından asılıdır.
Kredit dondurula bilər, faizlərin hesablanması dayandırıla bilər və yaxud, məsələn, 12 ay müddətinə aylıq 500 manat ödəniş qalıbsa, bunu 36 aylıq müddətə aylıq müəyyən məbləğ ödəməklə həyata keçirmək olar. Bu, işini itirmiş şəxsin ödənişləri qismən daha rahat həyata keçirməsinə imkan yaradır".
İqtisadçının sözlərinə görə, layihələrin maliyyələşdirilməsində isə artıq sığorta məsələsi ortaya çıxır: "Çünki böyük maliyyə proseslərində ortada mütləq sığortanın təminatı olduqdan sonra maliyyə təqdim olunur. Böhran qrupu yaradılır və böhran qrupu həmin layihənin, məsələn, uğursuzluğundan və yaxud layihə sifarişçisinin uğursuzluğundan asılı olaraq ya krediti restrukturizasiya edir, ya faizlərin dayandırılması haqqında qərar qəbul edir, yaxud da sığorta şirkətinin yaratdığı böhran qrupu artıq layihənin idarəçiliyini öz üzərinə götürür.
Belə olan təqdirdə də bankın ödənişləri daha müntəzəm şəkildə həyata keçirilir".
Bizi sosial şəbəkələrdən izləyin!!
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:119
Bu xəbər 29 Sentyabr 2026 16:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















