Icma.az
close
up
RU
“İşsizlər cərimələnəcək” iddiaları dezinformasiyadır Deputat

“İşsizlər cərimələnəcək” iddiaları dezinformasiyadır Deputat

Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Milli Məclisdə "Tibbi sığorta haqqında" Qanuna təklif olunan dəyişikliyə əsasən, qeyri-formal məşğul şəxslər, yəni işsizlər növbəti ildən tibbi sığortadan yararlanmaq üçün aylıq 16 manat ödəməli olacaqlar. Həmçinin qeyd olunur ki, bu məbləği vaxtında ödəməyənlərə 10 faiz miqdarında cərimə tətbiq ediləcək.

Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən Milli Məclisin deputatı Pərvanə Vəliyeva bildirdi ki, "Tibbi Sığorta haqqında" qanuna təklif edilən yeni dəyişikliklə Azərbaycan Respublikasının “Məşğulluq haqqında qanununda” nəzərdə tutulmuş qeyri-formal məşğulluğun təsir dairəsinə düşən şəxslər sığortalıların ayrıca kateqoriyası kimi müəyyənləşir.

Onun sözlərinə görə, bu şəxslər sığorta haqlarını özləri ödəməlidirlər:

"Əslində, təklif edilən dəyişikliklə özü-özünü sığorta etməli olan şəxslərin əhatə dairəsi dəqiqləşir. Bu şəxslər işləyən, işindən aylıq gəlir əldə edən, lakin əmək müqaviləsi bağlamayan və ya mülki-hüquqi müqavilə bağlamadan, VÖEN açmadan sahibkarlıqla məşğul olan, xidməti müqavilə olmadan müəyyən fəaliyyəti yerinə yetirən və ya kənd təsərrüfatına yararlı torpaqdan istifadənin rəsmiləşdirilmədən həyata keçirilməsi nəticəsində gəlir əldə edən şəxslərdir. Qeyd edilən şəxslər tərəfindən sığorta haqqını ödəmək öhdəliyi yarandıqda həmin şəxslər üçün sığorta haqqı hər ay üçün 16 manat hesablanacaqdır. Təklif edilən dəyişiklik icbari tibbi sığortanın iqtisadiyyata, əmək münasibətlərinin rəsmiləşdirilməsi ilə dövlətin məşğulluq siyasətinə bir dəstəyidir, yəni, hesabatlılığın artırılmasına yönəlib".

Millət vəkili əlavə etdi ki, bu dəyişikliyi “İşsizlər sığorta haqqı ödəməlidir, ödəməsə cərimələnəcək” başlıqları ilə vermək dezinformasiyadır və həqiqəti əks etdirmir:

"Burada yenə də, tələbələr, uşaqlar, pensiyaçılar, qazilər, əlillər və s. digər bir sıra həssas təbəqədən olan insanlar dövlət vəsaiti hesabına, icbari tibbi sığortanın xidmətlər zərfi çərçivəsində tibbi xidmətləri əldə edə biləcək. Həmçinin, qeyd edim ki, sığorta haqqı ödəyib-ödəməməsindən asılı olmayaraq, bütün vətəndaşlar üçün təcili və təxirəsalınmaz tibbi yardım dövlət büdcəsi hesabına təmin edilir".

Nuriyyə NATİQQIZI

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 28 Noyabr 2025 14:37 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see780

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see521

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see310

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see286

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see281

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see264

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see254

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see243

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see239

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see239

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see231

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see228

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see225

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see222

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see211

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see202

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see199

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see197

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see187

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri