Icma.az
close
up
RU
Dövlət dəstəyi ilə işsizlər sahibkara çevrilir

Dövlət dəstəyi ilə işsizlər sahibkara çevrilir

Sherg.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azad Sahibkarlığın və Liberal İqtisadiyyatın Təşviqi


Özünüməşğulluq proqramı yoxsulluğu azaldır, iqtisadiyyatı gücləndirir



Azərbaycanda son illər həyata keçirilən sosial-iqtisadi islahatların mühüm istiqamətlərindən biri də kiçik sahibkarlığın inkişafına geniş imkanların yaradılmasıdır. Hökumət, xüsusilə də məşğulluq siyasətində innovativ və inklüziv yanaşmalar tətbiq edərək, əhalinin iqtisadi fəallığının artırılmasını, öz biznesini quran insanların sayının çoxalmasını və dayanıqlı gəlir mənbələrinin formalaşmasını hədəfləyir. Bu məqsədlə dövlət qurumları, o cümlədən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Məşğulluq Agentliyi, işsiz və işaxtaran şəxslərin əmək bazarına inteqrasiyası, yeni sahibkarlıq təşəbbüslərinin dəstəklənməsi, peşə bacarıqlarının artırılması istiqamətində ardıcıl addımlar atır.

Məhz kiçik sahibkarlığın təşviqi həm regionlarda iqtisadi aktivliyin güclənməsinə, həm də insanların sosial rifahının yüksəlməsinə mühüm töhfə verir. Bu çərçivədə icra olunan proqramlar minlərlə vətəndaşın öz biznesini qurmasına, münasib işlə təmin olunmasına və əmək bazarına rəqabətqabiliyyətli şəkildə daxil olmasına şərait yaradır.

Xatırladaq ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi bu ilin 7 ayında 265 min 600 nəfəri aktiv məşğulluq tədbirləri ilə əhatə edib.

Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, onlardan 93 mini münasib işlərlə təmin olunub, 12 min 200-ü isə kiçik ailə təsərrüfatlarını yaratmaları üçün özünüməşğulluq proqramına cəlb edilib. 


Yanvar-iyul aylarında 8 min 400 işsiz üçün isə peşə hazırlığı kursları təşkil olunub, 152 min nəfərə peşəyönümlü xidmətlər göstərilib.

Qeyd edək ki, cari ilin yeddi ayında azad edilmiş ərazilərdə özünüməşğulluq proqramı ilə təsərrüfat quranların sayı da açıqlanıb.  

Doğma yurdlarına köçürülmüş sakinlərdən bu ilin ötən dövründə daha 80-dək şəxs özünüməşğulluq proqramına cəlb edilərək bu proqram çərçivəsində öz kiçik təsərrüfatlarını qurub. Həmçinin bildirilib ki, işğaldan azad olunmuş ərazilərə köçürülən sakinlərdən ümumilikdə ötən dövrdə 414 şəxsə özünüməşğulluq proqramı çərçivəsində mal və materiallar formasında aktivlər verilib: "Verilmiş aktivlər hesabına onlar istehsal, xidmət və kənd təsərrüfatı istiqamətləri üzrə kiçik bizneslərini qurublar. Proqrama cəlb olunan şəxslər üçün ilk mərhələdə təlimlər təşkil edilir, onlara kiçik biznesin təşkili və idarə olunması üzrə bilik və bacarıqlar öyrədilir. Təlimləri uğurla bitirən proqram iştirakçıları sonda aktivlərlə təmin olunurlar".

Xatırladaq ki, Azərbaycan Prezidentinin 7 aprel 2016-cı il tarixli “Əhalinin özünüməşğulluğunun təmin olunması sahəsində əlavə tədbirlər haqqında” Sərəncamı ilə əsası qoyulan özünüməşğulluq proqramı hazırda ölkəmizdə uğurla həyata keçirilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Agentliyi bu proqram çərçivəsində aztəminatlı ailələrə fərdi təsərrüfatlarının təməlini qoymaq və ya inkişaf etdirmək üçün dövlət vəsaiti hesabına ailəyə birbaşa natura şəklində mal, material və digər əmlakın verilməsi ilə (nağd vəsait olmamaq şərti ilə) dəstək göstərir. Təqdim etdiyi biznes plana uyğun olaraq istehsal və ya xidmət avadanlıqları ilə təmin edilir. Ölkəmizdə həyata keçirilən özünüməşğulluq proqramı mikro və kiçik sahibkarlığın inkişafını və ailə büdcəsinin dayanıqlı gəlir mənbələri hesabına formalaşmasını hədəfləyir.

Əhalinin sosial cəhətdən həssas kəsimindən olan insanlara verilən müavinət və yardımların onların əmək bazarında məşğulluğunun təmin edilməsinə yönləndirilməsidir.

Burada vacib nüanslardan biri də odur ki, dövlətin dəstəyi ilə əsasən sosial cəhətdən həssas şəxslərə və aztəminatlı ailələrə aktivlər ayıraraq onlar biznes mühitində daha dayanıqlı və gəlir gətirən sahələrə yönəldilir. Özünüməşğulluğun təşviqi ilə həmin şəxsləri yardım asılılığından azad edib uzun müddətdə maliyyə dayanıqlığını təmin etmək qarşıya qoyulan əsas məqsəddir. Özünüməşğulluq proqramı çərçivəsində aktivlərin paylanılmasında üstünlük verilən şəxslər vardır ki, bunlar da əsasən əhalinin həssas və sosial cəhətdən aztəminatlı qruplarıdır. Belə ki, qanunvericiliyə əsasən, işsiz şəxslərin özünüməşğulluğunun təşkili zamanı ünvanlı dövlət sosial yardımı alan şəxslərə, əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara, bir ildən artıq işsiz kimi qeydiyyatda olanlara, pensiya yaşına iki ildən az qalmış şəxslərə və cəzaçəkmə yerlərindən azad edilmiş işsiz şəxslərə üstünlük verilir. Bu qrupdan olan insanların özünüməşğulluq proqramı çərçivəsində şəxsi bizneslərinə start verərək maliyyə azadlığını təmin etməkləri layihə çərçivəsində nəzərdə tutulan hədəflərdən biridir. Bununla belə özünüməşğulluq proqramına işsiz kimi qeydiyyata alınmış şəxslər, eyni zamanda mülkiyyətində kənd təsərrüfatına yararlı pay torpağı olub, digər məşğulluğu olmayan, işaxtaran kimi qeydiyyata alınmış şəxslər müraciət edə bilər. Özünüməşğulluq proqramı çərçivəsində vətəndaşlara kənd təsərrüfatı üzrə (iribuynuzlu, xırdabuynuzlu heyvandarlıq və arıçılıq) istehsal və xidmət istiqamətləri üzrə aktivlər təqdim edilir.

Proqram həmçinin alternativ sosial müdafiə tədbirləri ilə müqayisədə əhəmiyyətli üstünlükləri ilə fərqlənir. Belə ki, proqram eyni vaxtda bir neçə makro məqsədlər istiqamətində paralel nəticələrin əldə edilməsinə imkan yaradır. Özünüməşğulluq proqramının əsas üstünlüklərindən biri ailə büdcəsinin dayanıqlı gəlir mənbələri hesabına formalaşması, mikro və kiçik sahibkarlığın inkişafı, yeni iş yerlərinin yaradılması və işsizlik səviyyəsinin və yoxsulluq səviyyəsinin azaldılması və iqtisadiyyatda inklüzivliyin gücləndirilməsidir. Onu da deyək ki, 

Özünüməşğulluq proqramı sahibkarlıq fəaliyyətinə başlamaq üçün əlverişli imkanlar yaradır. Bu səbəbdən KOBİA 2019-cu ildən bu istiqamətdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Məşğulluq Agentliyi ilə sıx əməkdaşlıq edir, proqramın müxtəlif mərhələlərində dəstək göstərir. Proqrama qoşulmaq istəyən vətəndaşlar, eləcə də proqramın iştirakçısı olmuş və növbəti mərhələdə biznesini inkişaf etdirmək istəyənlər KOBİA-nın ölkənin 50-dən çox şəhər və rayonunda fəaliyyət göstərən KOB dostlarına dəstək üçün müraciət edə bilərlər.

KOBİA özünüməşğulluq proqramına iki istiqamətdə dəstək göstərir. Belə ki, Agentlik proqrama qoşulmaq istəyən vətəndaşların məlumatlandırılması, müvafiq sistemdə qeydiyyata alınması və məşğulluq filialları ilə əlaqələndirilməsinə dəstək olur, namizədlərin təsərrüfatına baxış, proqrama cəlb olunmuş şəxslərin təlimlərində və onlara aktivlərin verilməsində iştirak edir. Növbəti mərhələdə isə özünüməşğulluq proqramının iştirakçısı olmuş və müxtəlif aktivlərlə təmin edilmiş vətəndaşlar bizneslərinin inkişafına dəstək üçün KOBİA-nın məsləhət, biznesin planlaşdırılması, satış bazarlarına çıxış və s. istiqamətlərdə xidmətlərindən faydalana bilərlər.


Millət vəkili Azər Badamov "Şərq"ə açıqlamasında özünüməşğulluq proqramının əhalinin aztəminatlı təbəqəsinin sosial müdafiəsinin gücləndirilməsi və işsizliyin aradan qaldırılmasında böyük əhəmiyyətə malik olduğunu vurğulayıb. Onun sözlərinə görə, dövlət işaxtaran və işsiz şəxslərə müxtəlif dəstək formaları ilə yardım göstərir:

 "Bu prosesdə əsas məqsəd həmin şəxsləri peşə kurslarına cəlb etməklə maarifləndirmək, biznes planlarının hazırlanmasına kömək etmək və onları aktivlərlə təmin etməkdir. Nəticədə, əvvəllər işsiz və sosial yardıma möhtac olan insanlar sahibkarlığa başlayaraq özlərini maddi cəhətdən müstəqil edə bilir, hətta əlavə iş yerləri yarada bilirlər. Belə nümunələr praktikada çoxdur: əvvəlcə işsiz olan şəxs özünüməşğulluq proqramından yararlanaraq bir neçə il sonra biznesini genişləndirir və bir neçə nəfəri işlə təmin edir. Bu isə həm yeni iş yerlərinin yaranması, həm də iqtisadiyyatın inkişafı deməkdir".

Deputat qeyd edib ki, özünüməşğulluq proqramına əsasən iş tapmaqda çətinlik çəkən və sosial yardıma ehtiyacı olan şəxslərə üstünlük verilir: 

"Dövlət bu proqram vasitəsilə onlara ailə biznesi yaratmaq imkanı verir və onları cəmiyyətin dəyərli üzvü kimi hiss etdirməyə çalışır. 2016-cı ildən etibarən Azərbaycanda icra olunan özünüməşğulluq proqramı beynəlxalq təcrübədən fərqli olaraq yüksək uğur faizi ilə seçilir. Bunun əsas səbəblərindən biri dövlətin proqramın maliyyə dayanıqlığını təmin etməsi və birbaşa dəstəyidir. Proqram istehsal, emal, xidmət və kənd təsərrüfatı kimi geniş sahələri əhatə etdiyindən, müxtəlif təbəqələrdən olan insanları cəlb edir. Bu da öz növbəsində proqramın əhatə dairəsinin genişlənməsinə və inkişafına zəmin yaradır. Özünüməşğulluq proqramları ölkə iqtisadiyyatının güclənməsinə də töhfə verir. Dövlət yardımına arxalanan ailələr öz gəlirlərini formalaşdıraraq iqtisadi müstəqillik əldə edir. Proqrama qoşulanlar düzgün qurulmuş ailə biznesi yaratmaqla mikro və kiçik sahibkarlıq subyektlərinə çevrilirlər. Sahibkarlıq subyektlərinin çoxalması isə vergi bazasının genişlənməsi və bütövlükdə dövlət büdcəsinin gəlirlərinin artması ilə nəticələnir. Məsələn, əvvəllər sosial yardıma ehtiyacı olan şəxs indi dövlət dəstəyi ilə sahibkara çevrilərək vergi ödəyicisinə çevrilir. Bu da iqtisadiyyatın davamlı inkişafına xidmət edir".

A.Badamov ölkədə özünüməşğulluq proqramlarının daha da genişləndirilməsinin vacib olduğunu, proqramlara müraciətlərin operativ təmin edilməsi və dövlətdən alınan aktivlərin səmərəli istifadəsini təmin etmək üçün nəzarət mexanizminin gücləndirilməsinin zəruriliyini xüsusi vurğulayıb. O bildirib ki, bu proqramlar işsizliyin və yoxsulluğun azalmasına, iqtisadiyyatın dayanıqlı inkişafına mühüm töhfə verir. Nəticədə, həm sosial müdafiə sistemi güclənir, həm də ölkədə sahibkarlığın inkişafı, iş yerlərinin artması təmin olunur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:160
embedMənbə:https://sherg.az
archiveBu xəbər 12 Avqust 2025 09:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see407

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see321

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see316

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see232

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see225

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see223

Diş sağlamlığına zərər verən qidalar Həkim AÇIQLADI

23 Oktyabr 2026 09:47see222

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see219

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see204

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see198

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see193

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see187

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see187

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see186

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see185

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see181

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see179

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see174

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see171

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri