Icma.az
close
up
RU
İşsizlər işsiz olduğunu sübut edə bilmir Bu il 61 min nəfər bu statusu alıb, amma...

İşsizlər işsiz olduğunu sübut edə bilmir Bu il 61 min nəfər bu statusu alıb, amma...

Azpolitika.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycanda 2025-ci ilin 1 noyabr tarixinə rəsmi qeydiyyatda olan işsiz şəxslərin sayı təxminən 278,9 min nəfər olub. Bir ay əvvəl isə bu göstərici 236,400 nəfər təşkil edib, yəni 42 min nəfər artıb. Bu ilin əvvəlinin rəqəmlərinə baxsaq, 217,200 nəfər göstərilib. Rəsmi statistikada 61,700 nəfər artım var.

Onu da xatırladaq ki, Azərbaycanda muzdla işləyən vətəndaşların statistikası da demək olar ki, dəyişmir. Hazırda ölkədə 5,3 milyon nəfərə yaxın əmək qabiliyyətli əhalinin 1 milyon 770 min nəfəri muzdla çalışır. 3,6 milyon nəfər özəl sektordadır, onun əhəmiyyətli hissəsinin daimi işi və gəliri yoxdur.

Müvafiq qanuna görə, ölkədə əmək qabiliyyətli, lakin iş tapa bilməyən və iş axtaran şəxs işsiz sayılır. Şəxs həmçinin əmək müqaviləsi olmayan, yəni hazırda rəsmi işləməyən olmalıdır. Təqaüdçülər, tələbələr (tam gün təhsil alanlar) və müəyyən sosial yardımlarla təmin olunan şəxslər işsiz kimi qeydiyyata alınmır.

İşsiz kimi qeydiyyatdan keçmək üçün bu sənədlər tələb olunur:

- Şəxsiyyət vəsiqəsi (və ya pasport), təhsil sənədləri (diplom, attestat və s.).

- Əmək fəaliyyətini təsdiq edən sənəd (əgər əvvəllər işləyibsə, əmək kitabçası və ya elektron məlumat), şəxsi məlumatların verilməsi – ailə vəziyyəti, yaşayış yeri, ixtisas və s.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məşğulluq mərkəzləri və ya elektron portal (e-gov.az) vasitəsilə qeydiyyat mümkündür. Fiziki müraciət zamanı mərkəz əməkdaşları sənədləri qəbul edir, müraciət forması doldurulur və işsiz statusu təsdiqlənir.

İşsizlik müavinəti aylıq minimum əmək haqqının (MAA) müəyyən faizi olaraq hesablanır. Hal-hazırda bu, təxminən 150–250 manat aralığındadır (dəqiq məbləğ işsiz şəxsin əvvəlki əmək haqqı və sosial statusundan asılıdır). İşsizlik müavinəti rəsmi işsiz statusunun təsdiq olunduğu gündən etibarən 6 aya qədər ödənilir. Müavinət müddəti ərzində şəxs işə qəbul olmaq, kurs və təlimlərdə iştirak etmək öhdəliyinə malikdir. İşsiz şəxs rəsmi şəkildə məşğulluq mərkəzinə qeydiyyatdan keçməlidir və müavinət almaq üçün iş axtardığını sübut etməlidir (məşğulluq mərkəzi vasitəsilə vakansiyalara baxmaq, intervyularda iştirak və s.). Bundan başqa, işsiz şəxs bu müddət ərzində başqa gəlir mənbəyindən qazanc əldə etməməlidir.

Əgər işsiz şəxs iş taparsa, müavinət ödənişi dayandırılır.

Qeyd edək ki, təcrübədə işsiz statusu almaq olduqca çətindir. Bu sahəyə məsul olan şəxslər müxtəlif bəhanələrlə vətəndaşlara bu statusu vermək istəmirlər.

Rasim

“AzPolitika.info”

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:96
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 27 Noyabr 2025 16:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see200

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see191

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see186

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see167

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see167

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see148

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see143

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see143

Can Yaman və tanınmış model saxlanıldı FOTOLAR

10 Yanvar 2026 10:16see141

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see140

“Rubio dövrü: ABŞ Dövlət katibi Tramp administrasiyasında ən nüfuzlu məmura çevrilib“ BBC

09 Yanvar 2026 22:05see138

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see137

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see136

“Ayntraxt” “Borussiya” matçında 6 qol

10 Yanvar 2026 01:42see130

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see129

Dembele PSJ nin təklifini rədd etdi daha yüksək məbləğ istəyir

10 Yanvar 2026 01:11see129

Xamenei: Etirazlar Trampın maraqlarına xidmət edir

09 Yanvar 2026 21:12see127

Bundesliqa: “Dortmund” “Ayntraxt” səfərindən bir xalla qayıdır

10 Yanvar 2026 01:27see126

“42 nömrə etibarlı əllərdədir” Ture Semenyonun Mançester Siti yə keçidini dəstəkləyib

10 Yanvar 2026 05:08see125

Dəniz suyu içməli olacaq

10 Yanvar 2026 12:53see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri