Icma.az
close
up
RU
İştahanın artmasının 10 TƏHLÜKƏLİ SƏBƏBİ

İştahanın artmasının 10 TƏHLÜKƏLİ SƏBƏBİ

Saglamolun portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Yaşamaq üçün insan qida qəbul etməlidir. Qidadan biz orqanimin yaşaması və normal fəaliyyəti üçün lazım olan maddələri (zülallar, karbohidratlar, yağlar, vitaminlər, minerallar və s.) alırıq.

İnsan orqanizmində qidalı maddələrin səviyyəsi aşağı düşdükdə beyin bu haqda məlumat alır və insan aclıq hiss etməyə başlayır. İştahanı hipotalamus (beyinin hissəsi) kontrol edir.

Aclıq normal fizioloji hissdir, orqanizmin müdafiə reaksiyasıdır. Lakin bəzən iştahanın patoloji artması müşahidə oluna bilər. Buna "polifagiya" deyilir.

Bəzən polifagiya müxtəlif səbəblərə görə tam sağlam insanlarda inkişaf edə bilər. Qadınlarda bu bir çox hallarda menstrual dövrlə, hamiləlik, laktasiya ilə bağlı ola bilər.

Yeniyetməlik dövründə uşaqlarda iştahanın kəskin artması ola bilər. Bu müddət ərzində uşağın orqanizmi çox tez inkişaf edir, boy atır. Bu isə əlavə qidalı maddələrə ehtiyac yaradır.

Siqaret çəkməkdən imtina edən insanlarda da iştahanın kəskin artması mümkündür. Bəziləri məhz artıq çəkinin yığmasından qorxaraq siqaret çəkməkdən imtina etmir. Bu çox səhv yanaşmadır. İştaha bir müddətdən sonra normallaşacaq, lakin siqaret çəkməyin orqanizmə olan zərəri insan həyatını 10 ilə qədər qısalda bilər.

Bəzi dərman preparatların qəbulu (hormonlar, allergiya əleyhinə dərmanlar, vitaminlər və s.) iştahanın artmasına səbəb ola bilər. Müalicə həkiminiz sizi bu haqda məlumatlandırmalıdır.

Yuxusuzluq iştahanın artmasına səbəb olur. Bu səbəbdən diyetoloqlar arıqlamaq istəyən insanlara gecə 8 saatdan az olmayaraq yatmağı tövsiyə edirlər.

Bəzi hallarda polifagiya ciddi xəstəliyin simptomu ola bilər. Bu səbəbdən bu simptoma etinasız yanaşmayın.

Patoloji polifagiyanın səbəbləri arasında:

- hormonal fonun pozulmaları. Qalxanvari vəzi və böyrəküstü vəzilərin bəzi xəstəlikləri zamanı xəstədə bu simptom inkişaf edir.

- şəkərli diabet. Bu xəstəlik zamanı qanda insulinin səviyyəsi daim patoloji artmış olur. İnsulinin artması aclıq hissi yaradır. Bu zaman çoxlu miqdarda qida qəbul edən insan bəzən arıqlayır. İştahanın artması, patoloji susuzluq, sidik ifrazının kəskin artması şəkərli diabet xəstəliyinin əsas simptomlarıdır.

- depressiya tez-tez iştahanın artması ilə müşayiət olunur. İnsan stress və depressiyadan çıxış yolunu  yeməkdə görür.

- bulimiya - ciddi qida davranışının pozulması. İnsan çoxlu miqdarda qida qəbul edir, sonra bu qidadan qurtulmaq üçün özünü qusdurur, bağırsaqlarını imalə ilə yuyur. Bu çox ciddi pozulmadır.

- bəzi psixiki pozulmalar iştahanın patoloji artması ilə müşayiət oluna bilər.

- narkotik preparatların qəbulu da iştahanın artmasına səbəb ola bilər.

- baş travmaları, beyin şişləri zamanı hipotalamusun funksiyası pozula bilər ki, bunun nəticəsində insanda aclıq və toxluq hisslərinin yaranması pozulur.

- beyində serotonin hormonun ifrazının pozulması da polifagiyaya gətirib çıxarda bilər.

- helmintoz (qurd xəstəlikləri) zamanı iştaha artır, lakin insan arıqlayır.

- bəzi mədə-bağırsaq sistemi xəstəlikləri zamanı (məsələn, xora xəstəliyi) xəstədə iştahanın artması müşahidə olunur.

Saglamolun.Az


Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:254
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 19:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see504

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see315

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see287

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see276

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see275

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see275

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see272

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see268

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see268

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see246

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see241

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see239

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see237

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see232

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see220

Səhiyyə Nazirliyində yeni təyinat

29 Oktyabr 2026 12:25see216

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see214

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see210

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see208

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri