Icma.az
close
up
RU
İstanbul missiyası hayları necə yerlərində oturdub?

İstanbul missiyası hayları necə yerlərində oturdub?

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

əvvəli  https://xalqqazeti.az/az/siyaset/206216-istanbul-missiyasi-haylari-nece-yerlerinde

Yaxud 1918-ci ildə Ermənistanın sərhədləri genişləndirmək xəyalları

Ermənilərin həmin dövrdə Cənubi Qafqazda baş verən olayları öz xeyirlərinə dəyişdirmək cəhdləri də olmuşdu. Xatisyan və Aharonyan öz xatirələrində Azərbaycan ordusunun Qarabağda uğurlu hərbi əməliyyatlarını türklərin köməyilə dayandırmaq cəhdlərindən də bəhs edirlər. Xatisyan yazır: “Biz Tələt Paşaya türk əsgərlərinin Qarabağa hücumundan şikayət edəndə, o, telefonu götürdü və “ermənilər Qarabağa hücum əmri istəmirlər” deyərək danışmağa başladı. Qarabağa hücumla bağlı Tələtdən sonra Ənvər Paşa ilə də görüşməyə ehtiyac duyduq”.

Oktyabrda erməni nümayəndə heyəti Sultan tərəfindən qəbul edildi. “Məsciddə keçirilən dini mərasimdən sonra Ənvər Paşa bizi Sultanla tanış etdi. Dövlət adından danışan Aharonyan müstəqil Ermənistanla Türkiyənin bundan sonra yaxşı qonşu olacağına ümid etdiyini bildirdi. Sultan əsrlər boyu iki xalq arasında dostluq münasibətlərinin bərqərar olduğunu söylədi. O, “ermənilərlə türklər arasında əlaqələr indi Türkiyə ilə Ermənistan arasında siyasi dostluğa çevrilib” – Xatisyan qeyd edir.

Bir neçə gündən sonra Ənvər Paşa erməni nümayəndə heyətini evinə şam yeməyinə dəvət etdi. Xatisyan xatirələrində bu qəbulu belə təsvir edir: “Şərqin bütün əzəməti bizim qarşımızda açıldı. Ənvərin mənzili qızıl, ipək, xalça və hər cür qiymətli əşyalarla dolu idi. Yeməyə alman generalı Fon Sekt, Tələt, İzzət Paşa və Qafqazın üç cümhuriyyətinin nümayəndə heyəti də dəvət olunmuşdu”. Xatisyan əlavə edir: “Masa arxasında söhbətin mövzusu yeni qurulan Cənubi Qafqaz respublikalarının gələcəyi barədə oldu”.

Ermənilərə həmin görüşdə də başa salınmışdı ki, bölgədə əmin-amanlığın qorunması üçün onlara verilən lütfü düzgün dəyərləndirməli, elan olunan ərazidəki yerli sakinlərin haqlarını tanımalıdırlar. Cənubi Qafqaz respublikalarının sərhəd mübahisələri İstanbulda müzakirə edilməli idi. Ermənistanın iştahası böyük idi. Onlar aşağıdakı variantı təklif etdi: Azərbaycan Zaqafqaziyanın 38 faizini, Gürcüstan 33 faizini, Ermənistan isə 29 faizini almalıdır. Gürcüstan və Azərbaycan nümayəndə heyətləri bu təklifi rədd etdilər. Ermənistan kimi tanınan ərazinin böyük hissəsinin Azərbaycana aid olduğu onların diqqətinə çatdırıldı.

Ermənistan Respublikasının ilk baş naziri və xarici işlər naziri Aleksandr Xatisyanın “Ermənistan Respublikasının doğulması və inkişafı” adlı əsərində tariximiz üçün maraqlı məqamlar var. O yazır: “İstanbula üçüncü səfərimizdə Bəyazıt meydanındakı Hərb Nazirliyinin binasında bizi qarşılayan Ənvər Paşa ilə görüşdük. Böyük qəbul zalına daxil olanda ön divarda qızıl hərflərlə yazılmış şüar diqqətimizi çəkdi: “İstirahətini qılıncın çətiri altında tapacaqsan!”.

Ənvər Paşa orta yaşlı, yaraşıqlı adam idi. İlk baxışda sadə, utancaq insan təsiri bağışlayırdı. Sifəti çox sərt, amma bir qədər sakit, gözləri parıltılı və düşüncəli idi. Ümumiyyətlə, o, xarici görünüş etibarilə cəlbedici idi. Ənvərlə söhbət edərkən bizi maraqlandıran aktual məsələlərin üzərindən keçdik: mühacirlər, sərhədlər, konfrans. Ənvər Paşa həmin məsələlərə çox ehtiyatla toxundu: “Xarici narahatlıqlar bizə mühacirlərin işğal altındakı torpaqlara qayıtması üçün sərbəstlik və imkan vermir. Orada yaşayan müsəlmanlar onları görmək istəmir. Ermənilərin təhlükəsizliyinə zəmanət verə bilmərəm. Bir az vaxt keçəcək, onda şərtlər dəyişəcək. Bakıda ordu qurublar, hələ də bizə qarşı vuruşurlar. Zəngəzurda olduğu kimi. Andranik bizə qarşı mübarizəni davam etdirir”.

Ənvər Paşa Ermənistanın çox dar sərhədlər çərçivəsində qurulmasına və erməni xalqının tarixi hüquqları ilə bağlı etirazımıza belə cavab verdi: “Ah, mən çox yaxşı bilirəm ki, bir zamanlar arzuladığı azadlığa qovuşmuş xalq bundan heç vaxt vaz keçə bilməz”.

Erməni heyəti “bazarlıq etmək” üçün Osmanlının o zamankı Baş naziri İzzət Paşa ilə də görüşmüşdü. Osmanlı ordusunun Brest-Litovsk müqaviləsi ilə müəyyən edilmiş sərhədlərə çəkilməsi ilə bağlı razılıq əldə olunmuşdu. Payızda Osmanlı məmurları torpaq məsələsində şərti dəstək təklif etmişdilər. Ənvər Paşa Aharonyan və Xatisyana Türkiyənin Ermənistanın Lori və Pəmbəklə bağlı fikirlərini müdafiə edəcəyini və onların Brest-Litovsk müqaviləsində nəzərdə tutulan sərhədlərə qədər genişlənməsinə imkan verə biləcəyini bildirmişdi. Əvəzində erməni nümayəndə heyəti Osmanlı hökuməti ilə yaxşı əlaqələr quracağına söz vermişdi.

Ermənistan bu vədinə də əməl etməmişdi. Onlar Osmanlı dövləti büdrəyən kimi onun ərazilərinə girərək Qars vilayətini ələ keçirmişdilər. Türkiyə hökuməti bu əraziləri 1920-ci ilin noyabrında savaşla geri ala bildi. 1919-cu ildə İrəvanda hakimiyyətdə olan Daşnaksütyun partiyası tərəfindən qurulmuş “Nemesis” təşkilatı ermənilərin hüzurlarına getdikləri Osmanlı dövlət adamlarını sui-qəsdlə öldürmək üçün plan hazırlamış və bu plan sonrakı illərdə həyata keçirilmişdi.

Ermənistan eyni şeyi günümüzdə də etməkdədir. Bir tərəfdən Türkiyə ilə diplomatik münasibətlər qurmağı, Ermənistan–

Türkiyə sərhədlərinin açılmasını dilə gətiriir, o biri tərəfdən isə qonşu ölkəyə qarşı beynəlxalq müstəvidə düşmənçilik siyasətindən əl çəkmir. Üstündən 100 il keçib, amma hay xisləti dəyişmir.

Qafar ÇAXMAQLI,
XQ-nin Türkiyə müxbiri

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:196
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 14 Dekabr 2024 10:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see320

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see286

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see278

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see274

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see269

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see265

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see263

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see248

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see243

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see239

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see229

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see228

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see225

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see225

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see223

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see220

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see216

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see202

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see197

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri