Icma.az
close
up
RU
İstanbul missiyası hayları necə yerlərində oturdub?

İstanbul missiyası hayları necə yerlərində oturdub?

Xalq qazeti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Yaxud 1918-ci ildə Ermənistanın sərhədləri genişləndirmək xəyalları  

Tarixdə baş verən elə olaylar var ki, onlar bu günümüzlə də səsləşir.  Sanki, tarix təkrar olunur. İlk erməni dövlətinin ortaya çıxdığı dövrdə, yəni 1918-ci ildə Ermənistanın vəziyyəti indikindən az fərqlənirdi. Yenə başqalarının ərazisinə göz dikmək, imza atdığı anlaşmalardan kənara çıxmaq, qəbul edilən hüquqi normalara riayət etməmək, yaltaqlıq yolu ilə istəyinə nail olmaq kimi xüsusiyyətlər bu dövlətin xisləti olmuşdur. 

O dövrdə də, elə indi də ermənilərin bölgədə bir dövlət kimi mövcudluq imkanları  Türkiyə və Azərbaycana bağlı olmuşdur. Ermənilərə bu şansı biz vermişik. Məhz bizim torpaqlarda, keçmiş İrəvan xanlığının ərazilərində Ermənistan Respublikası elan ediləndən və 4 iyun 1918-ci il Batum müqaviləsi ilə 9 min kvadrat/kilometr ərazidə tanınandan sonra Osmanlı dövlətinə erməni nümayəndə heyətinin səfəri oldu. Bu səfərin məqsədi nə idi? Ermənistan torpaqlarını genişləndirmək. Bəzi erməni siyasilər elan edilmiş bu ərazidə müstəqil dövlətin qurulmasını imkansız hesab edirdilər. Bu səbəbdən ərazilərin genişləndirilməsi məqsədilə “düşmən” hesab etdikləri Osmanlının böyükləri ilə “bəlkə nəsə qopardıq” ümidi ilə məsləhətləşməyə gedirdilər. Bu görüşlərdə iştirak edən Ermənistan rəhbərlərinin sonradan yazdıqları xatirələrdə onların ənənəvi erməni üsulları ilə davrandıqları ortaya çıxır. 

1918-ci il iyunun 15-dən noyabradək İstanbulda olan erməni nümayəndə heyəti Batum müqaviləsini yumşaltmağa cəhd göstərirdi. Nümayəndə heyətinin başçısı Aharonyan, üzvləri Papacanyan, Hatisyan İstanbulda çoxsaylı görüşlər keçirdilər. Birinci Dünya müharibəsinin sonuna qədər Osmanlı imperiyası hələ də Ənvər Paşa, Tələt Paşa və Camal Paşanın əlində idi. Ən qəribəsi o idi ki, ermənilər sonralar  qondarma “erməni soyqırımı”nda ittiham etdikləri şəxslərdən mədət ummağa getmişdilər. O zaman Osmanlı dövlətinin başında duran şəxslər Cənubi Qafqazda bir erməni dövlətinin ortaya çıxmasına mane olmamışdılar. Buna görə erməni heyətinin üzvləri Osmanlı dövlətinə minnətdarlıqlarını öz xatirələrində yaltaqcasına ifadə ediblər. Ermənilər aldıqlarının üstünə bir az da əlavə etmək üçün dəridən-qabıqdan çıxırdılar.    

1918-ci il iyunun 25-də İstanbulda Almaniya, Avstriya-Macarıstan, Osmanlı İmperiyası və Bolqarıstanın iştirakı ilə konfrans başlanmalı idi. Cənubi Qafqaz respublikaları da bu konfransa dəvət olunmuşdular. Erməni tərəfində belə bir ümid vardı ki, Almaniya Brest-Litovsk müqaviləsinə uyğunlaşdırmaq üçün Batum müqaviləsinə yenidən baxmaq istəyir. İrəvandan İstanbula gələn nümayəndə heyətinə tapşırılmışdı ki, Ermənistan Respublikasının sərhədlərini genişləndirmək üçün hər cür səy göstərsin, həm də konfransda iştirak edən dövlətlərdən dəstək alsın. Onlar noyabrın 1-dək, dörd aydan çox İstanbulda qalıb, Xatisyanın sözlərinə görə, “qafqazlı qonşularımızın nəzarətə aldıqları Axalkalaki, Lori, Zəngəzur, Qarabağ, Naxçıvan üzərində erməni haqqına və hüquqlarına” diqqət çəkməyə çalışmışdılar. Erməni heyəti ümid edirdi ki, adıçəkilən ərazilər Ermənistana verilə bilər. Onlar bütün görüşlərdə bu məsələni qaldırırdılar.

Yeni yaranmış dövlətlərin həm də tanınmaq kimi problemləri vardı. Osmanlı hökuməti yeni elan olunmuş Cənubi Qafqaz dövlətlərinə müttəfiqləri Almaniya, Avstriya-Macarıstan və Bolqarıstanla anlaşmaqda kömək edəcəyinə söz vermişdi. Bundan başqa, Türkiyə müstəqilliklərini elan etmiş Gürcüstan, Azərbaycan və Ermənistan arasındakı problemləri həll etməyə çalışacaqdı. Osmanlı rəsmilərinin dilə gətirdikləri bu məram erməniləri ürəkləndirmişdi. 

Xatisyan yazır: “Türklər bizim planlarımıza və istəklərimizə yaxşı bələd idilər. Lakin onlar ciddi erməni dövlətinin yaranmasını istəmirdilər. Bakıya gedən yolu açıq saxlamaq istədikləri üçün Qarabağın və Zəngəzurun Ermənistana birləşdirilməsinə qarşı çıxdılar. Qazax–Gəncə yolunu azad etmək istədikləri üçün Axalkalaki və Lorinin bizə verilməsinə müsbət baxmadılar. Biz sərhədləri çəkilmiş xəritəmizi türklərə təqdim edəndə gördük ki, ermənilər yaşayan bəzi əraziləri azərbaycanlılar və gürcülər artıq öz sərhədləri daxilində tanıtdırıblar. Buradan Ermənistan–Gürcüstan və Ermənistan–Azərbaycan münaqişələrinə səbəb olan təhlükəli daxili münaqişə ön plana çıxdı”. 

Demək, hələ o zaman ermənilər Azərbaycana və Gürcüstana məxsus ərazilərə iddialarından əl çəkməmişdilər. Dörd aydan çox gözlədikdən sonra konfrans baş tutmadı. Bunun əsas səbəbi o günlərdə Almaniya–Osmanlı ordularının döyüş meydanında uğursuzluğa düçar olmaları idi. Ermənistan nümayəndə heyətinin İstanbuldakı diplomatik missiyası Türkiyə liderləri və xarici səfirlərlə görüşlərlə məhdudlaşmalı oldu. 

Amerikalı erməni tarixçisi Riçard Hovannisyan yazır: “Xatisyanın missiya katibi Aharonyanın hesabatlarında Ənvər və Tələt Paşa ilə alçaldıcı görüşlər təsvir olunur. Dilənçilər (erməni nümayəndə heyəti) o qədər alçaldıldılar ki, Ermənistan Cümhuriyyətinin yaradılmasına icazə verdiyi üçün Osmanlı İmperiyasına təşəkkür edib geri döndülər”. 

Bu müzakirələr zamanı Tələt Paşa ilk dəfə 1915-ci il olaylarından danışmış, erməni heyətinin dediyinə görə, bir çox ölümlərdə kürdlərin günahkar olduğunu bildirmiş, sadəcə olaraq, bəzi yerli hərbi məmurları məsuliyyətsizlikdə qınamışdı. O, açıq şəkildə erməniləri Osmanlı dövlətinə sədaqətsizlik və xəyanətlərinə görə ittiham etmişdi. Erməni nümayəndələr Tələt Paşanın bu fikirlərini də haqlı hesab etmişdilər. 

(ardı var)

Qafar Çaxmaqlı,
XQ-nin Türkiyə müxbiri

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:170
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 12 Dekabr 2024 10:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see307

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see279

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see272

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see260

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see260

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see253

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see251

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see249

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see234

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see228

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see226

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see219

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see219

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see219

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see216

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see214

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see211

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see207

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see192

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri