Icma.az
close
up
RU
Menu

Kəlbəcərin yüksəkliyində yenidən doğulan Zar BÖYÜK QAYIDIŞA SAYILI GÜNLƏR QALDI

Sahibkarlar AQTA dan narazıdır: Obyektlər arasında şəxsi maraqlara uyğun seçim edilərək qərar verilir

Uşağın evdə ayaqyalın gəzməsi xəstəlik yaradır? Pediatrdan valideynlərə CAVAB

İran Səhiyyə Nazirliyi: ABŞ ın son hücumlarında 18 nəfər ölüb, 142 yaralı var

PR nədir? Sadəcə tanıtım, yoxsa təşkilatla insanlar arasında etimad körpüsü?

“Bu həm də Azərbaycan səhiyyəsinin keyfiyyətinə qoyulan investisiyadır”

Sümüklərinizi səssiz təhlükədən qoruyun! Densitometriya müayinəsi ilə osteoporozu vaxtında aşkarlayın

İsveçrə Azərbaycandan neft tədarükünü artırıb

Qubadlıya hələ köç olmayıb, amma Bakıdakı məktəbləri bağlanır ETİRAZ

Həddindən artıq isti hava 33 xəstəliyə səbəb olur

Mərkəzi Gömrük Hospitalında Onlayn Şəxsi Kabinetdən istifadə üçün video bələdçini təqdim edirik

Deputat: Azərbaycanın səhiyyə sistemi islahatların yeni mərhələsinə qədəm qoyur

ATƏT PA TÜRKPA nın bundan sonrakı fəaliyyətini dəstəkləyəcək

“Ümid edirəm ki, yaxşı nəticə əldə edəcəyik” Mikels

Bolqarıstan: Aİ nin genişlənməsi geosiyasi proses olmamalıdır

Gənc istedadlara həsr olunmuş musiqi festival keçiriləcək

Mərkəzi Gömrük Hospitalında göz sağlamlığının qorunması üçün hərtərəfli oftalmoloji xidmətlər göstərilir

İnsan sağlamliğina verilən dəyər

Arıqlamaq istəyənlərə XƏBƏRDARLIQ: Bu çayların üzərində nələr olmalıdır?

Bakı və Belqrad birgə şirkət yaradır Saziş imzalanacaq

İstanbul nəhəngləri kimləri transfer etdi?

İstanbul nəhəngləri kimləri transfer etdi?

Footbal-plus saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

İstanbul nəhəngləri ötən həftəni transferdə çox fəal keçirdilər.

"Football-plus.az" xəbər verir ki, Avropanın əksər ölkələrində “pəncərə” sentyabrın əvvəllərində bağlandığından “Qalatasaray”, “Fənərbaxça” və “Beşiktaş” özünə lazım olan isimləri heyətə qatdı. Bu yazıda məhz nəhənglərin transferlərinə nəzər salacağıq. Qeyd edək ki, Türkiyədə yay transfer dönəmi sentyabrın 12-də bitəcək.
Ünlü qapıçı “Qalatasaray”a yox, “Fənər”ə qismət oldu
Kərəm Aktürkoğluya 22,5 milyon avro ödəməklə tarixinin ən bahalı keçidinə imza atan ''Fənərbaxça'' ötən sayımızda da xəbər verdiyimiz kimi başqa mühüm transferlər də həyata keçirib. Dominik Livakoviçdən və İrfan Can Eğribayatdan tam olaraq razı qalmayan İstanbul nəhəngi qapıçı problemini Ederson Moraes ilə yoluna qoyub. Uzun illər ''Mançester Siti''nin şərəfini qorumuş tanınmış braziliyalı əlcək sahibi ilə ''3+1'' illik müqavilə imzalanıb. 32 yaşlı Ederson Türkiyədə illik 11 milyon avro maaş qazanacaq!
Rəsmi açıqlamada məbləğ qeyd olunmasa da, iddialara görə bu transfer kluba 11 milyon avroya başa gəlib. Müqavilədə şərtə bağlı 2 milyon avroluq bonuslar da var. 2018-ci ildən bu yana Qvardiolanın ''Siti''sində əsas qapıçı statusunda olan Ederson İngiltərədə keçirdiyi 7 mövsüm ərzində 372 oyuna çıxıb və bunların 168-də qapısını toxunulmaz saxlayıb. O, bu müddət ərzində 6 premyer-liqa çempionluğu və 1 ÇL olmaqla 18 titul qazanıb. Bu yay uzun müddət “Qalatasaray”ın hədəfində olan “”Ederson ''Fənər'' tarixinə 31-ci braziliyalı futbolçu və 2-ci braziliyalı qapıçı kimi düşüb. Bu ölkədən olan qapıçılardan daha öncə “Fənər”də 2015/16-da Fabiano Freytas çıxış edib. Amma o, uğursuz performans sərgiləyərək bir ildən sonra klubdan ayrılıb.
Marko Asensio ilə də ''3+1'' illik müqavilə imzalanıb və burda da rəsmi açıqlamada transfer üçün ödənilən məbləğ qeyd olunmayıb. Türkiyə mətbuatının yazdığına inansaq, ''Fənərbaxça'' PSJ-yə 7,5 milyon avro ödəyəcək. Müqavilədə bonuslar da var. Tanınmış ispaniyalı futbolçunun illik maaşının 10 milyon avrodan aşağı olacağı güman edilir. Asensio 2016-23-cü illərdə ''Real''ın şərəfini qoruyub və məhz burda adından söz etdirib. Madrid nəhəngində 286 rəsmi oyuna çıxaraq 62 qol, 32 məhsuldar ötürmə ilə fərqlənib. Hücumda bir çox mövqedə oynamağı bacaran və 2018-ci ildə dəyəri 90 milyon avroya qədər yüksələn universal futbolçunun indiki dəyəri 20 milyon avrodu. 2023-də transfer olunduğu PSJ-də özünə yer tapa bilməyən Asensio ötən mövsümün ikinci dövrəsini icarə əsasında ''Aston Villa''da keçirmişdi. O, ''Real''da 16, PSJ-də isə 6 titul qazanıb. Asensio ''Fənər'' tarixinin Daniel Giza, Xosiko və Roberto Soldadodan sonra 4-cü ispaniyalı futbolçusudu. 
Bu transferlərlə yanaşı ''Fənər'' bəzi isimlərlə yollarını ayırıb. Məsələn, Joze Mourinyo sayəsində ulduzu parlayan gənc müdafiəçi Yusuf Akçiçək 22 milyon avro qarşılığında Səudiyyə Ərəbistanı nəhəngi ''Əl-Hilal''a satılıb. Livakoviç ilə Sofyan Amrabat isə karyerasını İspaniyada davam etdirəcək. Xorvatiyalı qapıçı ''Jirona''ya, mərakeşli yarımmüdafiəçi ''Betis''ə birillik icarəyə verilib. Livakoviçin illik 2,5 milyon avroluq maaşını ''Fənər'' ilə ''Jirona'' yarıbayarıya ödəyəcək.
“Cim-Bom” Musleranı Türkiyə yığmasının üzvü ilə əvəzlədi
Bu mövsüm tək daxili turnirlərdə yox, Çempionlar Liqasında da uğurlu çıxış etmək istəyən ''Qalatasaray'' nəhayət, Fernando Musleranın əvəzləyicisini tapdı. Yayboyu demək olar, müasir futbolun bütün tanınmış qapıçılarına maraq göstərən, amma onlardan heç birini transfer edə bilməyən ''Cim-Bom'' sonda yerli qapıçıya üstünlük verdi. Söhbət ''Trabzonspor''un kapitanı və Türkiyə yığmasının üzvü Uğurcan Çakırdan gedir. İki klubun açıqladığı rəqəmlər arasında fərq diqqət çəkir. ''Trabzonspor'' bu transferin ''33+3'' milyon avroya, ''Qalatasaray''  isə ''27,5+3'' milyon avroya başa gəldiyini açıqlayıb. Bu fərq vergiyə ödənilən məbləğlə bağlıdı. ''Trabzonspor''un açıqlamasında vergilər də nəzərə alınıbsa, ''Qalatasaray'' vergiləri çıxaraq məbləği açıqlayıb.
29 yaşlı qapıçı ilə beşillik müqavilə imzalanıb. Onun illik maaşı 2,2 milyon avrodan başlayacaq və bu məbləğ hər il artaraq sonuncu mövsümdə 3 milyon avroya bərabər olacaq. ''Trabzonspor''un öz yetirməsi olan Uğurcan indiyə qədər bu klubda 292 rəsmi oyunda forma geyərək bunların 92-də qapısını toxunulmaz saxlayıb, ümumilikdə 345 qol buraxıb və 1 çempionluq olmaqla 4 titul qazanıb. Müqavilədəki 3 milyon avroluq bonus maddəsinin qüvvəyə minməsi üçün Uğurcanın avrokuboklarda 1 oyuna çıxması yetərli olacaq. Bu transfer sayəsində bir neçə rekord qırıldı. Uğurcan ''Trabzonspor'' tarixində ən baha qiymətə satılan futbolçu oldusa, eyni zamanda Türkiyə daxilində baş tutan ən bahalı transfer oldu. Maraqlıdı ki, Türkiyə futbolu tarixinin ən bahalı 3 keçidi artıq ''Qalatasaray''a aiddi. Özü də bu transferlərin hər biri son 1 ayda baş tutub.
Əvvəlcə 75 milyon avroya Viktor Osimhen transfer edilmişdisə, bir müddət öncə ''Monako''dan Uilfrid Sinqo 30,7 milyon avroya alınmışdı. 
Uğurcandan sonra ''Qalatasaray'' fanatlarını yenidən sevindirdi. Bu dəfə türkəsilli almaniyalı ulduz İlkay Gündoğan transfer edildi. Uzun müddətdi, ''sarı-qırmızılar''ın hədəfində olan İlkay zatən uşaqlıqdan bu klubun fanatı olduğunu heç vaxt gizlətməyib. Gündoğan ilə ikiillik müqavilə imzalanıb. Onun illik maaşı 4,5 milyon avro təşkil edəcək. Bu keçid İstanbul nəhənginə havayı başa gəlib. Belə ki, İlkay ''Siti''nin ona olan 4,5 milyon avroluq borcdan imtina edərək müqaviləni qarşılıqlı şəkildə ləğv edib və sərbəst oyunçu statusunda Türkiyəyə gəlib. ''Siti''dən başqa Dortmund ''Borussiya''sı və ''Barselona''da da forma geymiş 34 yaşlı futbolçu Almaniya yığmasını 2015-dən öncə seçdiyi üçün Türkiyə Futbol Federasiyasının təlimatnaməsinə əsasən superliqada yerli statusunda oynayacaq. İlkay 7 illik İngiltərə macərasını 358 oyun, 65 qol, 47 məhsuldar ötürmə və 14 titul göstəriciləri ilə tamamladı. 
Bu arada ''Qalatasaray'' daha bir neçə futbolçu ilə yollarını ayırıb. Karlos Kuesta 750 min avroya ''Vasku da Qama''ya, Nikolo Zanyolo 2,5 milyon avroya ''Udineze''yə icarəyə verilibsə, Efe Akman 500 min avro qarşılığında İspaniyanın aşağı liqa təmsilçisi ''Andorra''ya transfer edilib. Bu 3 isimlə birlikdə bu yay ''Qalatasaray''dan ayrılan futbolçuların sayı 19-a yüksəlib! Daha iki futbolçu - Cankat Yılmaz və Kazımcan Karataşın da icarəyə veriləcəyi gözlənilir. 
“Fənər”ə iki qol vuran futbolçu “Beşiktaş”da
Son illərin ənənəsini davam etdirərək yenə mövsümün əvvəlində məşqçi dəyişikliyinə gedən və Sərgən Yalçın ilə birlikdə yeni dönəmə qədəm qoyan “Beşiktaş” da boş dayanmadı. “Qartal” “Volfsburq”dan Vatslav Çernını heyətinə qatıb. Çexiya yığmasının üzvü ilə “3+1” illik müqavilə imzalanıb.
Rəsmi olaraq məbləğ klub tərəfindən açıqlanmasa da, iddialara görə bu keçid “ağ-qaralar”a 6-7 milyon avroya başa gələcək. Ancaq bu məbləğ qarşı tərəfə 2029-cu ilə qədər hissə-hissə ödəniləcək. Transfer dəyəri 8 milyon avro civarında olan 27 yaşlı vinger “Ayaks”ın yetirməsidi və peşəkar karyerasını da məhz bu klubda başlayıb. “Ayaks”dan başqa Niderlandda “Utrext” və “Tvente”də top qovub. 2023-cü ildə isə “Volfsburq”a transfer olunub. Ötən mövsümü icarə əsasında “Reyncers”də keçirərək 52 rəsmi oyunda aktivinə 18 qol, 9 məhsuldar ötürmə yazıb.
Yeri gəlmişkən, “Fənərbaxça” fanatları da bu futbolçunu gözəl tanıyır. Çünki Çernı “Reyncers”dəki qollarından 2-ni məhz “Fənər”in qapısına vurub. Ötən mövsüm AL-in 1/8 finalında “Reyncers”in İstanbulda 3:1 qalib gəldiyi görüşdə Çernı dubl etmişdi! Çernı klub tarixinin 193-cü əcnəbi və 5-ci çexiyalı futbolçusudu. Hazırda heyətdə bu yay transfer edilən daha bir çexiyalı – David Yurasek də var. “Qartal” Cengiz Ündər, Sadio Mane, Aymerik Lyaport, Aksel Disasi, Salih Özcan, Raul Asensio kimi isimlərə də maraq göstərid. Amma hələlik bunlar yalnız şayiə tipli xəbərlərdi. Bu oyunçulardan yalnız Cengizin keçidi real görünür.
“Beşiktaş” haqda digər xəbərlər isə əsasən klubdan ayrılan futbolçularla bağlıdı. Qışda böyük ümidlərlə transfer edilən, amma Türkiyəyə və “Beşiktaş”a heç cür uyğunlaşa bilməyən Keni Arroyo karyerasını Braziliyada davam etdirəcək. 19 yaşlı ekvadorlu vinger 8 milyon avro qarşılığında “Kruzeyro”ya transfer olunub. Müqavilədə 500 min avroluq bonus maddəsi də var. Bu bonus futbolçunun 25 rəsmi oyuna çıxacağı təqdirdə qüvvəyə minəcək. Arroyo 6 aylıq Türkiyə karyerasında cəmi 14 oyuna çıxaraq aktivinə 2 qol yaza bildi.
Bundan başqa İstanbul nəhəngi Əmir Haciahmetoviç və Jan Onana ilə də vidalaşıb. Bosniyalı futbolçu qarşıdakı mövsümü icarə əsasında “Hall Siti”də keçirəcək. Acun Ilıcalının klubu onun 1,1 milyon avroluq maaşını tam ödəyəcək. Xatırladaq ki, Haciahmetoviç ötən mövsümün ilk dövrəsini icarə əsasında “Çaykur Rizəspor”da keçirmişdi. Ötən mövsümün ikinci dövrəsini “Cenoa”da icarədə keçirən Onana isə elə bu klubda oynamaqda davam edəcək. Fransalı yarımmüdafiəçi yenidən İtaliya təımsilçisinə birilik icarəyə verilib.
Yeri gəlmişkən...
Superliqa klubları bu transfer dönəmində indiyə qədər 321 milyon avro xərcləyiblər. Bu, bir ''pəncərə'' üçün Türkiyədə qeydə alınan yeni rekorddu! Əvvəlki rekord (226 milyon avro) ötən yay qeydə alınmışdı. Türkiyə futbolu tarixinin ən bahalı 5 transferinin məhz bu yay reallaşdığını nəzərə alsaq, bu rekord təəccüblü görsənməməlidi. Təbii ki, ən çox pul xərcləyən klub ''Qalatasaray''dı (135 milyon avro). 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:179
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 09 Sentyabr 2025 15:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kəlbəcərin yüksəkliyində yenidən doğulan Zar BÖYÜK QAYIDIŞA SAYILI GÜNLƏR QALDI

03 Sentyabr 2026 12:02see418

Sahibkarlar AQTA dan narazıdır: Obyektlər arasında şəxsi maraqlara uyğun seçim edilərək qərar verilir

03 Sentyabr 2026 10:01see338

Uşağın evdə ayaqyalın gəzməsi xəstəlik yaradır? Pediatrdan valideynlərə CAVAB

03 Sentyabr 2026 16:13see272

İran Səhiyyə Nazirliyi: ABŞ ın son hücumlarında 18 nəfər ölüb, 142 yaralı var

03 Sentyabr 2026 11:11see268

PR nədir? Sadəcə tanıtım, yoxsa təşkilatla insanlar arasında etimad körpüsü?

03 Sentyabr 2026 10:37see266

“Bu həm də Azərbaycan səhiyyəsinin keyfiyyətinə qoyulan investisiyadır”

03 Sentyabr 2026 13:47see259

Sümüklərinizi səssiz təhlükədən qoruyun! Densitometriya müayinəsi ilə osteoporozu vaxtında aşkarlayın

03 Sentyabr 2026 14:03see252

İsveçrə Azərbaycandan neft tədarükünü artırıb

03 Sentyabr 2026 14:49see250

Qubadlıya hələ köç olmayıb, amma Bakıdakı məktəbləri bağlanır ETİRAZ

04 Sentyabr 2026 13:42see246

Həddindən artıq isti hava 33 xəstəliyə səbəb olur

03 Sentyabr 2026 12:32see243

Mərkəzi Gömrük Hospitalında Onlayn Şəxsi Kabinetdən istifadə üçün video bələdçini təqdim edirik

03 Sentyabr 2026 15:18see242

Deputat: Azərbaycanın səhiyyə sistemi islahatların yeni mərhələsinə qədəm qoyur

03 Sentyabr 2026 18:50see235

ATƏT PA TÜRKPA nın bundan sonrakı fəaliyyətini dəstəkləyəcək

03 Sentyabr 2026 19:21see229

“Ümid edirəm ki, yaxşı nəticə əldə edəcəyik” Mikels

04 Sentyabr 2026 01:56see229

Bolqarıstan: Aİ nin genişlənməsi geosiyasi proses olmamalıdır

03 Sentyabr 2026 19:19see217

Gənc istedadlara həsr olunmuş musiqi festival keçiriləcək

03 Sentyabr 2026 13:22see212

Mərkəzi Gömrük Hospitalında göz sağlamlığının qorunması üçün hərtərəfli oftalmoloji xidmətlər göstərilir

03 Sentyabr 2026 15:18see209

İnsan sağlamliğina verilən dəyər

03 Sentyabr 2026 13:01see208

Arıqlamaq istəyənlərə XƏBƏRDARLIQ: Bu çayların üzərində nələr olmalıdır?

03 Sentyabr 2026 18:38see199

Bakı və Belqrad birgə şirkət yaradır Saziş imzalanacaq

03 Sentyabr 2026 19:59see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri