Icma.az
close
up
RU
İSTANBUL SINAQ MEYDANINA ÇEVRİLİR Putin və Zelenski arasında diplomatik şahmat

İSTANBUL SINAQ MEYDANINA ÇEVRİLİR Putin və Zelenski arasında diplomatik şahmat

Azpolitika.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya lideri Vladimir Putini İstanbulda birbaşa danışıqlara dəvət edib. “The Guardian” yazır ki, bu addım Kiyevin təşəbbüsü ələ almaq və Moskvanı siyasi təzyiq altına salmaq cəhdidir.

Qərb ölkələri – Britaniya, Fransa, Almaniya və Polşa – Kiyevə birgə səfərləri zamanı 30 günlük atəşkəs təklifi irəli sürüblər. Britaniyanın Baş naziri Keir Starmer bəyan edib ki, Rusiya bu təklifi qəbul etməzsə, sanksiyalar sərtləşdiriləcək və Ukraynaya hərbi yardım artırılacaq.

Putin atəşkəs çağırışını şərtsiz qəbul etməyib, əvəzində danışıqları İstanbulda keçirməyə razı olduğunu bildirib. Analitiklərə görə, bu addım Avropanın təzyiqlərindən yayınmaq və ABŞ-ın yeni rəhbərliyinə qarşı “konstruktiv tərəf” obrazı yaratmaq məqsədi daşıyır.

Eyni zamanda Putin, Donald Trampın diqqətini çəkməyə çalışır. Tramp “Truth Social” platformasında Ukraynanın danışıqlara dərhal razılaşmalı olduğunu qeyd edib. Bu da Kremlin danışıqlardan daxili və xarici siyasi dividentlər gözlədiyini göstərir.

Zelenski isə Putinə ultimatum verərək bildirib ki, mayın 13-dən etibarən qeyd-şərtsiz atəşkəs qəbul olunmasa, Qərb tərəfindən yeni və sərt sanksiyalar paketi tətbiq olunacaq. O, İstanbulda sülh danışıqlarına hazır olduğunu vurğulayıb və Putinin də ora gələcəyinə ümid etdiyini bildirib. Bu çağırış həm diplomatik, həm də psixoloji təzyiq vasitəsi kimi dəyərləndirilir.

İstanbulun danışıqlar üçün seçilməsi Türkiyənin vasitəçilik səylərinin yenidən gündəmə gəlməsinə səbəb olub. 2022-ci ildə də bu şəhər Rusiya-Ukrayna danışıqlarına ev sahibliyi etmişdi.

Danışıqların baş tutması bir neçə faktordan asılıdır:

Avropa liderlərinin koordinasiyalı dəstəyi;Trampın ritorikasındakı dəyişikliklər;Rusiyada artan iqtisadi və hərbi narazılıqlar;Türkiyənin vasitəçi kimi regional rolunu bərpa etmək istəyi.

Nəticə etibarilə, tərəflər arasında İstanbulda görüş baş tutsa, bu uzun fasilədən sonra ilk real diplomatik addım olacaq. Barış ehtimalı zəif olsa da, danışıqların yenidən gündəmə gəlməsi münaqişənin gələcəyi baxımından önəmlidir.

Rasim Əliyev
AzPolitika.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:65
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 12 May 2025 12:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İsrail ordusuna ilk lazer hava hücumundan müdafiə sistemi təhvil verildi

28 Dekabr 2025 19:42see201

Ərəb Liqası İsrailin bu ölkəni tanımasına etiraz üçün toplanacaq

27 Dekabr 2025 23:56see185

İlk kitabın poetikası və mənəvi yaddaş

27 Dekabr 2025 16:12see184

Afrika Kubolu: Uqanda və Tanzaniya heç heçə oynayıblar

28 Dekabr 2025 01:16see180

Tesla avtomobilləri 15 dən çox insanın ölümünə səbəb olub

29 Dekabr 2025 00:03see170

Levandovski futbol karyerasının son illərində nələrə nail olmaq istədiyindən danışıb

27 Dekabr 2025 09:30see151

Alzheimer xəstəliyinin müalicəsində inqilabi kəşf

27 Dekabr 2025 16:19see150

Zəngəzurda NƏHƏNG dağlar yarılır, yol çəkilir: MÜHÜM DETALLAR açıqlandı

28 Dekabr 2025 11:09see146

Arteta: “Çətinliklərlə inanılmaz şəkildə mübarizə aparmağımızı bəyənirəm”

28 Dekabr 2025 00:29see143

Netanyahu bazar ertəsi Trampla görüşəcək

28 Dekabr 2025 01:01see141

Ağ Evin tarixində ilk: hamilə mətbuat katibi

28 Dekabr 2025 00:29see138

Öskürəyə nə yaxşı təsir edir?

27 Dekabr 2025 17:11see138

Arne Slot: “Qol oyunun gedişatını tamamilə dəyişə bilər”

28 Dekabr 2025 01:00see136

Etna vulkanı yenidən püskürdü

28 Dekabr 2025 16:55see136

AHİK uşaqlar üçün bayram şənlikləri keçirdi FOTO

28 Dekabr 2025 10:07see132

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

28 Dekabr 2025 01:31see131

Qışda probiotiklər və prebiotiklər vacibdirmi? Həkim AÇIQLADI

28 Dekabr 2025 02:29see131

İslam Mahaçev: “Özünüzü satmağı, ictimaiyyət üçün maraqlı olmağı öyrənin”

28 Dekabr 2025 01:47see131

Xankəndi teatrı bərpa edilir 8 milyon sərf olunacaq

27 Dekabr 2025 19:29see125

Uşaq İncəsənət Festivalında mükafatlandırma

28 Dekabr 2025 04:13see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri