Icma.az
close
up
RU
İstanbul: Türk dünyasının baş şəhəri

İstanbul: Türk dünyasının baş şəhəri

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

Bu dəfə söhbətimiz məsafədə uzaq görünsə də, ruhən ən yaxın olduğumuz bir məkandan - qardaş Türkiyənin İstanbul şəhərindən olacaq. Boğaz küləklərinin tarixlə çulğalaşdığı, minilliklərin nəfəsini daşıyan bu şəhər həm qəlbimizə doğmadır, həm də önümüzdə taleyimizə yazılmış bir yaddaş kitabı kimi açılır.

İstanbul. Sanki taleyin iki qitə arasında qurduğu nəhəng körpüdür. Bu şəhərin daşında səs, suyunda şəfəq, səmalarında isə özümüzü tapdığımız bir ümid var. Burada hər səhər günəş Ayasofyanın minillik divarlarına toxunarkən, sanki tarix yenidən oyanır, keçmişlə gələcək arasında görünməz bir pərdə açılır.

Azərbaycan türkü üçün İstanbul təkcə böyük bir metropol deyil. Bu şəhər bizim üçün Vətən qoxulu bir nəfəsdir: Çanaqqala şəhidlərimizin xatirəsi, İstiqlal şairlərinin səsi, qardaşlığımızın döyünən ürəyidir. Burada addımladığın hər küçə, içdiyin hər çay, eşitdiyin hər salam insana bir doğmalıq hissi ötürür: “Biz eyni kökün budaqlarıyıq”.

İstanbul Türkiyənin şimal-qərbində yerləşən, həm Asiya, həm də Avropa qitələrini birləşdirən nadir şəhərlərdən biridir. Mərmərə dənizi və Bosfor boğazı ilə əhatə olunmuş bu şəhər, təbiəti, tarixi və mədəniyyəti ilə yalnız Türkiyənin deyil, dünyanın da ən vacib mərkəzlərindən birinə çevrilib. Bir qitədən digərinə keçmək üçün yalnız bir körpü keçmək kifayətdir – və bu, İstanbulun özəlliyinin yalnız bir parçasıdır.

İstanbulun həm yerli, həm də xarici turistləri cəlb edən ən görməli yerləri isə heç də az deyil. Gəlin, İstanbulun ən populyar və gözəl yerlərini bir-bir nəzərdən keçirək.

Topqapı Sarayı

Topqapı Sarayı İstanbulun simvollarından biridir. Dörd əsr boyunca Osmanlı sultanlarının iqamətgahı və dövlətin mərkəzi olan bu saray ziyarətçilərə Osmanlı imperiyasının zəngin mədəniyyətini və tarixini hiss etdirir. Əgər İstanbulda yalnız bir yer ziyarət edəcəksinizsə, bu, Topqapı Sarayı olmalıdır. Sarayda keçiriləcək bir saatlıq ziyarət belə mütləq unudulmaz təəssüratlar bəxş edəcək.

Ayasofya

Ayasofya 1500 illik tarixi ilə İstanbulun ən möhtəşəm və zəngin irsə sahib binalarından biridir. İlk dəfə kilsə olaraq tikilən, sonradan məscidə çevrilən və son olaraq muzey kimi fəaliyyət göstərən Ayasofya, 2020-ci ildə yenidən məscid kimi istifadə edilib. Bu möhtəşəm abidə həm memarlıq baxımından, həm də dini və tarixi əhəmiyyəti ilə ziyarətçiləri təsirləndirir.

Sultanəhmət və Göy Məscid

İstanbulun simvollarından biri olan Sultanəhməd, 17-ci əsrdə inşa edilmiş və mavi İznik çiniləri ilə bəzədilmiş Göy Məscidi ilə tanınır. Bu məscid 6 minarəsi ilə dünyanın ən diqqətçəkən məscidlərindən biridir. Göy Məscid həm də müasir İstanbulun mədəniyyətinin və incəsənətinin əks olunduğu yerlərdən biridir. Ziyarətçilər burada yalnız dini abidə deyil, həm də İslam memarlığının yüksək nümunələrini görürlər.

Bizans Hipodromu və İbrahim Paşa Sarayı

Bizans dövrünə aid olan Hipodrom, Sultanəhməd meydanında yerləşir və İstanbulun qədim tarixinin bir parçasıdır. Burada bir zamanlar at yarışı və digər əyləncələr keçirilib. Bugünkü Bizans Hipodromu, turistləri həm tarixi keçmişi, həm də möhtəşəm alman fəvvarəsi ilə cəlb edir. Eyni ərazidə yerləşən İbrahim Paşa Sarayı isə Türk və İslam sənətinin incilərinə evsahibliyi edir. Bu muzey İstanbulun zəngin mədəniyyətini araşdırmaq istəyənlər üçün gözəl bir seçimdir.

Yerebatan Sarnıcı

İstanbulun ən maraqlı və mistik yerlərindən biri olan Yerebatan Sarnıcı, qədim Konstantinopolun su anbarıdır. Sarnıcın sütunları və yeraltı havası, bura gələn hər kəsi əsrarəngiz bir dünyaya aparır. Bu yer, xüsusilə romantik atmosferi ilə məşhurdur və bura hər zaman ziyarətçilərlə doludur. Bir zamanlar şəhəri su ilə təmin edən bu yer indi turistlər üçün tarixi sərgüzəştə çevrilib.

Qapalı Çarşı və Misir Çarşısı

İstanbulun ən böyük bazarı olan Qapalı Çarşı 4000-dən çox mağazası ilə məşhurdur. Keçmişdə Böyük İpək Yolu üzərində yerləşən bu bazar, tarixlə gələcəyin birləşdiyi yerdir. Hər küncdə antik əşyalar, keramika, xalçalar və zərgərlik əşyaları satılır. Misir Çarşısı isə ədviyyatlar və qəhvələri ilə tanınır. Buranın ticarət ruhu hər zaman canlıdır və bazarlıq etmək üçün mükəmməl yerdir.

Bəyoğlu və Qalata

İstanbulun Avropa hissəsindəki Bəyoğlu, romantik atmosferi və bohem həyat tərzi ilə diqqət çəkir. Buradakı İstiqlal caddəsi, şəhərin ən məşhur alış-veriş və mədəniyyət mərkəzlərindən biridir. Eyni zamanda, Qalata Qülləsi də burada yerləşir və bu qədim qala şəhərin ən gözəl mənzərələrini təqdim edir. Gün batmadan əvvəl qülləyə çıxaraq İstanbulun möhtəşəm mənzərəsini izləmək, ziyarətçilərə unudulmaz anlar yaşadır.

Dolmabağça Sarayı

Dolmabağça Sarayı barok memarlığının ən gözəl nümunələridir və Türkiyə tarixinin mühüm məkanlarından birinə çevrilmişdir. Saray Sultan I Əbdül Məcidin dönəmində inşa edilib və sonradan Mustafa Kamal Atatürkün iqamətgahı olub. Bu möhtəşəm saray və onun ətrafındakı park, həm də İstanbulun ən çox ziyarət edilən turistik məkanlarından biridir.

Böyük Ada

İstanbuldan qaçmaq və təbiətə yaxınlaşmaq istəyənlər üçün Böyük Ada əla seçimdir. Burada nəqliyyat qadağandır və insanlar yalnız piyada, velosiped və ya at arabası ilə gəzə bilərlər. Mərmərə dənizinin zümrüd rəngindəki sularında üzmək, sükunət tapmaq üçün ideal bir məkandır.

Qız qalası: əfsanələr və tarix bir arada

Qız qalası Bosforun ortasında yer alan və çoxsaylı əfsanələrlə bağlı olan simvoldur. Qala haqqında müxtəlif əfsanələr mövcuddur, amma bir şey aydındır: bu möhtəşəm abidə İstanbulun gözəl mənzərəsini izləmək üçün mükəmməl məkandır. Qız qalası romantik məkan olaraq da ziyarətçilərin marağını çəkir.

İstanbul yalnız tarixi abidələr və memarlıqla deyil, həm də mədəniyyət və həyat tərzi ilə bir cazibə mərkəzidir. Hər küncündə keçmişin izləri və gələcəyin üfüqləri var. Bu şəhəri kəşf etmək, yalnız bir turistik ziyarət deyil, həm də bir həyat təcrübəsidir. İstər tarixi yerləri, istərsə də müasir İstanbul həyatını araşdıraraq bu şəhərin ruhunu hiss etmək mümkündür. İstanbulun hər bir görməli yeri bir hekayə danışır və hər bir ziyarətçi bu hekayənin bir parçası olur.

Nurəngiz ADİLQIZI
XQ

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:165
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 09 Dekabr 2025 11:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ceyranbatanda 1 saylı orta məktəbin həyətində bıçaqlanma olub

23 Sentyabr 2026 14:40see308

Tramp Zelenski görüşü sülh danışıqlarına çevrilə bilər? AÇIQLAMA

23 Sentyabr 2026 17:37see276

Bu qurum vətəndaşa qanunsuz borc yazdı ŞİKAYƏT

24 Sentyabr 2026 09:41see267

Əli İskəndərli Avropa çempionatında bürünc medal qazandı

23 Sentyabr 2026 19:47see264

Ceyhun Bayramov kiprli həmkarı ilə Cənubi Qafqazda sülh prosesini müzakirə etdi

24 Sentyabr 2026 02:52see216

“Dünya dövlətləri avtoritarizmə meyllənməyə davam etsə, uğurla işləyən beynəlxalq təşkilatların qurulması mümkünsüzdür...”

23 Sentyabr 2026 09:24see204

Yeni Robotik Reabilitasiya Mərkəzində ağır xəstələr həyata qayıdır VİDEO

23 Sentyabr 2026 16:37see189

“Leobank” bu dəfə vətəndaşı özündən çıxardı: “Bəsdir daha!”

23 Sentyabr 2026 08:28see188

Ərdoğan: BTC və TANAP etibarlı dəhlizlərdir

24 Sentyabr 2026 03:03see186

Elza fərqli tərzi ilə yenidən gündəmdə (Video)

23 Sentyabr 2026 09:51see186

Psixoloqlara görə, birinin sizi qısqandığını göstərən 2 kəlməlik cümlə

24 Sentyabr 2026 03:04see183

Sensasion kəşf: Qalaktikamızın ən təhlükəli yerində su tapıldı

24 Sentyabr 2026 00:23see182

Ceyhun Bayramov: TRIPP regionda yeni imkanlar yaradacaq

24 Sentyabr 2026 03:00see181

BBC: Britaniya hərbi məqsədlərlə digər ölkələrin peyklərinin fəaliyyətinə mane olur

24 Sentyabr 2026 03:56see178

Millimiz Kəpəz lə qarşılaşacaq

23 Sentyabr 2026 20:52see176

Tıxaclara görə BDU da dərslər onlayn keçiriləcək

23 Sentyabr 2026 07:36see175

Beş il sonra nə baş verəcək? Süni intellektlə bağlı ciddi XƏBƏRDARLIQ

24 Sentyabr 2026 03:36see174

Zəfər şəhidinin ev muzeyi ziyarət olunub FOTO

23 Sentyabr 2026 09:15see173

Bu heyətlə çempionluq Ay qədər uzaqdır “Yunayted”in əfsanəsi

24 Sentyabr 2026 00:33see172

Türkiyədə autizm diaqnozu qoyuldu, müayinələr fərqli həqiqəti üzə çıxardı VİDEO

24 Sentyabr 2026 07:01see170
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri