İstanbulda DHKP/C yə qarşı əməliyyat: 32 nəfər saxlanılıb Aralarında vəzifəli şəxslər də var
Icma.az, Mia.az portalına istinadən məlumatı açıqlayır.
İstanbulun 4 rayonunda DHKP/C-yə qarşı əməliyyat keçirilib.
Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, bu barədə İstanbul Respublika Baş Prokurorluğu məlumat yayıb.
Bildirilib ki, əməliyyatla terror təşkilatı DHKP/C-yə qarşı aparılan istintaq çərçivəsində 2014-2016-cı illər arasında təşkilata maliyyə dəstəyi verdiyi iddia edilən və o dövrdə Ataşehir, Maltəpə, Sarıyer və Şişli bələdiyyələrində çalışan 32 şübhəli şəxs qandallanıb.
Qeyd edlib ki, Ataşehir, Maltəpə, Sarıyer və Şişli bələdiyyələrində işləmiş həmin şəxslər təşkilatın məsul şəxsləri Doğan K. və Yunus B. vasitəsiylə qondarma təşkilata maddi dəstək veriblər.
Türkiyə mətbuatı yazır ki, hətta bəzi bələdiyyələrin qondarma təşkilata bağlı olan şəxslərlə tenderlər həvalə etməsi barədə iddalar var: "Bu səbəbdən əməliyyat zamanı o vaxtkı Ataşehir və Maltəpə bələdiyyə sədrlərinin müavinləri də daxil olmaqla 32 şübhəli saxlanılıb. İstintaq çərçivəsində iki nəfərin xaricdə, iki şübhəlinin isə həbsxanada olması müəyyən olunub. Bundan başqa, o da aydınlaşıb ki, istintaq çərçivəsində keçmiş Maltəpə Bələdiyyə sədri Əli Kılıçın zərərçəkmiş, Şişli Bələdiyyə sədri Həsən Hayri İnönü və Şişli bələdiyyə sədrinin keçmiş müavini Abdurrahman Emir Sarıgülün isə şahid qismində ifadə veriblər".
Firudin Səfərli
MİA.AZ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:140
Bu xəbər 11 Mart 2025 16:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















