İstanbulda icazəsiz aksiyalara qatılan 49 nəfər hakim qarşısına çıxarıldı
Icma.az, Redaktor.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
İstanbul Böyükşəhər Bələdiyyəsinə (İBB) qarşı korrupsiya və terror istintaqları sonrası təşkil olunan icazəsiz aksiyalara qatıldıqları iddiası ilə barələrində cinayət işi açılan 49 nəfərin məhkəməsi keçirilib.
Redaktor.az xəbər verir ki, İstanbul 70-ci Asliye Cinayət Məhkəməsində keçirilən ilk iclasda digər cinayətdən həbsdə olan 14 nəfər vəkilləri ilə birlikdə, eləcə də bəzi azadlıqda olan təqsirləndirilən şəxslər iştirak edib.
Məhkəmədə ifadə verən təqsirləndirilənlər üzərlərinə atılan ittihamları qəbul etməyiblər.
Qərarı açıqlayan məhkəmə, hadisəyə dair görüntülər ekspertiza rəyindən döndükdən sonra vəkillərə həmin görüntülərdə müvəkkillərinin olub-olmadığına dair bəyan vermələri üçün vaxt ayrılmasına qərar verib.
Kənan YUSİF
Baxış sayı:121
Bu xəbər 21 Aprel 2025 21:24 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















