İstanbulda İmamoğlunun saxlanılmasına etiraz mitinqi keçirilir FOTO
Icma.az, GlobalInfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Hazırda İstanbul Böyükşəhər Bələdiyyəsinin yerləşdiyi Saraçhanedə Əkrəm İmamoğlunun saxlanılmasına etiraz olaraq mitinq keçirilir.
Globalinfo.az xəbər verir ki, Ankaradan İstanbula gələn CHP sədri Özgür Özəl insanları saat 20:30-da Saraçhanedə mitinqə çağırıb.
İstanbul Böyükşəhər Bələdiyyə (İBB) sədri Əkrəm İmamoğlunun həyat yoldaşı Dilək İmamoğlu Saraçhanedə toplaşan vətəndaşlar qarşısında çıxış edib:
“Mən bilirəm ki, siz bu soyuq gündə kilometrlərlə yol qət edərək, maneələri və barrikadaları aşaraq bura gəlmisiniz. Hamınıza ürəkdən təşəkkür edirəm. Bu səhər saxlanılan təkcə Əkrəm İmamoğlu deyil. Bu səhər saxlanılan 16 milyon İstanbullunun iradəsidir”.
Dilək İmamoğlunun ardınca CHP sədri Özgür Özəl də vətəndaşlara müraciət edib. Özəlin çıxışından diqqət çəkən məqamlar bunlardır:
“İstanbullular tərəfindən ardıcıl üç dəfə seçilən böyük qardaşınız, oğlunuz Əkrəm İmamoğluna qarşı çevriliş cəhdi milli iradəyə qarşı çevriliş cəhdidir. Korrupsiya, terror təşkilatı, maraq qrupları yoxdur”.
Qeyd edək ki, bugün CHP-nin mərkəzi binası, CHP-nin yerli şöbələri, Vatan Emniyet və İstanbul Universiteti qarşısında da bu cür aksiyalar keçirilib.
Əliyar Xəlil
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 20 Mart 2025 01:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















