İstanbulda Türkiyədə məskunlaşan həmvətənlərimizin qəbulu başlayıb
Azpost saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Azərbaycan Respublikası Hökuməti tərəfindən təsdiq edilmiş Tədbirlər Planına uyğun olaraq, Türkiyə Respublikasına mühacirət etmiş və hazırda orada qeyri-qanuni yaşayan, Azərbaycan vətəndaşı olması ehtimal edilən şəxslərə, o cümlədən onların Türkiyə ərazisində anadan olmuş ailə üzvlərinə zəruri yardımın göstərilməsi məqsədilə bir sıra tədbirlər görülməkdədir.
Bu tədbirlər çərçivəsində dekabrın 7-dən ölkəmizin İstanbuldakı Baş konsulluğunun binasında 1990-cı illərdə Türkiyəyə mühacirət etmiş və o vaxtdan bəri orada qeyri-qanuni yaşayan Azərbaycan vətəndaşlarının qəbulu başlayıb. Qəbul zamanı pasport, vətəndaşlıq vəziyyəti aktlarının qeydi ilə bağlı şəhadətnamələrin (doğum və nikah haqqında şəhadətnamə və s.) verilməsi, eləcə də digər konsulluq əməliyyatları həyata keçiriləcək.
Sənədləri olmayan şəxslərlə bağlı valideynlik hüquqlarının müəyyənləşdirilməsi məqsədilə yerində DNT analizləri ediləcək.
Qəbul Türkiyə ilə razılaşdırmaqla məsələ üzrə Azərbaycanın aidiyyəti dövlət qurumlarının səlahiyyətli nümayəndələrindən ibarət işçi qrup tərəfindən dekabrın 15-dək həftənin hər günü keçiriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:64
Bu xəbər 07 Dekabr 2024 12:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















