Icma.az
close
up
RU
İstanbulda TÜRKPA nın Xarici Əlaqələr komissiyalarının toplantısı keçirilir

İstanbulda TÜRKPA nın Xarici Əlaqələr komissiyalarının toplantısı keçirilir

Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

İstanbulda Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Xarici Əlaqələr komissiyalarının toplantısı keçirilir.

AZƏRTAC xəbər verir ki, Türkiyə Böyük Millət Məclisinin ev sahibliyi ilə təşkil olunan tədbirdə Azərbaycan Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov tərəfindən təmsil olunur.

Türkiyə Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədri Fuat Oktayın sədrliyi ilə keçirilən açılış mərasimində Türkiyə və Azərbaycanla yanaşı, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Şimali Kipr Türk Cümhuriyyətinin Xarici Əlaqələr komitələrinin sədrləri və nümayəndələri, eləcə də digər türk təşkilatlarının rəhbər şəxsləri və əməkdaşları iştirak ediblər.

Tədbirdə çıxış edən Fuat Oktay Türk dünyasının 175 milyonluq gənc və dinamik əhaliyə sahib olduğunu deyib.

Bildirilib ki, türkdilli ölkələrin qlobal səviyyədə ticarət həcmi 1,3 trilyon dollar olduğu halda, qarşılıqlı ticarət rəqəmi 42 milyard ABŞ dolları təşkil edir.

Açılış mərasimində çıxış edən Səməd Seyidov belə yüksəksəviyyəli görüşlərin ortaq maraqlarımızın qorunması, beynəlxalq arenada daha güclü təmsilçilik və əməkdaşlığımızın dərinləşdirilməsi baxımından xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayaraq bu vacib təşəbbüsün ideya müəllifinin Azərbaycan Prezidenti İlham Əliyev olduğunu, dövlətimizin başçısının Türk dünyasının həmrəyliyinin gücləndirilməsi və əməkdaşlığımızın yeni səviyyəyə qaldırılması istiqamətində strateji addımlar ataraq, bu formatın yaranmasına xüsusi önəm verdiyini deyib.

Türkdilli təşkilatların yaradılmasını ölkə liderlərinin uzaqgörən siyasətinin nəticəsi kimi dəyərləndirən Səməd Seyidov bu qurumların zirvəsində rolu və əhəmiyyəti baxımından qlobal arenada gündən-günə təsirini artıran Türk Dövlətləri Təşkilatının dayandığını bildirib: “TDT təkcə siyasi və iqtisadi əməkdaşlıq platforması deyil, eyni zamanda, üzv dövlətlərin təhlükəsizliyi, müdafiə qabiliyyəti və beynəlxalq mövqeyinin gücləndirilməsi baxımından mühüm mexanizm rolunu oynayır. İstər parlamentlərarası əlaqələr, enerji təhlükəsizliyi, istər nəqliyyat-kommunikasiya layihələri, istərsə də müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlıq çərçivəsində birgə addımlar atmaq bütün üzv ölkələr üçün mühüm üstünlüklər qazandırır”.

Səməd Seyidov, həmçinin deyib ki, Azərbaycanın qlobal enerji və nəqliyyat marşrutlarında artan strateji rolu beynəlxalq siyasi münasibətlərə və geosiyasi güc balansına da təsir göstərir: “Bu kontekstdə Zəngəzur dəhlizinin açılması mühüm əhəmiyyət kəsb edir. Bu layihə Azərbaycan, Türkiyə, Ermənistan və digər ölkələr arasında iqtisadi inteqrasiyanı sürətləndirər, eyni zamanda, regionda münasibətlərin inkişafına töhfə verə bilər. Otuz il ərzində Ermənistanın Azərbaycan torpaqlarını işğal altında saxlaması regionda sabitliyə ciddi maneələr yaratdı. İndi isə sülh şəraitində birgə yaşayış üçün real addımlar atmağın zamanıdır”.

Bildirilib ki, hazırda dünya ölkələrinin prioritet məsələsinə çevrilən iqlim dəyişikliyi, su və torpaq ehtiyatlarının azalması, sürətli urbanizasiya kimi qlobal problemlər fonunda Azərbaycan da bu çağırışlara biganə qalmır. Bütün türk dövlətləri, o cümlədən Azərbaycan yeni texnologiyaların tətbiqinə və inkişafın təmin olunmasına töhfə verməyə çalışır: “Bu kontekstdə, Azərbaycan 2024-cü ildə BMT-nin COP29 konfransına ev sahibliyi etdi. Belə bir mötəbər beynəlxalq tədbirin ölkəmizdə keçirilməsi Azərbaycanın ekoloji problemlərə qlobal səviyyədə verdiyi önəmi, güclü siyasi iradəsini və qətiyyətini nümayiş etdirməklə yanaşı, Türk dünyasının beynəlxalq arenada nüfuzunun daha da artmasına mühüm töhfə verdi”.

Qeyd edilib ki, təkcə 2024-cü il ərzində Azərbaycan Ordusunun hərbi qulluqçuları Azərbaycan-Türkiyə hərbi əməkdaşlığı çərçivəsində ikitərəfli və çoxtərəfli 20 təlimdə iştirak ediblər. Ötən il Azərbaycan və Özbəkistan, Azərbaycan və Qazaxıstan hərbçilərinin birgə təlimləri, həmçinin Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistandan olan hərbçilərin iştirakı ilə beynəlxalq hərbi təlimlər keçirilib. 2024-cü ildə Azərbaycan Müdafiə Nazirliyi ilə Qırğızıstan Müdafiə Nazirliyi arasında 2025-ci il üçün ikitərəfli hərbi əməkdaşlıq planı imzalanıb.

Dünyada gedən proseslərə toxunan Səməd Seyidov deyib ki, ABŞ-ın yeni seçilmiş Prezidenti Donald Trampın hakimiyyətə gəlişi qlobal proseslərə ciddi təsir edəcək və Türk dövlətlərinin ABŞ ilə münasibətlərinin sağlam əsaslar üzərində qurulması üçün yeni imkanlar yaradacaq. Avropada idarəetmə böhranı da bizi ciddi narahat edir: “Demokratık dəyərlərdən istifadə edib xalqlara təsir göstərmək istəyən bəzi Avropa ölkələri başa düşməlidirlər ki, onların müstəmləkə siyasəti aparmaq dövrü bitib. Bu gün Avropa müharibə içindədir. Onun xilas olmasının bir yolu var. Onlar ikili standartlardan əl çəkməli, türkofobiya və islamofobiyaya qarşı mübarizə aparmalıdırlar. Onlar anlamalıdırlar ki, terrorla mübarizədə məhz türk dövlətləri açıq, dürüst siyasət göstərir. Suriya buna bır nümunədir”.

Səməd Seyidov Türkiyənin Kahramanmaraş bölgəsində baş vermiş zəlzələlər və ötən ilin son günləri “Azərbaycan Hava Yolları” (AZAL) şirkətinə məxsus təyyarənin qəzaya uğraması zamanı türkdilli ölkələrin həmrəylik göstərdiyini vurğulayıb.

Digər çıxışçılardan sonra tədbir qapalı şəraitdə davam edib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:119
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 18 Fevral 2025 17:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vaqif Poeziya Günləri milli bir şifrədir Aqşin Yenisey

17 İyul 2025 05:32see138

Biz dəyərlərimizlə bir birimizə bağlıyıq

17 İyul 2025 10:35see129

Velosipedlərin parklanması üçün konstruksiyaların alınmasına bu qədər vəsait sərf ediləcək

17 İyul 2025 12:51see124

Azərbaycan, Türkiyə və Amerika İsrailə təzyiq göstərəcəklər Sərdar Cəlaloğlu

17 İyul 2025 16:11see115

Azər Həşimov: Ölkə çempionatda sürpriz komanda olmağa çalışacağıq

16 İyul 2025 22:45see114

Bakıda ikimərtəbəli evdə GÜCLÜ YANĞIN

17 İyul 2025 12:42see114

Orban: Ukrayna münaqişəsinin həlli üçün Putin və Tramp arasında görüşün keçirilməsi zəruridir

18 İyul 2025 02:19see113

Gürcüstan Rusiyadan deportasiya olunmuş Ukrayna vətəndaşlarını sərhəddən buraxmır

16 İyul 2025 21:25see113

Çində imtahanda aşağı bal topladığına görə oğlan evdən qovuldu

18 İyul 2025 02:01see113

Paşinyan Dövlət Nəzarət Xidmətinin rəhbərini istefaya göndərdi

17 İyul 2025 16:54see113

Taxıl biçini: hansı problemlər var?

16 İyul 2025 23:26see113

“Neftçi” yeni ev formasını təqdim edib FOTO

16 İyul 2025 23:05see113

Mbappe ilə bağlı araşdırmalar aparılır Polisə rüşvət verib?

17 İyul 2025 12:03see112

Dollarla bağlı rezonans doğuran tələb Dəyişikliklər ola bilər

17 İyul 2025 09:10see112

TƏBİİ TƏLƏ: Yayın kəşfi ağcaqanadların sonunu gətirəcək

17 İyul 2025 00:56see112

12 milli, 4 klub Sumqayıta gəlir Dünya Qadın Seriyası

17 İyul 2025 12:09see111

Dondurma adı ilə buzlanmış süd satılır AÇIQLAMA

17 İyul 2025 18:19see111

Tramp tezliklə qərar verəcək: FES sədri işdən çıxarılacaq

16 İyul 2025 20:36see111

Naxçıvanın enerji sistemi yenidən qurulur

17 İyul 2025 11:44see110

Güvən indeksi ciddi dəyər itirən molla rejimi İran prezidentini kimlər və niyə hədələyirlər?

16 İyul 2025 20:13see109
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri