TÜRKPA nın Hüquq məsələləri və beynəlxalq əlaqələr komissiyasının onlayn iclası keçirilib
Icma.az, Newscenter.az saytına istinadən bildirir.
Türk Dövlətləri Parlament Assambleyasının (TÜRKPA) Hüquq məsələləri və beynəlxalq əlaqələr komissiyasının “TÜRKPA-ya üzv dövlətlərdə ombudsman təsisatları” mövzusuna həsr olunmuş videokonfrans formatında 12-ci iclası keçirilib.
Newscenter.az xəbər verir ki, iclasda Azərbaycan nümayəndə heyətini Milli Məclisin deputatı, TÜRKPA- nın Hüquq məsələləri və beynəlxalq əlaqələr komissiyasının üzvü Cavanşir Feyziyev təmsil edib. O, çıxışında TÜRKPA-ya üzv dövlətlərdə ombudsman təsisatlarının dövlətlə vətəndaş arasında körpü rolunu oynayaraq hüquq və ədalətin təmininə xidmət etdiyini bildirib, Azərbaycanda Ombudsman təsisatının fəaliyyəti barədə danışıb.
Daha sonra komissiya iclasının əsas mövzusuna dair hesabat məruzəsi və tövsiyə qərarları, habelə komissiya çərçivəsində hazırlanmış “TÜRKPA-ya üzv dövlətlərdə yaşayış icazələrinin asanlaşdırılması haqqında”, “Əqli mülkiyyət hüquqlarının müdafiəsi haqqında” model qanun layihələri müzakirə edilib, müvafiq qərarlar qəbul edilib.
Süleyman
Bu mövzuda digər xəbərlər:TÜRKPA komissiyasının onuncu iclası FOTO
16 Mart 2025 10:37
İstanbulda TÜRKPA nın Xarici Əlaqələr komissiyalarının toplantısı keçirilir
18 Fevral 2025 17:28
TÜRKPA nın Təhsil, mədəniyyət, sosial və humanitar məsələlər komissiyasının iclası keçirilib
16 May 2025 20:20
Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin iclası keçirilib
22 Yanvar 2025 17:28
TÜRKPA İqtisadi əməkdaşlıq komissiyasının 12 ci iclası keçirildi
25 Fevral 2025 18:48
Baxış sayı:107
Bu xəbər 29 Aprel 2025 08:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















