Icma.az
close
up
RU
İstanbulda yaşamaq çətinləşir SƏBƏB

İstanbulda yaşamaq çətinləşir SƏBƏB

Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.

“Ən bahalı şəhər” sırasında İstanbul super varlılar üçün bir şəhərə çevrilib.

"Cebheinfo.az" xəbər verir ki, Türkiyə Statistik Qurumunun (TÜİK) məlumatına görə, Regional Satınalma Gücü Pariteti (RSGP) sırasında İstanbul 112,6 indeks balı ilə siyahıya liderlik edib.

Mənzil kateqoriyasında İstanbulun indeksi 147.3 ilə geniş fərqlə seçilib, meqapolis isə 136.8 indeksi ilə səhiyyə xərcləri üzrə də birinci yerdədir.

Son məlumatlara görə, Türkiyənin ən ucuz şəhərləri isə Mardin, Batman, Şırnak və Siirt kimi sıralanır. Eyni dövrdə İstanbulda dörd nəfərlik bir ailənin yaşayış xərcləri 106 min lirəni keçib.

Analitiklərin fikrincə, bu mənzərə əməkhaqqı artımlarının ailə büdcəsindəki itkiləri kompensasiya etməkdə çətinlik çəkdiyini və yaşayış təzyiqinin xüsusilə iri şəhərlərdə daha da dərinləşdiyini ortaya qoyur.

İstanbul 112,6 indeks balı ilə Türkiyənin ən bahalı şəhəri mövqeyində qərarlaşıb. Bu göstərici meqapolislərdə qiymət səviyyəsinin ölkə üzrə orta göstəricidən təxminən 12,6 faiz yüksək olduğunu göstərir.

“Ən bahalı şəhərlər” siyahısında İstanbuldan dərhal sonra İzmir gəlir. 110,1 indeks balına malik İzmirin ardından Balıkesir və Çanaqqala yer alır. Dənizli, Muğla və Aydın da orta göstəricidən yüksək bahalaşmanın müşahidə olunduğu şəhərlər kimi diqqət çəkir.

Bundan başqa, 100-dən yuxarı indeks balına sahib olan digər şəhərlər arasında Ankara, Antalya, Isparta və Burdur da qeyd olunur.

Siyahının ən ucuz şəhərləri sırasında isə 91,5 indeks göstəricisi ilə Mardin, Batman, Şırnak və Siirt ön plana çıxır.

Əfsanə Rəcəb
"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:179
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 03 Yanvar 2026 21:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqləri SuperApp modelinə yaxınlaşır

25 Noyabr 2026 16:36see694

“Hərbi vətənpərvərlik tərbiyəsi: ənənəvi dəyərlər və çağdaş yanaşmalar” mövzusunda tədbir keçirilib

25 Noyabr 2026 16:41see574

Ürək damar xəstəliklərinin qarşısını almaq onları müalicə etməkdən daha asandır KARDİOLOQ

25 Noyabr 2026 13:37see321

Marsda “kartof çipsi” dalğaları tapıldı

25 Noyabr 2026 16:18see293

Məşhurlar ALS xəstəsi olan model dostlarını ziyarət etdilər

25 Noyabr 2026 23:59see290

Hakimlərin xidmət haqqı normaları müəyyən olundu

25 Noyabr 2026 18:36see279

Mədəniyyət Nazirliyi Elmira Şabanovanın vəfatı ilə bağlı nekroloq yayıb

25 Noyabr 2026 21:47see279

Vəzifəlilərin biznesinə son qoyula bilər Yeni qanun nələri dəyişəcək?

25 Noyabr 2026 20:04see256

Araz da məhsul göstəriləndən baha satılıb

25 Noyabr 2026 15:05see253

Bakıda 28 istiqamətdə sıxlıq var

25 Noyabr 2026 18:26see246

Valideynlərə xəbərdarlıq: Uşaqlara bunu özbaşına verməyin!

26 Noyabr 2026 02:11see245

Polis bölməsinə şaman çağırıldı Pis ruhları qovmaq üçün

25 Noyabr 2026 22:36see243

Qabriel Jezus: “Sabah”a hörmətlə yanaşaraq meydana çıxdıq”

26 Noyabr 2026 01:33see242

Polşada prezident sarayının yaxınlığında kişi özünü yandırdı

26 Noyabr 2026 00:01see239

Xırdalan və Abşeronun bir sıra yaşayış məntəqələrinin yolları yenilənəcək Siyahı

25 Noyabr 2026 18:36see238

Elgiz Əkbərin yeni layihəsi ilə bağlı ARB dən rəsmi açıqlama

25 Noyabr 2026 21:11see238

“Sabah” 5 turdan sonra ÇL də neçəncidir?

26 Noyabr 2026 04:01see232

Evdəki adi əşyalar uşağın həyatını təhlükəyə ata bilər Həkimdən xəbərdarlıq

25 Noyabr 2026 22:56see219

Filarmoniyada Dövlət Mahnı və Rəqs Ansamblının konserti təqdim olunub (Foto)

26 Noyabr 2026 18:52see211

Koçinyan: Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin dialoqu yeni reallıqların yaradılmasına yönəlib

26 Noyabr 2026 22:05see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri