Icma.az
close
up
RU
İstanbuldan Şama səsləndilər Suriyanın yeni hökuməti türkmənləri sıxışdırır?

İstanbuldan Şama səsləndilər Suriyanın yeni hökuməti türkmənləri sıxışdırır?

Publika.az saytına istinadən Icma.az xəbər verir.

Əsədin devrilməsindən sonra Suriyada xaoslu hadisələr cərəyan edərkən İstanbulda toplaşan Suriya türkmən təşkilatları Colani administrasiyasına bəzi tənqidlər yönəldiblər. Yeni administrasiyada yer ala bilməyəcəklərini deyən türkmənlər YPG-yə qarşı döyüşən Suriya Milli Ordusuna ünvanlanan silahı yerə qoyma təlimatından narahat olduqlarını bildiriblər.

Publika.az xəbər verir ki, iclasda iştirak edən Suriya Türkmən Dərnəkləri Federasiyasına daxil olan bütün təşkilatların adından professor Tarık Sülo Cevizci açıqlama verib.

Onun sözlərinə görə, Suriya türkmənləri bədəlini ödəyərək qazandıqları inqilaba sevinib, lakin onlara müraciət edilmədiyi üçün xəyal qırıqlığna uğrayıblar:

"Suriya multikultural bir quruluşa malikdir. Ancaq Suriyada qurulan keçid administrasiyasının bəzi təyinat və qərarlarda təkbaşına hərəkət etməsi bizi narahat edir. Bu qərarlar totalitar bir rejimin qəbul edilib-edilmədiyi sualına səbəb oldu. Biz daha əhatəli və plüralist olmaq istəyirik. Yeni dövrü formalaşdıracaq Suriya Milli Dialoq Konqresinə türkmənlər olaraq dəvət olunmaq istəyirik”.

SNA nə edəcək?

"İŞİD və YPG təhlükəsi davam edərkən, Suriya Milli Ordusunun ləğvi terrorla mübarizədə bizi narahat edir. Suriya bölünmə riski ilə üzləşdiyi bir zamanda bu, erkən qərardır. Bəzi Nüseyrilərin (Suriyada müsəlman icması) silahlanması xəbəri də bu qərara yenidən baxılmasına səbəb olur. Yeni konstitusiyanın vətəndaşlıq əsasında yazılması vacibdir. Suriya türkmənləri heç bir şəkildə etnik məzhəb prinsiplərinə əsaslanan konstitusiya tələb etmirlər”.

Türkcə təhsil tələbi

“İstanbulda toplanan türkmən təşkilatları etnik əsaslı konstitusiyaya qarşı olmaqla yanaşı, Suriyada fərqli mədəniyyətlər və inanc qrupları üçün imtiyazların olmaması məsələsində də həmfikirdir.

Suriyada ərəblərdən sonra ikinci ən böyük toplum olduqlarını bildirən türkmənlər türkcə təhsil tələb edir. Suriya türkmənlərinin digər mühüm tələbi isə Əsəd rejimi dövründə baş verən torpaq zəbtlərinə son qoyulması və türkmən icmasına qarşı haqsızlıqların aradan qaldırılmasıdır”.

“Hələbdə PKK üzvləri var”

İclasdan sonra qiymətləndirmələr edən istefa vermiş admiral Cihat Yaycı da türkmənlərin yeni rejim tərəfindən iclasa dəvət edilmədiyini bildirib.

O, terror təşkilatı PKK-nın Suriyada olması ilə bağlı da məlumatlar verib:

"Hələbin kənarında PKK-lılar var. Türkmən komandirlərin də yer aldığı Suriya Milli Ordusunun dağılması, döyüşən yeganə ordunun ləğvi Türkiyənin maraqlarına uyğun deyil. Görünən odur ki, PKK/YPG-nin ləğvi ancaq ad dəyişikliyi ilə mümkün olacaq. Türkmənlərin statusu ilə bağlı heç bir qazanc əldə olunmayıb. Bunları vurğulamaq lazımdır. Türkiyə Suriyanın unitar bütövlüyünü dəstəkləməlidir. Türkmənlər də Suriyanın birliyini dəstəkləyir”.

Roza Şəfiyeva

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:143
embedMənbə:https://publika.az
archiveBu xəbər 09 Yanvar 2025 15:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see276

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see257

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see244

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see236

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see222

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see208

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see201

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see189

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see181

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see177

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see176

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see166

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see165

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see165

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see153

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see152

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see150

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see146

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see146

Netflix in ötən il reklamdan əldə etdiyi məbləğ açıqlandı

22 Yanvar 2026 03:40see145
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri