Icma.az
close
up
RU
İstanbulun “qorxulu yuxusu” Zəlzələlər

İstanbulun “qorxulu yuxusu” Zəlzələlər

Qafqazinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Məlum olduğu kimi, dünən səhər saatlarında Türkiyənin İstanbul şəhərində ardıcıl zəlzələlər baş verib. 6.2 bala qədər hiss edilən yeraltı təkanlarla bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan açılmalar verib. Xoşbəxtlikdən yeraltı təkanlar zamanı ciddi sayda insan tələfatı qeydə alınmayıb, lakin şəhər sakinləri təşvişə düşüb. Böyük zəlzələnin ardınca afterşoklar bu gün də hiss edilib. Son olaraq bu gün 3.7 bal gücündə növbəti zəlzələ də qeydə alınıb.

“Qafqazinfo” xəbər verir ki, yerləşdiyi coğrafi tektonik mövqeyi ilə bağlı olaraq tarix boyu İstanbul dağıdıcı zəlzələlərə şahidlik edib.

Həmin dağıdıcı zəlzələlərdən ən çox bilinənlərini təqdim edirik:

Osmanlı hökmdarı II Bəyazidin hakimiyyəti dövrünə təsadüf edən 1509-cu il 10 sentyabr tarixli zəlzələ.

Gecə saat 04:00-də şəhərdə baş verən zəlzələ İstanbul üçün çox sarsıdıcı olub.

Dağıdıcı zəlzələ “Kıyamet-i Suğra” və ya “Kiçik qiyamət” adlandırılıb.

Zəlzələ nəticəsində bütün şəhər demək olar ki, viran qalıb.

Həmin fəlakət Şərqi Aralıq dənizində baş verən ən böyük zəlzələ kimi xarakterizə edilib. Boludan Ədirnəyə kimi hiss olunan yeraltı təkanlar səbəbilə şəhər əhalisinin təxminən 10 faizi tələf olub. Zəlzələ zamanı ən çox ziyan İstanbulun tarixi məscidlərinə dəyib.

Zəlzələ zamanı II Bəyazidin Topqapı sarayındakı yataq otağı da dağılıb, lakin sultan bir neçə saat əvvəl oradan ayrıldığı üçün xəsarət almayıb.

18-ci əsr İstanbul zəlzələlərinin “kabus dönəmi” olub.

1708, 1711, 1712 və 1715-ci illərdə baş verən zəlzələlər o qədər də böyük ziyan vurmasa da, 1719-cu il zəlzələsi böyükmiqyaslı olub.

Düzce vilayətində başlayan zəlzələ İzmit, Sapanca, Orhanqazi, Karamürsel və Yalova rayonlarını da əhatə edib. İstanbulda məscidlər, saraylar və şəhər divarları dağıdılıb.

Növbəti güclü İstanbul silkələnməsi 1766-cı il mayın 22-də baş verib.

Həmin zəlzələ təxminən 2 dəqiqə davam edən təkanlarla müşayiət olunub. Bu zəlzələnin afterşokları 8 ay davam edib.

Zəlzələ nəticəsində 4000-ə yaxın insan həlak olub, çox sayda yaralı qeydə alınıb.

Yeraltı təkanlar zamanı “Fatih” məscidi tamamilə dağılıb, 100-dən çox tələbə mədrəsənin xarabalıqları altında qalıb. Sultanahmet, Çorlulu Əli Paşa, İbrahim Paşa, Davud Paşa məscidləri, Topqapı sarayı, Köhnə saray və şəhər divarları ciddi ziyan görüb.

Dövrün sultanı III Mustafa bir neçə gün çadırda qaldıqdan sonra Ədirnə sarayına gedib.

İstanbul tarixinin ən böyük zəlzələlərdən biri 1894-cü il iyulun 10-da baş verib.

1894-cü il zəlzələsindən Adapazarı, İzmit, Gebze, Kartal, Adalar, Üsküdar, İstanbul, Büyükçekmece, Küçükçekmece, Çatalca, Mərmərə dənizinin bir hissəsi, Bozburun, Yalova, Karamürsel və Sapanca vilayətləri zərər çəkib. Bu zəlzələdə 280 nəfər ölüb, 298-i yaralanıb.

9 Avqust 1912-ci ildə İstanbulun Şarköy-Mürefte bölgəsində baş verən 7,3 bal gücündə zəlzələ.

Bu, İstanbul zəlzələsi müasir dövrə ən yaxın və Osmanlı dönəmində bu şəhərdə baş verən sonuncu dağıdıcı zəlzələ kimi tarixə düşüb.

Türkiyə cümhuriyyəti qurulduqdan sonra 1935-ci il yanvarın 4-ü və 1963-cü il sentyabrın 18-i baş vermiş 6,4 bal gücündə zəlzələlər də miqyasına görə böyük hesab edilir.

Xüsusən 18 sentyabr 1963-cü ildə baş verən, İstanbulu dərindən sarsan zəlzələ şəhəri xeyli silkələmiş, lakin heç bir bina çökməmişdir. Bu zəlzələdə yalnız bir nəfər təkandan başına kərpic düşməsi nəticəsində həlak olub.

Hazırladı: Telli Minbir

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:273
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 24 Aprel 2025 21:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see344

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see315

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see308

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see295

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see275

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see269

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see265

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see263

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see243

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see235

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see230

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see226

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see216

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see210

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see207

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see202

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see201

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see195

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see193

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see187
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri