İstanbulun tarixi abidələrindən olan Kariye məscidində 80 ildən sonra ilk təravih namazı qılınıb
Yeniazerbaycan saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Ayasofya ilə eyni dövrdə muzeyə çevrilən və dünyanın ən məşhur tikililərindən biri olan Kariye Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın imzası ilə yenidən məscid statusu qazanıb. Bərpa-yenidənqurma işlərindən sonra ötən ilin may ayında ibadətə açılan məsciddə 80 il aradan sonra ilk təravih namazı qılınıb.
AZƏRTAC xəbər verir ki, Kariye məscidinin tarixi VI əsrə qədər gedib çıxır. Sultan II Bəyazid dövründə sədriəzəm Atik Əli Paşa tərəfindən məscidə çevrilən tikili Osmanlı dövründə və daha sonra, XX əsrin ikinci yarısında restavrasiya edilib.
Bizans İmperiyası dövründə kilsə kimi istifadə olunan abidənin ətrafında monastır kompleksi də mövcud olub, lakin bu tikililər zamanın təsirinə tab gətirə bilməyib. Bu unikal abidə, 1945-ci ildə muzeyə çevrilib.
Baxış sayı:70
Bu xəbər 01 Mart 2025 16:14 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















