Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

A Seriyası: 19 illik rekord təkrarlandı

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

Səhiyyə Nazirliyində yeni təyinat

5 dövlət şirkəti ləğv olundu QƏRAR

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

İstehsal və ixracın artırılması naminə

İstehsal və ixracın artırılması naminə

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat verir.

2025-ci ildən aqrar sahəyə verilən subsidiyaların əhatəsi genişləndiriləcək

Prezident İlham Əliyevin imzaladığı müvafiq fərmana əsasən, “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” sənədə dəyişikliklər edilib. Fərmana əsasən, aqrar sahədə subsidiyalaşmanın yeni sahələri müəyyən edilib, əlavə subsidiya məbləğləri təyin olunub. Növbəti ildən dincə qoyulmuş torpaq sahələrinə görə də, subsidiya veriləcək. Belə ki, fermerlər əkin subsidiyası üçün müraciət etdiyi torpaqlarda kənd təsərrüfatı bitkilərinin Aqrar Subsidiya Şurasının müəyyən etdiyi dövr ərzində ardıcıl olaraq becərilməsindən sonra həmin torpaqların münbitliyinin bərpası və alaq otlarının azaldılması məqsədilə 1 il müddətinə dincə qoyulan sahənin hər hektarına görə subsidiya alacaq. Bundan başqa, 10 hektar və daha çox torpaq sahəsində şuranın təsdiq etdiyi siyahıya daxil edilmiş sığortalanmalı olan bitkinin becərilməsinə görə əkin subsidiyasının sığorta müqaviləsi bağlandıqdan sonra verilməsi tələbi 2030-cu il yanvarın 1-nə qədər qüvvədə olacaq.

Giləmeyvə bağlarına yeni subsidiyalar

Heyvandarlığın inkişaf etdirilməsi məqsədilə də  subsidiyalaşmada yeni əmsallar tətbiq ediləcək. Yeni ildə bağçılıq sahələrinin subsidiyalaşdırılmasına da xüsusi diqqət yönəldiləcək. Giləmeyvəçiliyin inkişaf etdirilməsi dövlət tərəfindən dəstəklənməklə, giləmeyvə istehsalı subsidiyalaşdırılacaq. Növbəti ildə ilk dəfə olaraq intensiv qaragilə bağlarının salınmasına görə dövlət tərəfindən subsidiyalar ayrılacaq. Aqrar Subsidiya Şurasının qərarına əsasən, Şirvan-Salyan, Dağlıq Şirvan, Abşeron-Xızı və Lənkəran-Astara iqtisadi rayonlarında salınmış intensiv qaragilə bağının hər hektarına görə fermerlərə 15000 manat birdəfəlik əkin subsidiyası ödəniləcək. Bu subsidiya mexanizmi hər hektarda ən azı 3400 tingin əkildiyi, damcı suvarma sistemi ilə təmin olunmuş bağlara şamil olunur.

Bundan başqa, respublikanın istənilən bölgəsində salınmış intensiv moruq bağları üzrə hər hektara görə fermerlərə 3200 manat birdəfəlik əkin subsidiyası veriləcək. Subsidiya hər hektarda ən azı 4700 tingin əkildiyi, damcı sulama sistemi ilə təchiz olunmuş  intensiv moruq bağlarına şamil ediləcək. Qeyd olunan şərtlərə uyğun gəlməyən intensiv moruq bağlarına görə isə suvarma sistemindən asılı olaraq iki fərqli subsidiyanın verilməsi nəzərdə tutulub. Birdəfəlik əkin subsidiyası üçün müəyyən olunmuş şərtlərə uyğun gəlməyən, lakin müasir suvarma sistemi ilə təchiz olunmuş intensiv moruq bağları üzrə hər hektara görə fermerlərə 310 manat, müasir suvarma sistemi ilə təchiz olunmamış intensiv moruq bağları üzrə isə fermerlərə 250 manat subsidiya veriləcək. İntensiv giləmeyvə bağlarının salınmasını dəstəkləməkdə məqsəd ixrac potensialı yüksək məhsul istehsalına nail olmaq, fermerlərin gəlirlərini artırmaq, su və torpaq resurslarından daha səmərəli istifadəyə nail olmaqdır.

Armud və kivi bağları salanlar üçün müjdə

Həmçinin, daxili bazarda tələbatın ödənilməsi, xarici bazarlara ixrac imkanlarının artırılması məqsədilə digər sahələrin də subsidiya ilə təmin edilməsi nəzərdə tutulub. Yeni maliyyə dəstəyi alətləri çərçivəsində armud bağlarının hər hektarına görə, fermerlərə 8000 manat əkin subsidiyası veriləcək. Armud bağlarına birdəfəlik əkin subsidiyasının Quba-Xaçmaz, Şəki-Zaqatala, Dağlıq Şirvan və Qarabağ iqtisadi rayonlarında dəniz səviyyəsindən 250 metrdən hündür ərazilərdə, ən azı 3 hektar sahədə salınacaq bağlara verilməsi nəzərdə tutulur. Bu kateqoriyadan olan armud bağları müasir suvarma sistemləri ilə təchiz olunmalı, hər hektarda ən azı 2450 sertifikatlı ting əkilməlidir. Qeyd olunan tarixlərdə salınan, lakin yuxarıdakı tələblərdən ən azı birinə cavab verməyən armud bağlarına görə isə hər hektara 800 manat əkin subsidiyası verilməsi nəzərdə tutulur.

Digər subsidiyalaşma intensiv üsulla kivi bağlarının salınmasının stimullaşdırılmasıdır. Lənkəran, Astara, Masallı rayonlarında, eyni zamanda Lerik rayonunun dəniz səviyyəsindən 300 metr yüksəklikdən aşağıda yerləşən ərazilərdə intensiv kivi bağları salan fermerlərə hər hektara görə 9600 manat əkin subsidiyası veriləcək. Bu subsidiya damcı suvarma sistemi ilə təchiz edilmiş və hər hektarda ən azı 650 tingin əkildiyi kivi bağlarına şamil olunacaq.

Ümumilikdə, Azərbaycanda aqrar sahədə subsidiya mexanizmi daha da təkmilləşdirilərək əhatə dairəsi genişləndiriləcək, eyni zamanda, əlçatanlıq təmin olunacaq.

ELBRUS

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:279
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 20 Dekabr 2024 09:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see515

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see486

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see298

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see277

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see271

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see268

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see260

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see259

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see257

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see253

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see252

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see235

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see232

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see231

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see224

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see223

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see211

Səhiyyə Nazirliyində yeni təyinat

29 Oktyabr 2026 12:25see207

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see205

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see199
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri