ABŞ və Rusiya Əbu Dabidəki danışıqların dəqiq tarixini razılaşdırmağa başlayıb
Oxumeni.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Rusiya ABŞ tərəfi ilə Əbu-Dabidə Rusiya-ABŞ-Ukrayna danışıqlarının tarixini razılaşdırmaq üçün işə başlayıb, onlar noyabrda keçiriləcək. Oxuməni.az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov "Vesti" informasiya agentliyinin müxbiri Pavel Zarubina verdiyi müsahibədə bildirib.
"Biz ABŞ tərəfi ilə Əbu-Dabidə Rusiya-Ukrayna-ABŞ üçtərəfli danışıqlarının keçiriləcəyi tarixi razılaşdırmaq üçün işə başlamışıq. Bu danışıqlar noyabrda keçiriləcək", - deyə Prezidentin köməkçisi bildirib.
Uşakovun sözlərinə görə, Rusiya tərəfi amerikalılara "bəzi mülahizələr" təqdim edib.
Tarixlərin razılaşdırılıb-razılaşdırılmadığı barədə suala mənfi cavab verib.
"Tarixlər razılaşdırılmayıb. Yalnız noyabrın ortalarında olacağı deyilirdi, dəqiq müzakirə olunmamışdı. İndi isə müzakirələr başlayıb", - deyə Uşakov bildirib.
Bu tarixlərin nədən asılı olduğu barədə suala cavab verən Prezidentin köməkçisi deyib: "Bir çox səbəblərdən, o cümlədən daxili və beynəlxalq xarakterli səbəblərdən".
Almaz Həsənli
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:121
Bu xəbər 31 Oktyabr 2026 11:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















