İstənilən təcavüzə sərhəd tanımadan cavab verin Xamenei əmr verdi
Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
İranın ali rəhbəri Müctəba Hüseyni Xamenei ölkəyə qarşı istənilən yeni təcavüzə dərhal və qətiyyətlə, coğrafi məhdudiyyət olmadan cavab verilməsini əmr edib.
Modern.az IRNA-ya istinadən xəbər verir ki, o, bu göstərişi Silahlı Qüvvələrin yüksək rütbəli komandanları ilə görüşündə verib.
Xamenei yüksək döyüş hazırlığını maksimum çəkindirmənin əsas şərti adlandırıb. O bildirib ki, İrana qarşı hərbi və ya terror hücumları yenidən başlasa, onların nə vaxt və hansı şərtlərlə başa çatacağını İranın Silahlı Qüvvələri və xalqı müəyyənləşdirəcək.
Görüşdə hərbi kəşfiyyat sisteminin gücləndirilməsi, yerli müdafiə imkanlarının inkişafı və yeni texnologiyalardan istifadə etməklə təhlükəsizlik potensialının artırılması tapşırılıb.
İranın ali rəhbəri hərbi hədəflər bazasının tam yenilənməsini də əmr edib. O, ABŞ və İsrailə məxsus bütün maddi və qeyri-maddi aktivlərin İran Silahlı Qüvvələrinin təsir dairəsinə daxil edilməsini istəyib.
Xamenei orduya ümumxalq dəstəyini çəkindirmənin əsas dayaqlarından biri adlandırıb. O, müxtəlif ölkələrdəki “müqavimət cəbhəsi” qüvvələrinin əlaqəli fəaliyyətinin regionun yeni siyasi və təhlükəsizlik sisteminin formalaşmasında mühüm rol oynadığını bildirib.
Görüşdə İran ordusunun və İslam İnqilabı Keşikçiləri Korpusunun komandanları Fars körfəzi sahillərində, Hörmüz boğazında, Oman dənizində, eləcə də ölkənin şimal-qərb və cənub-şərq sərhədlərində döyüş hazırlığı barədə məruzə ediblər.
Komandanlar əsas sursat növlərinin, kəşfiyyat, təminat və döyüş vasitələrinin istehsalının bir neçə dəfə artırıldığını da bildiriblər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:145
Bu xəbər 31 Oktyabr 2026 15:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















